Profil

Axtarış

Fərq Yaradan Gənc Müəllim-2023

Mən Əfəndizadə Lalə Şirxan qızı. 1997- ci ildə Ağdaş rayonunda doğulmuşam. 2003- ci ildə Ağdaş rayonu Müşfiq İsayev adına tam orta məktəbdə tədris ilimi başlamışam. 2014–cü ildə məktəbi bitirib, həmin ildə    548 bal ilə Azərbaycan Dillər Universitetinin Xarici dil müəllimliyi ( ingilis-alman dili müəllimliyi) fakültəsinə qəbul olmuşam. 

   2020-ci ildə yenidən MİQ imtahanında iştirak edərək Ağdaş rayon Ramiz Hacıyev adına tam orta məktəbdə daimi İngilis dili müəllimi olaraq çalışmağa başlamışam və hələ də orada işləyirəm. 2020-ci ildə eyni zamanda, Ağdaş rayonu Səməd Vurğun adına tam orta məktəbdə müddətli müqavilə ilə işləməyə dəvət edilərək çalışmışam. 

   2021-ci ildə British Council tərəfindən həyata keçirilən “İntroduction to Core Skills” təlimlərində fəal iştirak edərək beynəlxalq statuslu sertifikat ədə etmişəm. Həmin ildə Təhsil Mərkəzinin keçirdiyi  “ İKT savadlılığının artırılması” üzrə 36 saatlıq təlimlərdə fəal iştirak edərək sertifikat əldə etmişəm. 

  2021-ci ildən etibarən beynəlxalq layihə olan “Etwining” layihəsinə qoşulmuşam. Bu layihəyə əsasən, şagirdlərim və mən başqa ölkələrin müəllim və şagirdləri ilə birgə yeni proyektlər hazırlamağa başlamışıq.  

  2022-ci ilin mart ayında Cənab Nazir – Emin Əmrullayev Mərkəzi Aran Regionunun yüksək göstəricilərə (Universitetə qəbul balı və MIQ balı yüksək olan) sahib olan Gənc müəllimləri görüşdə iştirak edərək Cənab Nazir tərəfindən “Gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətimə” görə “ Təşəkkürnamə” ilə təltif edilmişəm. Onu da qeyd etmək istəyirəm ki, həmin görüşdə rayonumuzu yeganə təmsil edən Gənc müəllim mən idim.

   2022-ci ildə Paşa Holding və “GİD CSR Consulting” şirkətinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilən “Təhsilə doğru” layihəsinə rəhbərlik etmişəm. Bu layihə üzrə məktəbimizin – Ramiz Hacıyev adına tam orta məktəbin 100 şagirdi dərsdən kənar İngilis dili dərslərinə cəlb edilib və sonda şirkət rəhbərlərinin iştirakı ilə Ağdaş şəhər Heydər Əliyev mərkəzində olimpiada təşkil edilib. Fəal şagirdlər diplomla təltif ediliblər.

  2022-ci ildə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə”  VI Qrant müsabiqəsi üzrə fərdi kateqoriya üzrə “Danışan kitablar” adlı layihəm qalib layihələr arasında oldu. Bu layihə üzrə artıq çalışdığım kənd məktəbində müasir resurslarla təchiz olunmuş Ingilis dili kabineti yaradıldı. 3 ay müddətində davam edən layihəmə layiqincə rəhbərlik edərək uğurla bitirməyi bacarmışam.

  2022-ci ildə 5 noyabr tarixində “3rd İnternational Forum on New Challanges in Education” formunda iştirak etdiyimə görə beynəlxalq statuslu sertifikat əldə etmişəm.

  2022-ci ilin sentyabr ayında ADA Universitetinin “Bir Müəlliminin Manifesti” ixtisasartırma proqramına qəbul olmuşam. ADA Universitetinin Qazax mərkəzində başlayan dərslərimi ADA Universitetinin Bakı filialında davam etdirmişəm. Hibrid formada Azərbaycanda keçirilən dərsləri uğurla başa çatdıraraq ADA universitetinin Vaşington filialında təhsil almağa vəsiqə qazandım. 2 ay müddətində ABŞ-da həm təhsil alaraq, həm də məktəblərdə praktika keçərək müəllimlik üzrə olan bilik və bacarıqlarımı daha da artırdım. Oradakı təhsilimin sonunda imtahan verib diplom almaqla yanaşı, iki ədəd layihə əsasında “Oscar” mükafatına layiq görüldüm.

  Bu il - 2023-cü ildə Macarıstanın paytaxtı Budapeştdə “İnnovasiya və Təhsil” mövzusunda Etwining seminarında iştirak hüququ qazandım. Onu da qeyd edim ki, həmin konfransda Azərbaycanı təmsil edən 2 müəllimdən biri mən idim.

  Bununla yanaşı, “KitabGəzər” layihəsinə əsasən, şagirdlərim üçün 340 ədəd Qəbul imtahanına hazırlıq kitabları qazanaraq şagirdlərimə payladım. Daha sonra eynən bu layihəyə əsasən, məktəbimizə 50 ədəd bədii kitablar qazanaraq məktəbimizdə yeni bir “Kitabxana” yaradaraq növbəti ilin sentyabrında həmin kitabların mütaliəsinə başlayacayıq. Aktiv şagirdlər layihəyə əsasən, hədiyyələrlə mükafatlandırılacaqlar. Şagirdlərim üçün qoşulduğum daha bir layihə “Qızlar Oxusun” layihəsidir. Bu layihə nəticəsində maddi vəziyyəti zəif olan qız şagirdlərimin növbəti tədris ilindən repititor xərcləri qarşılanacaqdır. 

       Eyni zamanda, 2023-ci ilin yanvar ayında ABŞ–da yerləşən NC State University tərəfindən həyata keçirilən müsahibə nəticəsində həmin universitetinin onlayn təlimlərində iştirak etmək hüququ qazanmışam. Fevral ayında başlayacaq təlimlər iyun ayında yekunlaşacaq. Onu da qeyd etmək istəyirəm ki, bu təlimlərə qoşulmaq üçün 4000+ namizəd var idi. Onlayn müsahibə nəticəsində Respublika üzrə cəmi 100 nəfər müəllim iştirak etmək hüququ qazanmışdır.

   2023-cü ildə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin keçirdiyi “Təlimçi Hazırlığı” üzrə 36 saatlıq təlim keçərək sertifikat əldə etmişəm. Hal- hazırda İnternational Certificate for English Teachers (TKT) dərslərində və İngilis dili və pedoqoji bacarıqlarımı qiymətləndirən imtahanda iştirak edərək Beynəlxalq statuslu Cambridge sertifikatı əldə edəcəm.

“3 illik pedoqoji fəaliyyətimdə əsas devizim belə olmuşdur: "Müəllim daim özünü inkişaf etdirməklə yanaşı, şagirdlərini də inkişaf etdirməlidir." Bunun üçün ya şagirdlərimin təhsil mühitini daha effektiv etmək məqsədilə layihələr yazıb qalib olaraq bunu əldə etmişəm, ya da milli və beynəlxalq müsabiqələrə şagirdlərimlə birgə qatılaraq qalib olmuşam. Bir Gənc Müəllim olaraq daim nümunə olmağa çalışmışam. Məndən nümunə götürərək neçə şagirdlərim parlaq gələcəyə doğru inamla addımlayıblar. Onları qəlbdən istəyərək çalışıb əldə edə bilməyəcəkləri heç bir məqsədin olmadığını, kənddə yaxud şəhərdə təhsil almağın fərqi olmadığını, yalnız oxuyaraq dünyanın istənilən ölkəsində Vətənimizi təmsil edə biləcəklərini əyani nümunə olaraq - özümü göstərərək inandırmışam. Məktəbdə sadəcə elmi dərslər deyil, "həyat" dərsləri də öyrətməyə çalışmışam. Mənim təhsil mühitimdə əsas şagirdlərimin istəkləri baş rol oynayır. Son olaraq, necə fərq yarada bildiyimi və qismən də olsa şagirdlərimin arzularını həyata keçirə bilməyimi tədris ilinin sonunda şagirdlərimdən birinin cümləsi ilə daha yaxşı anladım: "Sizin gəlişinizlə məktəbimizə yeni bir nəfəs gəlib, müəllim."

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Azərbaycan Gənc MüAGMA tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

Görüşün məqsədi tələbələrdə pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək, onların stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparmaq idi.

Təqdimat zamanı AGMA-nın İcraçı direktoru Aygün Kərimova təşkilatın məqsəd və vəzifələri, cari layihələri və gələcək planları ilə bağlı tələbələri məlumatlandırıb, həmçinin AGMA-nın tələbələr üçün yaratdığı imkanlardan söz açıb.

Görüşdə iştirak edən tələbələrə AGMA komandası adından təşəkkür edirik.

25.11.2024

badge-icon
“Diqqət dağınıqlığı çağında tədris: Məlumat əsaslı effektiv ünsiyyət strategiyaları.”
“Profity Co.” və AGMA-nın birgə təşkil etdiyi vebinarda Aytac Əhmədova “Sinifdə effektiv ünsiyyətin qurulma strategiyaları” mövzusunda müəllimlər üçün nəzərdə tutulan önəmli məlumatları təqdim etdi. Tədbirin əsas məqsədi diqqət dağınıqlığının artdığı müasir təhsil mühitində, şagirdlərlə effektiv əlaqə qurmağın yollarını göstərmək idi.

Webinarda data təhlilinə əsaslanaraq diqqət problemlərinin yaranma səbəbləri araşdırıldı və sinifdə ünsiyyət prosesini təkmilləşdirmək üçün konkret strategiyalar müzakirə edildi. Tədrisdə innovativ yanaşmaların tətbiqi, elmi əsaslı təhlillərlə yanaşı, praktiki nümunələr vasitəsilə izah olundu.

Bu kimi tədbirlər, təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin peşəkar inkişafına dəstək məqsədi daşıyır. Data əsaslı yanaşmaların tədrisə təsiri artıq aktual olan mövzulardandır. 
Webinar üçün Aytac Əhmədovaya və bütün iştirakçılara təşəkkürlər!

24.11.2024

badge-icon
Bu dəfə yolumuzu Xankəndindən saldıq
Belə ki, AGMA-nın İdarə Heyəti üzvləri və müxtəlif fənn birliklərinin sədrləri ilə Qarabağ Universitetində 2025-ci ilin fəaliyyət planını müzakirə etdik, həmçinin cari layihələrimizdən söz açaraq ilin yekunlarına doğru həyata keçiriləcək fəaliyyətlərdən danışdıq.

Qeyd edək ki, görüşün davamında Qarabağ Universitetinin Elm və İnnovasiya məsələri üzrə prorektoru Fariz Əhmədov da bizə qoşuldu, mümkün əməkdaşlıqları müzakirə etdik. 

Ev sahibliyi üçün Qarabağ Universitetinin heyətinə təşəkkürümüzü bildiririk! 

23.11.2024

badge-icon
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.

Gərmətük qəsəbə tam orta məktəbin texnologiya müəllimi Dünya Veysəlova tərəfindən "Müsbət müəllim imicinin formalaşmasında sosial medianın rolu" mövzusunda təlim keçirilib. Təlimdə müxtəlif ixtisaslarda təhsil verən müəllimlər iştirak ediblər. 

Təlimdə iştirak edən gənc müəllimlərimizə təşəkkür edirik!

22.11.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun