Profil

Axtarış

Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Ülviyə Rəsulovadır.

Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Ülviyə Rəsulovadır.

Mən - Ülviyə Rəsulova 1990-cı ildə Gədəbəy rayonunda anadan olmuşam. 2008-ci ildə Gədəbəy rayonu şəhid İlham Əliyev adına 2 nömrəli tam orta məktəbi bitirib, həmin il yüksək bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsinə qəbul olmuşam. 2014-cü ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək 91 % nəticə ilə Gədəbəy rayon İsalı kənd tam orta məktəbinə riyaziyyat müəllimi təyin olunmuşam. 2017-ci ildə Şəki rayonuna yerdəyişmə etdim. Hazırda Qax rayon Qaratala kənd tam orta məktəbində işləyirəm. 

İşlədiyim vaxtlarda  uğurlarım çox olub, bunlardan bir neçəsini qeyd etmək istəyirəm. Bu günə qədər bir çox təlimlərdə, elmi konfranslarda, seminarlarda, tədbirlərdə fəal iştirak etmişəm. Bunlardan “Ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər üçün İKT savadlılığının artırılması”, “PİSA Beynəlxalq Qiymətləndirmə”, “Azərbaycan Respubilkasının Təhsil Nazirliyi İxtisasartırma təhsili” , “Azərbaycan Respubilkasının Təhsil Nazirliyi İxtisasartırma təhsili Riyaziyyat” , Təhsildə İKT-dən istifadə metodikası” , “Avropada STEM KƏŞF KONPANİYASI həftəsi ilə” , “Müasir elmi təqdiqat  müəssəsi təlimi” , Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Azərbaycan müəllimlərinin səriştəsinin artırılması” təlimlərində iştirak edərək sertifikatlarla təltif olunmuşam. 

2020-ci ildə Azərbaycan Respublikasının Təhsil İnstitutunub "STEAM Azerbaijan" layihəsində iştirak edərək sertifikat almışam.   Bu il Təhsil Nazirliyinin “ Təhsildə İnkişaf və İnnovasiya üzrə V Qrant” müsabiqəsinin fərdi kateqoriya üzrə  "Gələcəyimizi bu gün quraq STEAM əsaslı təlim" layihəsinin qalibi olmuşam.

Riyaziyyat dərsini çox vaxt şagirdlər  ən çətin fənn kimi ifadə ediblər. Bunun üçün dərsin izahı zamanı mövzuya uyğun şəkillər, fiqurlar, dərs zamanı fiqurların hazırlaması, araşdıraraq öyrənmə üsullarından istifadə edirəm ki, bu da həmin mövzunun daha maraqlı və şagirdlər tərəfindən anlaşılan formada olmasına gətirib çıxarır,  riyazi qaydaları görərək toxunaraq tətbiq edirik. Bu zaman şagirdlər qaydanı eşidərək deyil toxunaraq, ölçüb hazırlayaraq tətbiq edirlər. Bölmənin sonunda şagirdlərin nələri öyrəndiklərini yoxlamaq üçün mövzulara uyğun evə bir çox sərbəst iş verirəm.  Hazırlanan işlərimizi də dərsdə səhvləri və düzlərimizi qiymətləndirmə apararaq qalib seçirik. 

İşlədiyim müddət ərzində bir çox maraqlı, istedadlı şagirdlərim olmuşdur. Vətənsevən, gözəlqəlbli, istedad dolu gəncləri saymaqla bitən deyil. Sinfimdəki şagirdlərin çoxunun bir məqsədi var, tez böyüyüb əsgər olub Ermənistanın cavabını tez və vaxtında  vermək. Gədəbəy rayonunun İsalı kənd tam orta məktəbində ilk dərs dediyim sinif 5-ci sinif idi. Sinifdə dərs zamanı Ermənistanın atdığı atəş səslərini eşitməyə başladıq, həmin vaxt şagirdlərimdən biri: "2 dəqiqə gözləyin “ Bizim  Azərbaycan əsgərləri görün necə sustduracaqlar onları” cümləsi heç vaxt yadımdan çıxmır.  Bu sözləri isə 44 günlük  Zəfərlə Azərbaycan gəncləri sübut etdi.

Dərslərdə zəif şagirdlərin mükəmməl əl işlərinin olduğunu, müxtəlif sahələrdə özlərini göstərdiklərini bilirik, onları kəşf etmək lazımdır. Ona görə zəif şagird yoxdur, hər şagirdi kəşf edib onların istedadını ortaya çıxartmaq lazımdır. Düşünürəm ki, hər bir şagird bir dəyərli xəzinədir, sadəcə onları vaxtında tapıb üzə çıxartmaq lazımdır, bu isə biz müəllimlərin üzərinə düşür.  

Sinifdə şagird varsa, o qədər də çox fərqli istedada, bacarığa malik şagird var. Fərqli istedada malik şagirdlərimdən Məmmədli Ümüd, Baxışlı Fərda STEM kəşf konpaniyası əlaqəli yarışda "Hərəkət edəbilən cisim' ilə əlaqəli sertifikat, Məmmədli Zəhra Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsində iştirak edərək yer tutmuşdur.

 Hər insanın həyatında çətinliklər olur. Lakin bunlar onu əksinə möhkəmləndirir. Gədəbəydə, Ermənistanla sərhəd kənddə işləmək, hər gün atəş səsi  altında dərs demək, Şəkinin Əliyar kəndinə hər gün Qaxdan 85 km yol gedib gəlmək nəinki məni qorxutmayıb, əksinə işimə bağlılığımı bir az da artırıb. Hətta fəxr etmişəm ki,  vətənimə olan borcumu mən də sərhəd kəndində şagirdlərə keyfiyyətli bilik verməklə yerinə yetirirəm və ailəm hər zaman mənə dəstək olub.

Təhsili kənd və şəhər olaraq bölməzdim. Doğrudur, şəhərdə texnologiya baxımından üstünlüklər çoxdur. Şəhərdə formalaşan dünyagörüşünü kənddə də tətbiq etmək mümkündür. Düşünürəm ki, biz gənc müəllimlər həmin texnologiyanı kəndə də apara bilərik. Kənddə təhsil maraqlıdır. Çünki hər bir şagird yeniliyə can atır və hər mövzunu həm nəzəriyyə, həm də praktiki cəhətdən həvəslə öyrənir. Mən kənd məktəbində təhsil almağa başlamışam. Elmi kənd və şəhər deyə ayırmıram. Təki şagirdlərimizin hədəfləri dəqiq, məqsədləri aydın olsun. Bu gün kənd uşaqları təbiətlə daha yaxındır, texnologiyadan uzaqdır,  bu baxımdan şəhərdəki uşaqlardan üstündürlər.

Düşünürəm ki, şagirdləri sevən, qayğısına qalan, can yandıran hər bir müəllim əsl müəllimdir. Əgər şagirdləri sevirsənsə, sevərək öyrədirsənsə, onda qarşılığını hər zaman alacaqsan.  Ən böyük arzularımdan biri dövlətimiz üçün  tərbiyəli, ağıllı, savadlı, dünyagörüşlü şagirdlər yetışdirməkdir. Ən istedadlı, ən bacarıqlı uşaqlar gələcəkdə müəllim olmalıdır. Ən vicdanlı, ən ədalətli insanlar müəllim olmalıdır ki, dünyamıza sevgi dolu, pozitiv düşünərək gözəl fərdlər yetişdirsin.

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link: https://ref.az/2r2ho8w

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Azərbaycan Gənc MüAGMA tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

Görüşün məqsədi tələbələrdə pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək, onların stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparmaq idi.

Təqdimat zamanı AGMA-nın İcraçı direktoru Aygün Kərimova təşkilatın məqsəd və vəzifələri, cari layihələri və gələcək planları ilə bağlı tələbələri məlumatlandırıb, həmçinin AGMA-nın tələbələr üçün yaratdığı imkanlardan söz açıb.

Görüşdə iştirak edən tələbələrə AGMA komandası adından təşəkkür edirik.

25.11.2024

badge-icon
“Diqqət dağınıqlığı çağında tədris: Məlumat əsaslı effektiv ünsiyyət strategiyaları.”
“Profity Co.” və AGMA-nın birgə təşkil etdiyi vebinarda Aytac Əhmədova “Sinifdə effektiv ünsiyyətin qurulma strategiyaları” mövzusunda müəllimlər üçün nəzərdə tutulan önəmli məlumatları təqdim etdi. Tədbirin əsas məqsədi diqqət dağınıqlığının artdığı müasir təhsil mühitində, şagirdlərlə effektiv əlaqə qurmağın yollarını göstərmək idi.

Webinarda data təhlilinə əsaslanaraq diqqət problemlərinin yaranma səbəbləri araşdırıldı və sinifdə ünsiyyət prosesini təkmilləşdirmək üçün konkret strategiyalar müzakirə edildi. Tədrisdə innovativ yanaşmaların tətbiqi, elmi əsaslı təhlillərlə yanaşı, praktiki nümunələr vasitəsilə izah olundu.

Bu kimi tədbirlər, təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin peşəkar inkişafına dəstək məqsədi daşıyır. Data əsaslı yanaşmaların tədrisə təsiri artıq aktual olan mövzulardandır. 
Webinar üçün Aytac Əhmədovaya və bütün iştirakçılara təşəkkürlər!

24.11.2024

badge-icon
Bu dəfə yolumuzu Xankəndindən saldıq
Belə ki, AGMA-nın İdarə Heyəti üzvləri və müxtəlif fənn birliklərinin sədrləri ilə Qarabağ Universitetində 2025-ci ilin fəaliyyət planını müzakirə etdik, həmçinin cari layihələrimizdən söz açaraq ilin yekunlarına doğru həyata keçiriləcək fəaliyyətlərdən danışdıq.

Qeyd edək ki, görüşün davamında Qarabağ Universitetinin Elm və İnnovasiya məsələri üzrə prorektoru Fariz Əhmədov da bizə qoşuldu, mümkün əməkdaşlıqları müzakirə etdik. 

Ev sahibliyi üçün Qarabağ Universitetinin heyətinə təşəkkürümüzü bildiririk! 

23.11.2024

badge-icon
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.

Gərmətük qəsəbə tam orta məktəbin texnologiya müəllimi Dünya Veysəlova tərəfindən "Müsbət müəllim imicinin formalaşmasında sosial medianın rolu" mövzusunda təlim keçirilib. Təlimdə müxtəlif ixtisaslarda təhsil verən müəllimlər iştirak ediblər. 

Təlimdə iştirak edən gənc müəllimlərimizə təşəkkür edirik!

22.11.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun