Profil

Axtarış

Gənc Müəllim Danışır - Orxan Kamallı

"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Orxan Kamallıdır.

Mən  - Kamallı Orxan Sabir oğlu 1993 –cü il aprel ayının 12-də İsmayıllı rayonunda anadan olmuşam. 1999 – cu ildə İsmayıllı rayon  1 nömrəli tam orta məktəbində  təhsil almağa başlamış , 2010-cu ildə isə  rayonun 5 nömrəli tam orta məktəbini bitirmişəm. 2010 –cu ildə  494 balla  Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin coğrafiya müəlllimliyi ixtisasına qəbul olmuşam. 2015–ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edib 52 bal toplayaraq rayonun Gəndov kənd ümumi orta məktəbində pedaqoji fəaliyyətə başlamışam.

 2015-2020-ci illər ərzində eTwininng layihələrinə  qoşularaq rayonun 7 nömrəli tam orta məktəbi ilə əməkdaşlıq çərçivəsində  2 dəfə  - “Aleksandr Düma – Qafqaz “  və “ Tarixi –coğrafi prizmada riyaziyyat “  layihələri üzrə milli keyfiyyət nişanına layiq görülmüşəm. 2020-ci ildə isə Müəllimlərin Yerdəyişməsi müsabiqəsində uğur qazanaraq iş yerimi  İsmayıllı rayon Lahıc qəsəbə tam orta məktəbinə dəyişmişəm.  2020–ci ildə “Ruhumuzun coğrafiyası”, 2021-ci ildə  isə “Kainatdakı eşqin coğrafiyası” adlı  kitabların müəllifi olmuşam. Müəllifi olduğum kitablara BDU-nun professor və dosentinin rəy bildirməsi mənim üçün çox sevindirici haldır.
Formalaşan yeni nəsil yeni baxışlar cəmiyyətə təqdim edir. Təfəkkür getdikcə inkişaf edir. Hətta diqqət edərək görmüşəm ki, Lahıcda dərs dediyim  şagirdlərimdə coğrafiyanın kainat və sosial-iqtisadi istiqaməti daha maraqlıdır. Bu da təbiətin fonunda kainat və iqtisadi-sosial sintezin yaradılmasını zəruri edir. Dərslərin fərqli keçirilməsi üçün istifadə etdiyim və öz bəhrəsini verən üsullardan biri  şagirdlərimdə coğrafi təfəkkürün inkişafı üçün tədqiqedici suallara üstünlük verməyimdir. İndiki şagirdlər inteqrasiya eləməyə daha maraqlıdırlar. Bu baxımdan coğrafiyanın istər təbiət, humanitar, texniki, istərsə də ki riyazi istiqamətinə mühüm yer ayırıram.

Ən maraqlı dərslərimdən biri iqtisadi və sosial coğrafi istiqamətdə regionların  təbii artım problemləri mövzusu olmuşdur. Şagirdlərim dünya əhalisinin  bəzi regionlarda artımının yüksək, bəzilərində isə aşağı olması səbəblərini birmənalı qarşılamamışdılar. Təbii olaraq, demoqrafik siyasətdə də, dünya əhalisinin bəzi regionlarda artırılması, bəzi regionlarda azaldılması problemləri də şagirdlərimi düşündürmüşdür. IX sinif şagirdi Zeynəb Abbasovanın: "Müəllim, problemlərin həllini iqtisadi inkişafı tarazlamaqla nail olmaq olar" cavabı məni sevindirmişdir. Bu da şagirdin məntiqi-yaradıcı təfəkkürünün inkişafının təzahürüdür. 

Lahıc qəsəbəsinin yerləşdiyi coğrafiyası özlüyündə istedadlı şagird mühitinin yaranması üçün təbii və eyni zamanda süni olaraq şəraitin olduğu məkandır. Şagirdlərə dərs dedikcə, həqiqətən, istedadlı şagirdlər özlərini agah edirlər. Bunun bir səbəbi odur ki  , coğrafiya təbiəti və onun sosial-iqtisadi istiqamətini öyrənməsidir. İstedadlı şagirdlər təbiətlə-insan vəhdətini  və eyni zamanda təbiətin iqtisadi təzahürünü kəşf edə bilirlər. Bu kəşf prosesində metodlardan biri də coğrafi problemin qoyulmasıdır. Bütün coğrafi problemlər birbaşa ailələrdə də müşahidə edildiyindən həlli prosesi daha aktual səciyyə almış olur. İstedadlı şagirdlər problemləri daha tez görür və həlli üçün səfərbər olurlar. 

İstedadlı şagirdlərimə xas  nümunəni aşağıdakı istiqamətlər üzrə gətirə bilərəm :
1. Keçirilən mövzuya formal olaraq deyil , tənqidi yanaşma tərzini sərgiləməkləri;
2. Mövzu həcmi ilə qane olmayıb , daha yeni istiqamətləri öyrənmək təfəkkürü;
3. Yaranan yeni sualların daha yuxarı siniflərdə keçiriləcəyinə baxmayaraq, aşağı siniflərdə öyrənmə psixoloji tərzi;
4. İstedadlı şagirdlərin mövcud coğrafi problemlərin həllinə yeni versiyaları təqdim etməsi.
Lahıc məktəbi dəniz səviyyəsindən (Baltik dənizi səviyyəsi) 1550 metr hündürlükdə yerləşir. Məktəb özü qəsəbədə yerləşməsi dağlıq relyef təzahürünün çətinliklərini müəyyən mənada arxada qoyur.  Nəzərə alsaq ki ,  qəsəbə turizm və sənətkarlıq  baxımından inkişaf edib, bu zaman şagirdlərin təfəkkürünün dərinliyi özünü biruzə verər. Məktəbdə internetə çıxışın olması və müasir coğrafiya kabinetinin zamanla formalaşması tədrisin keyfiyyətinə müsbət istiqamətdə kömək etmişdir. Elmi bir mühitin formalaşmasını cüzi çətinlikləri arxada qoyur. 
Bura UNESKO-nun mədəni irs siyahısına daxildir. Nəzərə alsaq ki, bura nəinki Azərbaycanın bölgələrindən, eyni zamanda xarici ölkələrdən turistlər gəlir, bu baxımdan bu coğrafiyanın insanların hansı sivilizasiya səviyyəsinə malik olacağını bilmək olar. Bakıdan fərqi əhali azlığı olsa da, yay fəslində turistlərin gəlməsi bu fərqi müəyyən qədər azaldır. Həm də ki, qəsəbə olduğu üçün şəhər coğrafi inkişaf tərzinə yaxındır. İnsanları da dünyagörüşü zəngindir. Eyni zamanda universitetlərdə burdan çoxlu yüksək ballı şagirdlərin tələbə adını qazanaraq oxuması, tərzi-təfəkkürün də yaxınlaşmasına səbəb olmuşdur. 

Mənə coğrafiya fənnini dayım - coğrafiya müəllimi Abbas Vahabov sevdirdi. Coğrafiya elmini sevdirən şəxsin yəni, ustadın insan həyatında böyük rolu vardır. O vaxt coğrafiya müəllimliyini seçməyə ən çox meyil etməyimin səbəbi – coğrafiyanın dünyanın sosial-iqtisadi problemlərinə biganə qalmamasını görməyim oldu. Elm dediyin problemi qoyub kənara çəkilməməli, aşkar həll yollarını ortaya izhar etməlidir. İndiki abituriyentlərə isə müəllimliyi seçərkən bir məsələyə diqqət yetirmələrini təmənna edirəm: dərs deyəcəyiniz şagirdlər sizə elmin nəzəri hissəsini bilən biri kimi deyil, problemi həll edən bir ustad kimi baxacaqlar. Ona görə də çalışıb problemlərin həlli yollarını müəllimlik fəaliyyətində ümdə duran bir məqsəd kimi qarşılarına qoymalıdırlar. Diqqətinizə görə minnətdarlıq ifadə edirəm. 

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Azərbaycan Gənc MüAGMA tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

Görüşün məqsədi tələbələrdə pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək, onların stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparmaq idi.

Təqdimat zamanı AGMA-nın İcraçı direktoru Aygün Kərimova təşkilatın məqsəd və vəzifələri, cari layihələri və gələcək planları ilə bağlı tələbələri məlumatlandırıb, həmçinin AGMA-nın tələbələr üçün yaratdığı imkanlardan söz açıb.

Görüşdə iştirak edən tələbələrə AGMA komandası adından təşəkkür edirik.

25.11.2024

badge-icon
“Diqqət dağınıqlığı çağında tədris: Məlumat əsaslı effektiv ünsiyyət strategiyaları.”
“Profity Co.” və AGMA-nın birgə təşkil etdiyi vebinarda Aytac Əhmədova “Sinifdə effektiv ünsiyyətin qurulma strategiyaları” mövzusunda müəllimlər üçün nəzərdə tutulan önəmli məlumatları təqdim etdi. Tədbirin əsas məqsədi diqqət dağınıqlığının artdığı müasir təhsil mühitində, şagirdlərlə effektiv əlaqə qurmağın yollarını göstərmək idi.

Webinarda data təhlilinə əsaslanaraq diqqət problemlərinin yaranma səbəbləri araşdırıldı və sinifdə ünsiyyət prosesini təkmilləşdirmək üçün konkret strategiyalar müzakirə edildi. Tədrisdə innovativ yanaşmaların tətbiqi, elmi əsaslı təhlillərlə yanaşı, praktiki nümunələr vasitəsilə izah olundu.

Bu kimi tədbirlər, təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin peşəkar inkişafına dəstək məqsədi daşıyır. Data əsaslı yanaşmaların tədrisə təsiri artıq aktual olan mövzulardandır. 
Webinar üçün Aytac Əhmədovaya və bütün iştirakçılara təşəkkürlər!

24.11.2024

badge-icon
Bu dəfə yolumuzu Xankəndindən saldıq
Belə ki, AGMA-nın İdarə Heyəti üzvləri və müxtəlif fənn birliklərinin sədrləri ilə Qarabağ Universitetində 2025-ci ilin fəaliyyət planını müzakirə etdik, həmçinin cari layihələrimizdən söz açaraq ilin yekunlarına doğru həyata keçiriləcək fəaliyyətlərdən danışdıq.

Qeyd edək ki, görüşün davamında Qarabağ Universitetinin Elm və İnnovasiya məsələri üzrə prorektoru Fariz Əhmədov da bizə qoşuldu, mümkün əməkdaşlıqları müzakirə etdik. 

Ev sahibliyi üçün Qarabağ Universitetinin heyətinə təşəkkürümüzü bildiririk! 

23.11.2024

badge-icon
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.

Gərmətük qəsəbə tam orta məktəbin texnologiya müəllimi Dünya Veysəlova tərəfindən "Müsbət müəllim imicinin formalaşmasında sosial medianın rolu" mövzusunda təlim keçirilib. Təlimdə müxtəlif ixtisaslarda təhsil verən müəllimlər iştirak ediblər. 

Təlimdə iştirak edən gənc müəllimlərimizə təşəkkür edirik!

22.11.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun