Profil

Axtarış

“I HƏMRƏYLİK KUBOKU” XƏMSƏ Milli İntellektual oyunu

Azərbaycan Gənc Müəllimlər Asssosiasiyası gənc müəllimlər arasında “I HƏMRƏYLİK KUBOKU” XƏMSƏ Milli İntellektual oyunu keçirəcək.

25 dekabr 2021-ci il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası gənc müəllimlərin stress vəziyyətindən uzaq olaraq birlikdə sosiallaşması üçün “Xəmsə” Milli İntellektual və əyləncəli oyununu təşkil edəcək. Yarışda müxtəlif bölgələrdən yaşı 35-ə qədər olan və hazırda müəllim olaraq fəaliyyət göstərən müəllimlər komanda şəklində iştirak edəcəklər. 15 dekabradək yarışa ilk qeydiyyatdan keçmiş və sənədləri tam qaydasında olan 16 komanda buraxılacaqdır.

Oyunda iştirak etmək üçün  16 dekabr 2021 -ci il tarixindən etibarən aşağıda qeyd edilən qaydalara uyğun komandalardan sifarişlərin qəbuluna başlanır.

Yarışda ölkə üzrə gənc müəllimlərdən (yaş: 35-ə qədər – 25.12.1986-ci ildən sonra anadan olanlar) ibarət 16 komanda iştirak edəcəkdir.

Qeydiyyat üçün şərtlər

1. Hər komandada 5 əsas (2 ehtiyat) oyunçu qeydiyyatdan keçirilir... (Qeyd: 2 oyunçunun qeydiyyat edilmə səbəbi yarış keçiriləcəyi müddətdə əsas oyunçulardan yarışda iştirak edə bilməyəcək oyunçunun zamanında əvəzlənə bilməsi üçündür. Oyun zamanı 5 əsas oyunçu iştirak edəcək.)

2.Komanda üzvləri yalnız hazırda ümumtəhsil məktəblərində fəaliyyət göstərən, yaşı 35-ə qədər olan müəllimlərdən ibarət olmalıdır.

3.Təqdim edilən excel formatda sifariş forması doldurulmalı (Reqlamentə Əlavə 2)

4.Komandanın adı və kapitanı qeyd edilməlidir.

5.Bütün iştirakçıların şəxsiyyət vəsiqəsinin skanı və UTİS kodları qeyd olunmalıdır.

Qeydiyyat üçün aşağıda qeyd olunan sənədləri qeyd olunmuş vaxt çərçivəsində [email protected] elektron ünvanına göndərmək lazımdır:

Təqdim edilən excel formatda sifariş forması;
Sifariş formasının skan versiyası;
Bütün oyunçuların şəxsiyyət vəsiqəsinin skanı.

Qeyd: Bakı məktəbləri oyunda iştirak üçün müraciət edən zaman eyni rayonda fəaliyyət göstərən məktəblər üzrə qeydiyyat aparmalıdır, bütün rayonları əhatə edən yığma komanda şəklində qeydiyyat qəbul edilməyəcək.

Yarışda iştirak üçün sifariş forması:
https://ref.az/356aqh3

Yarışın əsasnaməsi (qaydalar və şərtlər): https://ref.az/4BjnAi

Seçilmiş 16 komanda sifariş üçün bütün sənədlərin qeyd olunan zamandan gec olmadan qeydiyyatdan keçirməlidir.

Komandaların adı Azərbaycan dilində olmalı və Azərbaycan əlifbası ilə yazılmalıdır.

Oyun zamanı 16 komanda püşk vasitəsilə 4 qrupa bölünür. Hər qrupda 4 komanda mübarizə aparır.

Qruplar arasında ilk 2 yeri tutmuş komandalar növbəti mərhələyə - yarımfinala vəsiqə qazanır.

Yarımfinala vəsiqə qazanmış 8 komanda 2 qrupa bölünür və 2 yarımfinal oyunu təşkil edilir. Oyunlar zamanı ilk 2 yeri tutmuş 4 komanda Finala vəsiqə qazanır.

Finala keçmiş 4 komanda arasında çempionluq uğrunda mübarizə gedir.

Mükafatlandırma:
1-ci yeri tutmuş komandaya kubok,
2-ci yeri tutmuş komandaya isə medal və diplomlar veriləcəkdir.

Bütün komandalara uğur diləyirik!

Media tərəfdaşımız Edumap.az təhsil portalıdır.

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Azərbaycan Gənc MüAGMA tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

Görüşün məqsədi tələbələrdə pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək, onların stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparmaq idi.

Təqdimat zamanı AGMA-nın İcraçı direktoru Aygün Kərimova təşkilatın məqsəd və vəzifələri, cari layihələri və gələcək planları ilə bağlı tələbələri məlumatlandırıb, həmçinin AGMA-nın tələbələr üçün yaratdığı imkanlardan söz açıb.

Görüşdə iştirak edən tələbələrə AGMA komandası adından təşəkkür edirik.

25.11.2024

badge-icon
“Diqqət dağınıqlığı çağında tədris: Məlumat əsaslı effektiv ünsiyyət strategiyaları.”
“Profity Co.” və AGMA-nın birgə təşkil etdiyi vebinarda Aytac Əhmədova “Sinifdə effektiv ünsiyyətin qurulma strategiyaları” mövzusunda müəllimlər üçün nəzərdə tutulan önəmli məlumatları təqdim etdi. Tədbirin əsas məqsədi diqqət dağınıqlığının artdığı müasir təhsil mühitində, şagirdlərlə effektiv əlaqə qurmağın yollarını göstərmək idi.

Webinarda data təhlilinə əsaslanaraq diqqət problemlərinin yaranma səbəbləri araşdırıldı və sinifdə ünsiyyət prosesini təkmilləşdirmək üçün konkret strategiyalar müzakirə edildi. Tədrisdə innovativ yanaşmaların tətbiqi, elmi əsaslı təhlillərlə yanaşı, praktiki nümunələr vasitəsilə izah olundu.

Bu kimi tədbirlər, təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin peşəkar inkişafına dəstək məqsədi daşıyır. Data əsaslı yanaşmaların tədrisə təsiri artıq aktual olan mövzulardandır. 
Webinar üçün Aytac Əhmədovaya və bütün iştirakçılara təşəkkürlər!

24.11.2024

badge-icon
Bu dəfə yolumuzu Xankəndindən saldıq
Belə ki, AGMA-nın İdarə Heyəti üzvləri və müxtəlif fənn birliklərinin sədrləri ilə Qarabağ Universitetində 2025-ci ilin fəaliyyət planını müzakirə etdik, həmçinin cari layihələrimizdən söz açaraq ilin yekunlarına doğru həyata keçiriləcək fəaliyyətlərdən danışdıq.

Qeyd edək ki, görüşün davamında Qarabağ Universitetinin Elm və İnnovasiya məsələri üzrə prorektoru Fariz Əhmədov da bizə qoşuldu, mümkün əməkdaşlıqları müzakirə etdik. 

Ev sahibliyi üçün Qarabağ Universitetinin heyətinə təşəkkürümüzü bildiririk! 

23.11.2024

badge-icon
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.

Gərmətük qəsəbə tam orta məktəbin texnologiya müəllimi Dünya Veysəlova tərəfindən "Müsbət müəllim imicinin formalaşmasında sosial medianın rolu" mövzusunda təlim keçirilib. Təlimdə müxtəlif ixtisaslarda təhsil verən müəllimlər iştirak ediblər. 

Təlimdə iştirak edən gənc müəllimlərimizə təşəkkür edirik!

22.11.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun