Profil

Axtarış

"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Elsun Əsgərovdur.

Mən - Əsgərov Elsun 1996-cı ildə Göyçay rayonunun Bəydövül kəndində anadan olmuşam. 2002-ci ildə həmin kəndin tam orta məktəbinə daxil olmuşam. Müxtəlif fənlər üzrə olimpiadalarda iştirak edərək uğurlar qazanmışam. 2013-cü ildə həmin məktəbi bitirib Bakı Dövlət Universitetinin Filologiya(Azərbaycan dili və ədəbiyyatı) fakültəsinə qəbul olmuşam. 2017-ci ildə buranı bitirdikdən sonra müxtəlif sahələrdə işləmişəm. Lakin müəllimliyə, ədəbiyyata, elmə olan sevgi yenidən məni öz getməli olduğum yola döndərdi. 2018-2019-cu illərdə BDU-da Yenidənhazırlanma təhsili aldım. 2021-ci ildə isə Zərdab rayon Kəndəbil kənd tam orta məktəbində müəllim kimi işləmək hüququ qazandım. Bunu mən həyata ikinci dəfə qayıtmaq kimi dəyərləndirərdim. Tələbəlik illərində müəllim kimi özümü təsəvvür etmirdim, çünki bu sənətin nə qədər məsuliyyətli və çətin olduğunu dərk edirdim. Amma illər ötdükcə bunu bacaracağımı və ən yaxşısını edəcəyimi hiss etdim. Və hal-hazırda müəllim kimi fəaliyyət göstərdiyim hər gün əsl bu işin adamı olduğumu daha yaxşı anlayıram. 

Dərslərin nə qədər keyfiyyətli olması daha çox müəllimə bağlıdır. Nə qədər maraqlı iş üsulu olsa da, əgər hər dəfə olduğun kimi işinə pozitiv və sevərək yanaşmırsansa, dərsin də uğurlu alınması ehtimalı çox azdır. Hansı ki bu bütün sahələrdə belədir. Sevərək edilən hər şey sonunda gözəl olur. Ancaq tədris müddətində uşaqlar daha çox qrup oyunlarına və yarışlara  maraq göstərirlər. Xüsusən də ortada hədiyyə olanda. Əsl ölüm-dirim mübarizəsi olur...

Hər bir şagirdin, təbii ki, bir istedadı var. Sadəcə müəllim onu zamanla aşkara çıxartmalıdır. Oxumayan şagird üçün də yeni iş üsulu tapıb ortaya çıxartmaq lazım gəlir. Kitab üzərində tövsiyə edilənlər bəzən yaramaya da bilir. Və onu da qeyd edim ki, istedadsız şagird yoxdur. Sadəcə səbirlə gizli məqamları ortaya çıxarmaq lazımdır.

İstedadlı şagirdlərim çoxdur. Ən xoş olan isə bəzilərinin dünya ədəbiyyatından müəyyən qədər xəbərdar olmasıdır. Viktor Hüqo, Şekspir, Cek London, Corc Bayron kimi ədəbiyyat adamlarının əsərlərindən xəbərdar olmaları sevindirici haldır. Hələ mən dərslikdənkənar neçə-neçə şeiri əzbər bilən şagirdləri demirəm.

Dərs dediyim kənddə bəzi texniki problemlər var. Amma onu da deyim ki, bu o qədər də müəllim heyətinin işinin keyfiyyətinə mane olmur. Yəni nə qədər sevgi ilə yanaşma varsa, bir o qədər də yaxşı nəticə var. 

Məncə, kənddəki şagirdlərin üstünlüyü şəhərin səs-küyündən, izdihamından uzaq olması ola bilər. Amma hər kəsə öyrəşdiyi mühit xoşdur. Yəqin ki, şəhərdəki şagirdlərə də kəndin sakitçiliyi xoş gəlməz. 

Müəllimlik istəyi məndə zamanla formalaşdı. Bu işə başladıqdan sonra isə sanki öz olmalı olduğum yeri tapdım. Müəllim olmağın hər anı əvəzolunmazdır, gözəldir. Bu çətin peşənin yollarında addımlamaq mənim üçün şərəfdir. Dövlətə, xalqa layiqli övladların yetişdirilməsi bizim vəzifəmiz və borcumuzdur. Təbii ki, bu ali işdə bizə dəstək olan və ardımızca gələn müəllimlər yetişəcək və onlar yeni-yeni şəxsiyyətlər, sənətkarlar, alimlər, yazıçılar, mühəndislər, ən əsası vətəninə, xalqına layiq insanlar formalaşdıracaq.

Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link: https://ref.az/2r2ho8w

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Azərbaycan Gənc MüAGMA tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

Görüşün məqsədi tələbələrdə pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək, onların stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparmaq idi.

Təqdimat zamanı AGMA-nın İcraçı direktoru Aygün Kərimova təşkilatın məqsəd və vəzifələri, cari layihələri və gələcək planları ilə bağlı tələbələri məlumatlandırıb, həmçinin AGMA-nın tələbələr üçün yaratdığı imkanlardan söz açıb.

Görüşdə iştirak edən tələbələrə AGMA komandası adından təşəkkür edirik.

25.11.2024

badge-icon
“Diqqət dağınıqlığı çağında tədris: Məlumat əsaslı effektiv ünsiyyət strategiyaları.”
“Profity Co.” və AGMA-nın birgə təşkil etdiyi vebinarda Aytac Əhmədova “Sinifdə effektiv ünsiyyətin qurulma strategiyaları” mövzusunda müəllimlər üçün nəzərdə tutulan önəmli məlumatları təqdim etdi. Tədbirin əsas məqsədi diqqət dağınıqlığının artdığı müasir təhsil mühitində, şagirdlərlə effektiv əlaqə qurmağın yollarını göstərmək idi.

Webinarda data təhlilinə əsaslanaraq diqqət problemlərinin yaranma səbəbləri araşdırıldı və sinifdə ünsiyyət prosesini təkmilləşdirmək üçün konkret strategiyalar müzakirə edildi. Tədrisdə innovativ yanaşmaların tətbiqi, elmi əsaslı təhlillərlə yanaşı, praktiki nümunələr vasitəsilə izah olundu.

Bu kimi tədbirlər, təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin peşəkar inkişafına dəstək məqsədi daşıyır. Data əsaslı yanaşmaların tədrisə təsiri artıq aktual olan mövzulardandır. 
Webinar üçün Aytac Əhmədovaya və bütün iştirakçılara təşəkkürlər!

24.11.2024

badge-icon
Bu dəfə yolumuzu Xankəndindən saldıq
Belə ki, AGMA-nın İdarə Heyəti üzvləri və müxtəlif fənn birliklərinin sədrləri ilə Qarabağ Universitetində 2025-ci ilin fəaliyyət planını müzakirə etdik, həmçinin cari layihələrimizdən söz açaraq ilin yekunlarına doğru həyata keçiriləcək fəaliyyətlərdən danışdıq.

Qeyd edək ki, görüşün davamında Qarabağ Universitetinin Elm və İnnovasiya məsələri üzrə prorektoru Fariz Əhmədov da bizə qoşuldu, mümkün əməkdaşlıqları müzakirə etdik. 

Ev sahibliyi üçün Qarabağ Universitetinin heyətinə təşəkkürümüzü bildiririk! 

23.11.2024

badge-icon
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.

Gərmətük qəsəbə tam orta məktəbin texnologiya müəllimi Dünya Veysəlova tərəfindən "Müsbət müəllim imicinin formalaşmasında sosial medianın rolu" mövzusunda təlim keçirilib. Təlimdə müxtəlif ixtisaslarda təhsil verən müəllimlər iştirak ediblər. 

Təlimdə iştirak edən gənc müəllimlərimizə təşəkkür edirik!

22.11.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun