Profil

Axtarış

"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Çinarə Abdulhüseynlidir.

Mən - Abdulhüseynli Çinarə Famil qızı 11.10.1999-cu il tarixində Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuşam. 2005-2016-cı illər ərzində Qəbələ rayonu Vəndam qəsəbəsi Elnur Bəşirov adına 3 saylı tam orta məktəbdə təhsil almış, 2016-cı ildə yüksək nəticə göstərərək Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına daxil olmuş, 2020-ci ildə isə universiteti uğurla bitirərək məzun olmuşam. Universitet illərində yazdığım bir çox məqalələrim qəzet və jurnallarda çap olunmuş, mənə uğur gətirmişdir. Bundan əlavə təhsil aldığım 4 il müddətində bir çox təlim və seminarlarda yaxından iştirak etmiş, layihə rəhbəri vəzifəsində olmuş, QHT-də könüllülük fəaliyyəti göstərmişəm. Uğurlu fəaliyyətlərim nəticəsində sertifikat, təşəkkürnamə və diplomla təltif olunmuşam.  Düşünürəm ki, öyrənmək heç vaxt gec deyil. Buna görə də boş vaxtlarımda mütaliələr edir, layihələr üzərində çalışır, elmi araşdırmalar aparmaqda davam edirəm. 

2021-ci ildən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində ixtisasım üzrə fəaliyyət göstərirəm. Dərs dediyim məktəbdə istər İKT cəhətdən, istərsə də şərait cəhətdən heç bir problemlə üzləşməmişəm. Məktəbimiz müasir avadanlıqlarla təchiz olunmuş, müəllim və tələbələrin rahatlığı üçün hər cür şərait qurulmuşdur. Şagirdlərimin hamısı istedadlı və mehribandır. Onların içərisində Sevda, Fidan, Hüseyn xüsusilə fərqlənirlər. Fidan ədəbiyyat fənnini  çox sevir, mütaliələr edir. Sevda ilə Hüseyin hər dərsimə hazır gələn sevimli şagirdlərimdir. Hüseynin yazısı çox gözəldir. Hər dəfə mütləq onun dəftərinə baxıb, yazısına tamaşa edirəm. 
 Mənə elə gəlir ki, oxumaq istəyən şagird üçün heç bir coğrafi məkan mane ola bilməz. Önəmli olan şagirdin istəyi və məqsədidir. 

Mənim üçün bütün dərslər maraqlı keçir, hətta deyərdim ki, 45 dəqiqə necə keçir bilmirik. Ən maraqlı dərsimiz Nizami Gəncəvinin həyat və yaradıcılığı dərsi idi. Uşaqlar həvəslə çalışırdılar. Onlara baxıb mən də yenidən şagird olmaq istəyirdim. 

Müəllim - bu ad şərəfli addır. Müəllim adını  daşıdığım üçün çox xoşbəxtəm. Savadla silahlanan müəllim həm insan qəlbini, həm də beynini fəth edə bilər. Ona görə də müəllimin bir əlində savad, digər əlində gözəl qəlbi olmalıdır. Bundan başqa müəllim həm psixoloq, öz davranışı ilə uşaqlara nümunə olmalıdır. Müəllim həyatı cəmiyyətin  qarşısında açıq bir aynadır. Hər kəs orada öz əksini görür. 

"Müəllim! Düşüncə güllərimizi 
Əqlilə suvaran bir bağban oldu. 
Endirdi yerlərə atamız bizi
Müəllim-göylərə qaldıran oldu".


Siz də müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link: https://ref.az/2r2ho8w

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Azərbaycan Gənc MüAGMA tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

Görüşün məqsədi tələbələrdə pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək, onların stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparmaq idi.

Təqdimat zamanı AGMA-nın İcraçı direktoru Aygün Kərimova təşkilatın məqsəd və vəzifələri, cari layihələri və gələcək planları ilə bağlı tələbələri məlumatlandırıb, həmçinin AGMA-nın tələbələr üçün yaratdığı imkanlardan söz açıb.

Görüşdə iştirak edən tələbələrə AGMA komandası adından təşəkkür edirik.

25.11.2024

badge-icon
“Diqqət dağınıqlığı çağında tədris: Məlumat əsaslı effektiv ünsiyyət strategiyaları.”
“Profity Co.” və AGMA-nın birgə təşkil etdiyi vebinarda Aytac Əhmədova “Sinifdə effektiv ünsiyyətin qurulma strategiyaları” mövzusunda müəllimlər üçün nəzərdə tutulan önəmli məlumatları təqdim etdi. Tədbirin əsas məqsədi diqqət dağınıqlığının artdığı müasir təhsil mühitində, şagirdlərlə effektiv əlaqə qurmağın yollarını göstərmək idi.

Webinarda data təhlilinə əsaslanaraq diqqət problemlərinin yaranma səbəbləri araşdırıldı və sinifdə ünsiyyət prosesini təkmilləşdirmək üçün konkret strategiyalar müzakirə edildi. Tədrisdə innovativ yanaşmaların tətbiqi, elmi əsaslı təhlillərlə yanaşı, praktiki nümunələr vasitəsilə izah olundu.

Bu kimi tədbirlər, təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin peşəkar inkişafına dəstək məqsədi daşıyır. Data əsaslı yanaşmaların tədrisə təsiri artıq aktual olan mövzulardandır. 
Webinar üçün Aytac Əhmədovaya və bütün iştirakçılara təşəkkürlər!

24.11.2024

badge-icon
Bu dəfə yolumuzu Xankəndindən saldıq
Belə ki, AGMA-nın İdarə Heyəti üzvləri və müxtəlif fənn birliklərinin sədrləri ilə Qarabağ Universitetində 2025-ci ilin fəaliyyət planını müzakirə etdik, həmçinin cari layihələrimizdən söz açaraq ilin yekunlarına doğru həyata keçiriləcək fəaliyyətlərdən danışdıq.

Qeyd edək ki, görüşün davamında Qarabağ Universitetinin Elm və İnnovasiya məsələri üzrə prorektoru Fariz Əhmədov da bizə qoşuldu, mümkün əməkdaşlıqları müzakirə etdik. 

Ev sahibliyi üçün Qarabağ Universitetinin heyətinə təşəkkürümüzü bildiririk! 

23.11.2024

badge-icon
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.

Gərmətük qəsəbə tam orta məktəbin texnologiya müəllimi Dünya Veysəlova tərəfindən "Müsbət müəllim imicinin formalaşmasında sosial medianın rolu" mövzusunda təlim keçirilib. Təlimdə müxtəlif ixtisaslarda təhsil verən müəllimlər iştirak ediblər. 

Təlimdə iştirak edən gənc müəllimlərimizə təşəkkür edirik!

22.11.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun