Profil

Axtarış

"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Nərgiz Həsənovadır.

Mən - Həsənova Nərgiz Xəqani qızı 21 iyun 2000-ci ildə Ağcabədi rayon Hindarx qəsəbəsində anadan olmuşam. 

2017-ci ildə orta məktəbi bitirib 515 balla Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olmuşam. 2021-ci ildə universiteti bitirib elə həmin il də Müəllimlərin İşə Qəbulu müsabiqəsində yüksək bal toplayaraq Ağcabədi rayon Q.Əliyev adına Hindarx qəsəbə adına 3 saylı ümumi orta məktəbdə müəllim kimi fəaliyyətə başlamışam. 21 yaşımda müəllim olmaq mənim üçün ən qürurverici bir hiss olmaqla yanaşı, həmçinin bir o qədər də həyəcanverici hiss idi. Amma özümə inanırdım. İnanırdım ki, bu peşəyə olan sevgim məni daha da öndə edəcək .Bu incə və ülvi peşəyə olan sevgimin mənbəyi isə orta məktəb dövründən qaynaqlanır. Bu arzumu yerinə yetirmək üçün isə daim mübarizə aparırdım, hətta deyərdim ki, yüksək bal yığmağıma səbəb də məhz bu peşəyə olan sevgim bais olub.

 Tədris etdiyim Azərbaycan dili və ədəbiyyat fənlərinin sirlərini şagirdlərə aşılamaq üçün müxtəlif üsullardan istifadə edirəm. Hətta yadımdadır, bir dəfə Mirvarid Dilbazinin  “Müəllimim” şeirini keçəndə mən şagirdlərə müəllimə aid 5 ədəd atalar sözü  və yaxud aforizm öyrənmələrini də dedim. Bu, şagirdlər üçün çox maraqlı oldu və artıq özləri vətənə, anaya, müəllimə aid müxtəlif tipli şeir və hikmətli sözlər öyrənirlər. Ümumiyyətlə, təkcə şagirdlərimə savad vermək deyil, həmçinin onların hərtərəfli inkişafı üçün səy göstərirəm.

Bir dəfə səhhətimlə əlaqədar bir neçə gün dərsə gedə bilməmişdim.Yenidən məktəbə gedəndə şagirdlərin sevincli şəkildə qarşıma gəlmələri  və mənə nərgiz güllərini verərək “müəllim sizin üçün çox darıxmışıq” demələri məni çox kövrəltdi və artıq anladım ki, mən onların sevgisini qazanmışam. Onların sevgisini qazanmaq məni çox sevindirir.

İşlədiyim məktəbin müasir standartlara cavab verməməsi dərsləri yeni texnologiyalarla keçmək cəhətdən problem yaradır, amma buna baxmayaraq mən yenə də yaxın müddətdə açıq dərs keçməyi planlaşdırır və bunun üzərində hazırlıq işləri görürəm.

Müəllimlik peşəsi - ən ülvi, ən vicdanlı bir peşədir. Bu peşəyə olan sevgini yaşatmaq üçün daim çalışmaq lazımdır. Arzusu müəllim olmaq hər bir abituriyentə isə demək istəyirəm ki, onlar çox şanslı insanlardır ki, içlərində müəllimlik sevdası var. Şagirdlərimə bir müəllim nümunəsi olmağımın nəticəsində artıq onların bir neçəsi gələcəkdə müəllim olmağı qarşısına məqsəd qoyub. Bir gənc müəllim üçün bundan yaxşı sevinc, uğur nə ola bilər ki? Təcrübəm az olsa da, qazandığım uğurlar məni günü-gündən daha da həvəsləndirir, çalışıram yeni fərqli metodlarla dərslər keçim. Həqiqətən də, şagirdlərlə ünsiyyətdə olduqca, onlara savad, təlim, tərbiyə verdikcə insan peşəsindən  xüsusi bir zövq alır.

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Azərbaycan Gənc MüAGMA tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

Görüşün məqsədi tələbələrdə pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək, onların stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparmaq idi.

Təqdimat zamanı AGMA-nın İcraçı direktoru Aygün Kərimova təşkilatın məqsəd və vəzifələri, cari layihələri və gələcək planları ilə bağlı tələbələri məlumatlandırıb, həmçinin AGMA-nın tələbələr üçün yaratdığı imkanlardan söz açıb.

Görüşdə iştirak edən tələbələrə AGMA komandası adından təşəkkür edirik.

25.11.2024

badge-icon
“Diqqət dağınıqlığı çağında tədris: Məlumat əsaslı effektiv ünsiyyət strategiyaları.”
“Profity Co.” və AGMA-nın birgə təşkil etdiyi vebinarda Aytac Əhmədova “Sinifdə effektiv ünsiyyətin qurulma strategiyaları” mövzusunda müəllimlər üçün nəzərdə tutulan önəmli məlumatları təqdim etdi. Tədbirin əsas məqsədi diqqət dağınıqlığının artdığı müasir təhsil mühitində, şagirdlərlə effektiv əlaqə qurmağın yollarını göstərmək idi.

Webinarda data təhlilinə əsaslanaraq diqqət problemlərinin yaranma səbəbləri araşdırıldı və sinifdə ünsiyyət prosesini təkmilləşdirmək üçün konkret strategiyalar müzakirə edildi. Tədrisdə innovativ yanaşmaların tətbiqi, elmi əsaslı təhlillərlə yanaşı, praktiki nümunələr vasitəsilə izah olundu.

Bu kimi tədbirlər, təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin peşəkar inkişafına dəstək məqsədi daşıyır. Data əsaslı yanaşmaların tədrisə təsiri artıq aktual olan mövzulardandır. 
Webinar üçün Aytac Əhmədovaya və bütün iştirakçılara təşəkkürlər!

24.11.2024

badge-icon
Bu dəfə yolumuzu Xankəndindən saldıq
Belə ki, AGMA-nın İdarə Heyəti üzvləri və müxtəlif fənn birliklərinin sədrləri ilə Qarabağ Universitetində 2025-ci ilin fəaliyyət planını müzakirə etdik, həmçinin cari layihələrimizdən söz açaraq ilin yekunlarına doğru həyata keçiriləcək fəaliyyətlərdən danışdıq.

Qeyd edək ki, görüşün davamında Qarabağ Universitetinin Elm və İnnovasiya məsələri üzrə prorektoru Fariz Əhmədov da bizə qoşuldu, mümkün əməkdaşlıqları müzakirə etdik. 

Ev sahibliyi üçün Qarabağ Universitetinin heyətinə təşəkkürümüzü bildiririk! 

23.11.2024

badge-icon
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.

Gərmətük qəsəbə tam orta məktəbin texnologiya müəllimi Dünya Veysəlova tərəfindən "Müsbət müəllim imicinin formalaşmasında sosial medianın rolu" mövzusunda təlim keçirilib. Təlimdə müxtəlif ixtisaslarda təhsil verən müəllimlər iştirak ediblər. 

Təlimdə iştirak edən gənc müəllimlərimizə təşəkkür edirik!

22.11.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun