Profil

Axtarış

“Fantastik dördlük“

“Azərbaycan Qadını Elmdə” (Azerbaijani Women in Science) təşkilatı “Fantastik dördlük“ adlı 13-18 yaşlı məktəbli qızlar üçün təhsil proqramı layihəsinin icrasına başlayır. “Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi” ilə tərəfdaşlıq şəraitində həyata keçiriləcək layihə cari ilin dekabr və növbəti ilin fevral aylarını əhatə edəcək.

Layihənin məqsədi nədir? 
Layihə seçilmiş 4 rayonda - Biləsuvar, Masallı, Lənkəran və Lerikdə 13-18 yaş aralığında olan məktəbli qızlara müxtəlif təlim sessiyaları təşkil etməklə onlarda elmə, təhsilə maraq yaratmaq, həmçinin gələcəyin ixtisasları, xaricdə təhsil, texniki və mühəndislik sahəsində biliklərini artırmaqla gənc qızların təhsilli olması, onları gələcək həyatlarında təhsilin əhəmiyyəti haqqında maarifləndirməkdir. Maarifləndirmə prosesinə qızların valideynlərinin də cəlb olunması nəzərdə tutulur.

Layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində həyata keçirilir. 
 
Layihə haqqında:
Layihə iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə seçilmiş 4 rayonda informasiya texnoloqiyaları, sahibkarlıq, marketinq, şəxsi inkişaf və karyera seçimi, xaricdə təhsil, vaxtın idarə olunması, gender bərabərliyi, psixologiya və hüquqi istiqamətdə canlı təlimlər təşkil ediləcək. 
 
Layihənin ikinci mərhələsi bütün ölkəni əhatə edəcək və onlayn formatda olacaq. İkinci mərhələdə iştirak etmək istəyən məktəbli qızlar “Mən kim olmaq istəyirəm?!” mövzusunda inşa yazaraq layihəyə qatılmalıdır. İnşalar münsiflər heyəti tərəfindən nəzərdən keçiriləcək. İnşaları seçilmiş şagirdlər üçün üç həftə ərzində Azərbaycan Gənc Müəllimlər Assosiyasının mentorları və Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlər tərəfindən ikinci tura hazırlıq, təqdimat mövzularının seçimi, təqdimat bacarıqlarının aşılanması mövzularında təlimlər keçiriləcək. İkinci turda öz təqdimatları ilə çıxış edən məktəbli qızlardan ibarət komandalar 6 kateqoriya üzrə mükafatlandırılacaqlar: (I yer, II yer, III yer, ən yaxşı təqdimat, ən yaxşı çıxış və ən yaxşı layihə). 
 
Layihədə kimlər iştirak edə bilər və necə qoşulmaq olar?
Layihə seçilmiş regionlar üzrə 6-11-ci siniflərdə təhsil alan qızlar və onların valideynləri üçün nəzərdə tutulmuşdur.
 
Qeyd: 2021-ci tədris ilində artıq 11-ci sinfi bitirmək üzrə olan şagirdlər də layihəyə müraciət edə bilər.
 
Layihənin əhatə etdiyi regionlar: Lənkəran, Lerik, Biləsuvar, Masallı
Qeydiyyat üçün link: https://docs.google.com/.../1eqE9yh9DncnwroB.../edit
Qeydiyyat üçün son tarix: 17 dekabr (saat 00:00), 2021
Keçirilmə müddəti: 17 Dekabr, 2021 – 10 Fevral, 2022

Uğurlu namizədlər növbəti mərhələ haqqında məlumatı e-mail və ya telefon zəngi ilə əldə edəcəklər.
Layihə ilə bağlı suallarınız üçün [email protected] e-poçtuna müraciət edin.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası
UNFPA Azerbaijan
Delegation of the European Union to Azerbaijan
UN Women
Müasir Gənclərin İnkişafına Dəstək İB
Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Azərbaycan Gənc MüAGMA tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

Görüşün məqsədi tələbələrdə pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək, onların stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparmaq idi.

Təqdimat zamanı AGMA-nın İcraçı direktoru Aygün Kərimova təşkilatın məqsəd və vəzifələri, cari layihələri və gələcək planları ilə bağlı tələbələri məlumatlandırıb, həmçinin AGMA-nın tələbələr üçün yaratdığı imkanlardan söz açıb.

Görüşdə iştirak edən tələbələrə AGMA komandası adından təşəkkür edirik.

25.11.2024

badge-icon
“Diqqət dağınıqlığı çağında tədris: Məlumat əsaslı effektiv ünsiyyət strategiyaları.”
“Profity Co.” və AGMA-nın birgə təşkil etdiyi vebinarda Aytac Əhmədova “Sinifdə effektiv ünsiyyətin qurulma strategiyaları” mövzusunda müəllimlər üçün nəzərdə tutulan önəmli məlumatları təqdim etdi. Tədbirin əsas məqsədi diqqət dağınıqlığının artdığı müasir təhsil mühitində, şagirdlərlə effektiv əlaqə qurmağın yollarını göstərmək idi.

Webinarda data təhlilinə əsaslanaraq diqqət problemlərinin yaranma səbəbləri araşdırıldı və sinifdə ünsiyyət prosesini təkmilləşdirmək üçün konkret strategiyalar müzakirə edildi. Tədrisdə innovativ yanaşmaların tətbiqi, elmi əsaslı təhlillərlə yanaşı, praktiki nümunələr vasitəsilə izah olundu.

Bu kimi tədbirlər, təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin peşəkar inkişafına dəstək məqsədi daşıyır. Data əsaslı yanaşmaların tədrisə təsiri artıq aktual olan mövzulardandır. 
Webinar üçün Aytac Əhmədovaya və bütün iştirakçılara təşəkkürlər!

24.11.2024

badge-icon
Bu dəfə yolumuzu Xankəndindən saldıq
Belə ki, AGMA-nın İdarə Heyəti üzvləri və müxtəlif fənn birliklərinin sədrləri ilə Qarabağ Universitetində 2025-ci ilin fəaliyyət planını müzakirə etdik, həmçinin cari layihələrimizdən söz açaraq ilin yekunlarına doğru həyata keçiriləcək fəaliyyətlərdən danışdıq.

Qeyd edək ki, görüşün davamında Qarabağ Universitetinin Elm və İnnovasiya məsələri üzrə prorektoru Fariz Əhmədov da bizə qoşuldu, mümkün əməkdaşlıqları müzakirə etdik. 

Ev sahibliyi üçün Qarabağ Universitetinin heyətinə təşəkkürümüzü bildiririk! 

23.11.2024

badge-icon
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.

Gərmətük qəsəbə tam orta məktəbin texnologiya müəllimi Dünya Veysəlova tərəfindən "Müsbət müəllim imicinin formalaşmasında sosial medianın rolu" mövzusunda təlim keçirilib. Təlimdə müxtəlif ixtisaslarda təhsil verən müəllimlər iştirak ediblər. 

Təlimdə iştirak edən gənc müəllimlərimizə təşəkkür edirik!

22.11.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun