Profil

Axtarış

"Gənc Müəllim Danışır" - Semur Nəsibovdur.

"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Semur Nəsibovdur.

Mən - Nəsibov Semur Ərəstun oğlu 2018-ci ildə Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edərək Ağdam rayon İmamqulubəyli kənd tam orta məktəbində, daha sonra isə Ağdam rayon 68 saylı tam orta məktəbdə coğrafiya müəllimi işləmək hüququ qazandım. Hal-hazırda isə Ağdam rayon 40 saylı ümumi orta məktəb və Ağdam rayon 129 saylı tam orta məktəblərdə coğrafiya fənnini tədris edirəm. İndiyə qədər keçirilən müxtəlif elmi və intellektual yarışlarda iştirak etmişəm. Həmin yarışlarda əldə etdiyim nailiyyətlərə görə Ağdam Rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən də fəxri fərmanla təltif edilmişəm.

Dərsləri hər zaman şagirdlərin maraqlarına uyğun qurmağa çalışıram. Dərsin izahı zamanı mövzuya uyğun şəkillər, videoroliklər hazırlayıb dərsdə istifadə edirəm ki, bu da həmin mövzunun daha maraqlı və şagirdlər tərəfindən anlaşılan formada olmasına gətirib çıxarır. Xəritə üzərində ərazilər tapmaq üçün və hər bölmənin sonunda şagirdlərin nələri öyrəndiklərini  yoxlamaq üçün mövzulara aid qruplar şəklində yarışlar təşkil edirəm. Sonda qaliblərə fəxri fərmanlar, medallar təqdim edirəm ki, bu da uşaqları çox həvəsləndirir. Komandanın qalib olması üçün sinifdəki daha fəal şagirdlər öz komandalarında olan nisbətən zəif oxuyan şagirdləri də öyrədirlər ki, komanda hesabında daha çox xal qazanıb qalib ola bilsinlər. 

Kənd məktəblərinin çoxunda infrastruktur və maddi-texniki baza (laboratoriya ləvazimatları və s.) bir qədər zəif olduğuna görə bu da müəyyən qədər öz təsirini göstərir. Ancaq bu çatışmazlıqları müxtəlif üsullarla dərs müddətində aradan qaldırmağa çalışırıq.

Həmişə təbiətdə baş verən hadisələrin səbəbləri mənə maraqlı gəlirdi. Onları öyrənməyə, araşdırmağa çalışırdım. Axtardığım suallara coğrafiya fənnini oxuduqca cavab tapmağım bu fənnə qarşı məndə böyük bir sevgi və maraq yaratmışdı. Onun nəticəsi olaraq da orta məktəbi bitirib ali məktəbə seçim edən zaman ilk pilləyə coğrafiya müəllimliyi ixtisasını yazmışdım. 

Abituriyentlərə də tövsiyəm odur ki, hər zaman öz maraqlarının arxasınca getsinlər. Özlərini hansı peşədə görmək istəyirlərsə, o yolda da irəliləsinlər. Sonda mütləq öz məqsədlərinə çatacaqlar!

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Azərbaycan Gənc MüAGMA tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

Görüşün məqsədi tələbələrdə pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək, onların stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparmaq idi.

Təqdimat zamanı AGMA-nın İcraçı direktoru Aygün Kərimova təşkilatın məqsəd və vəzifələri, cari layihələri və gələcək planları ilə bağlı tələbələri məlumatlandırıb, həmçinin AGMA-nın tələbələr üçün yaratdığı imkanlardan söz açıb.

Görüşdə iştirak edən tələbələrə AGMA komandası adından təşəkkür edirik.

25.11.2024

badge-icon
“Diqqət dağınıqlığı çağında tədris: Məlumat əsaslı effektiv ünsiyyət strategiyaları.”
“Profity Co.” və AGMA-nın birgə təşkil etdiyi vebinarda Aytac Əhmədova “Sinifdə effektiv ünsiyyətin qurulma strategiyaları” mövzusunda müəllimlər üçün nəzərdə tutulan önəmli məlumatları təqdim etdi. Tədbirin əsas məqsədi diqqət dağınıqlığının artdığı müasir təhsil mühitində, şagirdlərlə effektiv əlaqə qurmağın yollarını göstərmək idi.

Webinarda data təhlilinə əsaslanaraq diqqət problemlərinin yaranma səbəbləri araşdırıldı və sinifdə ünsiyyət prosesini təkmilləşdirmək üçün konkret strategiyalar müzakirə edildi. Tədrisdə innovativ yanaşmaların tətbiqi, elmi əsaslı təhlillərlə yanaşı, praktiki nümunələr vasitəsilə izah olundu.

Bu kimi tədbirlər, təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin peşəkar inkişafına dəstək məqsədi daşıyır. Data əsaslı yanaşmaların tədrisə təsiri artıq aktual olan mövzulardandır. 
Webinar üçün Aytac Əhmədovaya və bütün iştirakçılara təşəkkürlər!

24.11.2024

badge-icon
Bu dəfə yolumuzu Xankəndindən saldıq
Belə ki, AGMA-nın İdarə Heyəti üzvləri və müxtəlif fənn birliklərinin sədrləri ilə Qarabağ Universitetində 2025-ci ilin fəaliyyət planını müzakirə etdik, həmçinin cari layihələrimizdən söz açaraq ilin yekunlarına doğru həyata keçiriləcək fəaliyyətlərdən danışdıq.

Qeyd edək ki, görüşün davamında Qarabağ Universitetinin Elm və İnnovasiya məsələri üzrə prorektoru Fariz Əhmədov da bizə qoşuldu, mümkün əməkdaşlıqları müzakirə etdik. 

Ev sahibliyi üçün Qarabağ Universitetinin heyətinə təşəkkürümüzü bildiririk! 

23.11.2024

badge-icon
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.

Gərmətük qəsəbə tam orta məktəbin texnologiya müəllimi Dünya Veysəlova tərəfindən "Müsbət müəllim imicinin formalaşmasında sosial medianın rolu" mövzusunda təlim keçirilib. Təlimdə müxtəlif ixtisaslarda təhsil verən müəllimlər iştirak ediblər. 

Təlimdə iştirak edən gənc müəllimlərimizə təşəkkür edirik!

22.11.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun