Profil

Axtarış

Elanlar

badge-icon
Region Gənc Müəllimlərinin I Şəbəkələşmə Forumu
AGMA regionun gənc müəllimləri arasında davamlı əməkdaşlıq və şəbəkələşmənin təmin edilməsi üçün “Region gənc müəllimlərinin 1-ci şəbəkələşmə forumu” nu təşkil edir. 

Forum 11 dekabr 2021 –ci ildə Şəmkir rayon Kimya - biologiya təmayüllü liseyində keçiriləcək. Forumda Şəmkir, Gəncə, Tovuz, Qazax, Ağstafa, Gədəbəy və Daşkəsən rayonlarında fəaliyyət göstərən gənc müəllimlər iştirak edəcəklər. Gənc müəllimlər təqdim olunacaq 5 təlimdən istəklərinə uyğun 2 təlimdən yararlana bilərlər.

Təklif olunan təlim istiqamətləri aşağıdakılardır:
- Netvörkinq bacarığı;
- Təqdimat bacarığı və natiqlik;
- Müəllimin innovativ bacarıqları;
- Sinfin idarə olunması;
- Çətin tərbiyə olunan şagirdlərlə iş.

Foruma qoşulmaq istəyən gənc müəllimlər Rayon Təhsil Şöbələrinə müraciət etsinlər!
Gənc müəllimlərin maariflənməsinə, özlərini inkişaf etdirməsinə, işlərini sevgi ilə görməsinə yardımçı olmaq bizim məqsədimizdir!

Media tərəfdaşımız Edumap.az təhsil portalıdır.

Qeyd: Forumda iştirak edən müəllimlərə iştirakçı sertifikatı veriləcək

30.11.2021

badge-icon
"Məktəb mentorları" layihəsi Bakı müəllimləri ilə ilk təlimlərə başladı.
"Məktəb mentorları" layihəsi Bakı müəllimləri ilə ilk təlimlərə başladı.
Layihəyə həm Bakıdan, həm də regionlardan müraciət edən müəllimlərin say çoxluğu nəzərə alınaraq təlimlərin 2 mərhələdə keçirilməsinə qərar verilmişdir. 

Bakı müəllimləri ilə təlimlərə 27 noyabrdan start verilmişdir.

Xatırladaq ki, layihənin məqsədi məktəb mentorları vasitəsilə gənc müəllimlərin ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və onlara davamlı onlayn akademik dəstəyin göstərilməsi xidmətini formalaşdırmaqdan ibarətdir.
Qeyd edək ki, seçim əvvəlcədən müəyyən olunan meyarlara - 25 - 33 yaşında hazırda ümumtəhsil müəssisələrində və universitetlərdə müəllim kimi 3 il pedaqoji təcrübəsi olan, mentorluq fəaliyyətini aparmaq üçün həftə ərzində, onlayn formatda 4-5 saat vaxt ayıra bilən, WEB 2 alətlərindən istifadə bacarığı olan, onlayn platformalardan effektiv istifadə etməyi bacaran (MS Teams, G-suite, Zoom, Skype) müəllimlər arasından edildi.

Region müəllimlərinin müraciətinə baxılaraq 2 həftə ərzində müsahibə keçiriləcək.

Təlimdə iştirak edəcək bütün müəllimlərə uğur diləyirik! 

Media Tərəfdaşımız Edumap.az təhsil portalıdır.

27.11.2021

badge-icon
AGMA “Məktəb Mentorları” layihəsinə start verir
 Layihənin məqsədi: Məktəb mentorları vasitəsilə gənc müəllimlərin ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və onlara davamlı onlayn akademik dəstəyin göstərilməsi xidmətini formalaşdırmaqdan ibarətdir. 

KİMLƏR İŞTİRAK EDƏ BİLƏR
  • Hazırda ümumtəhsil müəssisələrində və universitetlərdə müəllim kimi 3 il pedaqoji təcrübəsi olan;
  • Mentorluq fəaliyyətinə marağı olan və özünü bu istiqamətdə inkişaf etdirmək istəyən;
  • Mentorluq fəaliyyətini aparmaq üçün həftə ərzində, onlayn formatda 4-5 saat vaxt ayıra bilən;
  • WEB 2 alətlərindən istifadə bacarığı olan;
  • Onlayn platformalardan effektiv istifadə etməyi bacaran (MS Teams, G-suite, Zoom, Skype);
  • Yaş həddi 25-33 olan;
  • Fənn müəllimi olan;
  • Universitetdə pedaqoji təcrübəsi olan gənc müəllimlər iştirak edə bilərlər.

ƏSAS MƏRHƏLƏLƏR 
  • Müraciətlərin qəbulu
(17.11.2021)
  • Namizədlərlə müsahibələrin aparılması
(17-23.11.2021)
  • Namizədlər üçün təlimlərin keçirilməsi
(26-28.11.2021)
  • Mentorların onlayn fəaliyyəti
(01.12.2021-01.02.2022)
  • Mentorların və mentilərin iştirakı ilə onlayn refkeksiya forumu
(1-15.02.2022)
  • Mentorların sertifikatlaşdırılması
(15-25.02.2022) 

İŞTİRAKÇILAR NƏ ƏLDƏ EDƏCƏKLƏR:
  • Mentorluq inkişaf proqramında iştirak;
  • Mentorluq fəaliyyəti və onun strukturlu aparılması ilə bağlı bilik və bacarıqlar;
  • AGMA platformasında mentor olaraq təbliğ olunma;
  • AGMA tərəfindən sertifikatla təmin olunma;
  • AGMA-nın gələcək layihələrində təlim keçmək şansı.

MENTORUN ÖHDƏLİYİ:
  • 3 günlük canlı təlimlərdə iştirak;
  • 2 ay müddətində AGMA platformasında 10 müəllimə mentorluq etmək;       
  • İş günləri (Bazar ertəsi-Cümə) hər gün 1 saat olmaqla onlayn platforma vasitəsilə xidmət göstərmək.
SON MÜRACİƏT 17 noyabr 2021-ci il.
Təlimlər canlı formada Bakı şəhərində keçiriləcəkdir.
Qeydiyyat linki:

10.11.2021

badge-icon
AGMA öz sıralarına yeni üzvləri 15 noyabrdan qəbul edəcək.
AGMA öz sıralarına yeni üzvləri 15 noyabrdan qəbul edəcək.

Yaşı 35-dən aşağı olan gənc müəllimlər AGMA-ya üzv ola bilərlər.
2018-ci ildə yaradılan Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) 2020-ci ildən etibarən dövlət qeydiyyatına alınmışdır. 

Assosiasiyamıza respublikamızın müxtəlif bölgələrindən olan gənc müəllimlər üzvdür. 
Bizə üzv olmaqla AGMA-nın fəaliyyətində, təşkil etdiyi tədbir və təlimlərində iştirak edə, təlimlərdən sertifikatlar qazana, əlavə resurslar əldə etməklə öyrənmə imkanlarınızı artıra, yerli və Beynəlxalq səviyyədə qurulan əməkdaşlıq imkanlarından faydalana bilərsiniz.

Üzv olmaq üçün 15 noyabr 2021-ci il tarixində Facebook səhifəmizdə yerləşdiriləcək ərizə formasının doldurulması kifayətdir. Müraciət edən müəllimin məlumatları UTİS kodu ilə təsdiqləndikdən sonra üzvlük aktivləşdiriləcəkdir.

03.11.2021

badge-icon
"Gənc müəllim - Birincidir"
"Gənc müəllim - Birincidir" layihəsində Pedaqoji ixtisasda təhsil alan tələbələr iştirak edə bilər.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və "Bir Könüllü" nün birgə təşkilatçılığı ilə yeni layihəyə start verilir.

Pedaqoji ixtisasda təhsil alan tələbələrin peşə qabiliyyətinin artırılmasına xidmət edən layihə ərzində gələcəyin müəllimləri üçün sinfin idarə olunması, dərsə hazırlıq, İT inteqrasiya kimi müxtəlif mövzularda təlimlər keçiriləcək.

Əgər sən də müasir biliklərə yiyələnmiş, pedaqoji-psixoloji hazırlıqlı və kreativ düşüncəli müəllim kimi savadlı nəsillər yetişdirməyə hazırsansa, layihənin iştirakçısı olmağa tələsin:

https://ref.az/2QAwv3S

Unutma hər gənc müəllim Birincidir ! 

01.11.2021

badge-icon
“Fərq yaradan gənc müəllim” müsabiqəsinin 2-ci mərhələsinə start verilmişdir!
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən Kapital Bankın sponsorluğu ilə müəllimlər üçün “Fərq yaradan gənc müəllim” müsabiqəsinin 1-ci mərhələsi sona çatmışdır.

Qeyd edək ki, müraciət çoxluğundan gecikmə baş vermişdir.

Ümumtəhsil məktəblərində işləyən, yaşı 35-ə qədər olan müəllimlər üçün təşkil olunmuş müsabiqənin əsas məqsədi kreativ düşüncəli, müasir və pedaqoji-psixoloji hazırlıqlı gənc müəllimlərin aşkara çıxarılmasından ibarətdir.

2-ci mərhələ 15-22 oktyabr tarixlərində keçiriləcək. Burada müəllimlər 45 dəqiqəlik dərs planı hazırlanmalıdırlar.

Münsiflər heyətinin seçdiyi namizədlərin əyani formatda nümunəvi dərs təqdimatı keçiriləcək.
Bu mərhələdə fərdi görüşlər və dərs nümunələri xüsusi komissiya tərəfindən qiymətləndiriləcək.

Növbəti mərhələyə keçən namizədlərə zəng edilərək məlumat verildi.
İkinci mərhələdə iştirak edə bilməyən namizədlərdən xahiş olunur ki, e-mail adresini yoxlasınlar, məlumat onların e-mail ünvanına göndərilib.

11.10.2021

badge-icon
Gənc müəllimlər arasında sorğu
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təlim ehtiyaclarının müəyyənləşdirməsi istiqamətində gənc müəllimlər arasında sorğu keçirilir. Sorğunun əsas məqsədi gənc müəllimlərin təlim ehtiyaclarını müəyyən etmək və bu istiqamətdə müxtəlif təlim və seminarlar təşkil etməkdir. Sorğuda iştirak etmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://ref.az/58MpA4

04.10.2021

badge-icon
Yeni işə qəbul olunmuş müəllimlərlə ilk dəfə keçirilən adaptasiya proqramı yekunlaşdı.
Adaptasiya proqramının məqsədi yeni işə qəbul olmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.
Adaptasiya proqramı çərçivəsində Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, yerli təhsil idarəetmə orqanlarının rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, psixoloqların iştirakı ilə görüşlər keçirildi, yeni işə qəbul olunan gənc müəllimlərə tövsiyə və məsləhətlər verildi.
Proqram çərçivəsində yerli təhsil idarəetmə orqanının rəhbərinin təqdimatında “Tədris-pedaqoji sənədlərlə işin təşkili”, “Şagirdlərlə işin təşkili”,  Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının koordinatorları ilə müəllimlərin görüşü, Nazirliyin struktur bölmə rəhbərlərinin təqdimatında “Öyrədici mühitin yaradılması”, “Qrant müsabiqədə iştirak, layihə sənədlərinin hazırlanması” “Uğurlu şagird-valideyn-məktəb tandeminin qurulması” mövzusunda təlimlər keçirildi, dərslik müəllifləri, qabaqcıl müəllimlərlə müzakirələr təşkil olundu.
Adaptasiya proqramı mərhələli şəkildə davam edəcək. Proqramda iştirak edən bütün müəllimlərə fəaliyyətlərində uğurlar diləyirik. 

04.10.2021

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Azərbaycan Gənc MüAGMA tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

Görüşün məqsədi tələbələrdə pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək, onların stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparmaq idi.

Təqdimat zamanı AGMA-nın İcraçı direktoru Aygün Kərimova təşkilatın məqsəd və vəzifələri, cari layihələri və gələcək planları ilə bağlı tələbələri məlumatlandırıb, həmçinin AGMA-nın tələbələr üçün yaratdığı imkanlardan söz açıb.

Görüşdə iştirak edən tələbələrə AGMA komandası adından təşəkkür edirik.

25.11.2024

badge-icon
“Diqqət dağınıqlığı çağında tədris: Məlumat əsaslı effektiv ünsiyyət strategiyaları.”
“Profity Co.” və AGMA-nın birgə təşkil etdiyi vebinarda Aytac Əhmədova “Sinifdə effektiv ünsiyyətin qurulma strategiyaları” mövzusunda müəllimlər üçün nəzərdə tutulan önəmli məlumatları təqdim etdi. Tədbirin əsas məqsədi diqqət dağınıqlığının artdığı müasir təhsil mühitində, şagirdlərlə effektiv əlaqə qurmağın yollarını göstərmək idi.

Webinarda data təhlilinə əsaslanaraq diqqət problemlərinin yaranma səbəbləri araşdırıldı və sinifdə ünsiyyət prosesini təkmilləşdirmək üçün konkret strategiyalar müzakirə edildi. Tədrisdə innovativ yanaşmaların tətbiqi, elmi əsaslı təhlillərlə yanaşı, praktiki nümunələr vasitəsilə izah olundu.

Bu kimi tədbirlər, təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin peşəkar inkişafına dəstək məqsədi daşıyır. Data əsaslı yanaşmaların tədrisə təsiri artıq aktual olan mövzulardandır. 
Webinar üçün Aytac Əhmədovaya və bütün iştirakçılara təşəkkürlər!

24.11.2024

badge-icon
Bu dəfə yolumuzu Xankəndindən saldıq
Belə ki, AGMA-nın İdarə Heyəti üzvləri və müxtəlif fənn birliklərinin sədrləri ilə Qarabağ Universitetində 2025-ci ilin fəaliyyət planını müzakirə etdik, həmçinin cari layihələrimizdən söz açaraq ilin yekunlarına doğru həyata keçiriləcək fəaliyyətlərdən danışdıq.

Qeyd edək ki, görüşün davamında Qarabağ Universitetinin Elm və İnnovasiya məsələri üzrə prorektoru Fariz Əhmədov da bizə qoşuldu, mümkün əməkdaşlıqları müzakirə etdik. 

Ev sahibliyi üçün Qarabağ Universitetinin heyətinə təşəkkürümüzü bildiririk! 

23.11.2024

badge-icon
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.

Gərmətük qəsəbə tam orta məktəbin texnologiya müəllimi Dünya Veysəlova tərəfindən "Müsbət müəllim imicinin formalaşmasında sosial medianın rolu" mövzusunda təlim keçirilib. Təlimdə müxtəlif ixtisaslarda təhsil verən müəllimlər iştirak ediblər. 

Təlimdə iştirak edən gənc müəllimlərimizə təşəkkür edirik!

22.11.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun