Profil

Axtarış

AGMA-ya məxsus platformanın tələbələr üçün təqdimatı keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən “gencmuellim.az” platformasının pedaqoji ixtisas üzrə təhsil alan tələbələr üçün təqdimat mərasimi keçirilib.

ADPU - Azerbaycan Dovlet Pedaqoji Universitetində (ADPU) təşkil olunan görüşün keçirilməsində məqsəd tələbələrdən başlanan effektiv inkubasiya sistemi yaratmaqla gələcəyin müəllimlərinə dəstək olmaq üçün yaradılan “gencmuellim.az” platformasını tanıtmaqdan ibarətdir.

Görüşdə çıxış edən AGMA-nın sədri Rüfət Əsədzadə tələbələrə  "Tələbə, məzun yox, təcrübəli məzun" mövzusunda təlim keçib. 
Həmçinin, "gencmuellim.az" platformasının əhəmiyyəti barədə ətraflı məlumat verərək bildirib ki, “gencmuellim.az” platforması müəllimlərə davamlı öyrənmə imkanları yaradır. Hazırda platformada 3500-dən çox aktiv müəllim və 18 müxtəlif kurs mövcuddur. 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, müvafiq mövzular barədə tövsiyələr verilib.

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
AGMA və TESL Academy
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və TESL Academy - Tədris Mərkəzi-nin əməkdaşlığı çərçivəsində gənc müəllimlər xarici dil biliklərini artıra biləcəklər. 

AGMA üzvlük kartı ilə qeydiyyatdan keçən müəllimlərə kurslarda xüsusi endirim ediləcəkdir. Sizin seçiminizdən asılı olaraq dərslər əyani və ya onlayn şəkildə, həftədə 2 və ya 3 dəfə keçiriləcəkdir.

03.02.2023

badge-icon
Təhsil İdarəsində gənclərlə görüş keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə görüş keçirilib.
Görüşdə elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Rüfət Əsədzadə, İdarənin müvafiq struktur bölmə rəhbərləri, gənc müəllimlər, “Məktəblinin dostu” layihəsinin əməkdaşları və uğurları ilə fərqlənən şagirdlər iştirak ediblər.

Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Vətən Müharibəsində qazanılan qələbədə gənclərin rolunu xüsusi vurğulayan nazir müşaviri gənclərə milli-mənəvi dəyərlərimizi qorumağı tövsiyə edib. R.Ağayev cəmiyyətimizdə təhsil işçilərinin üzərinə düşən vəzifələrdən, müəllim məsuliyyətindən bəhs edib.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva tədbir iştirakçılarını Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. İdarə müdiri bildirib ki, 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə təsis olunan Azərbaycan Gəncləri Günü gəncliyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. İdarə müdiri Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını və bu istiqamətdə çoxsaylı sərəncamlar imzalandığını, layihələr həyata keçirildiyini vurğulayıb.

İdarə müdiri son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildiyini qeyd edib.

Həmçinin Vətən Müharibəsində qəhrəmanlıq tariximizinin yeni salnaməsini yazanlar arasında gənc müəllimlərin, həmçinin onların yetirmələrinin olmasının qürurverici olduğunu söyləyib.

Daha sonra çıxış edən ADPU-nun prorektoru K.Pirverdiyeva, AGMA-nın sədri R.Əsədzadə Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin rolundan bəhs edib, gənclərə fərdi inkişafla bağlı tövsiyələr veriblər.

Görüşdə iştirak edən gənclər göstərilən diqqətə görə öz təşəkkürlərini bildirib və uğur hekayələrini danışıblar.

Sonda Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup gəncə səmərəli fəaliyyətinə görə Təşəkkürnamə təqdim olunub.

03.02.2023

badge-icon
“Texnoloji Qalibiyyətli Müəllim!” layihəsini yekun hesabat tədbiri keçirilib.
“Texnoloji Qalibiyyətli Müəllim!” layihəsini  yekun hesabat tədbiri keçirilib. 
 
2 fevral Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon Aratkənd kənd  tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən "Texnoloji Qabiliyyətli Müəllim!” adlı layihəsinin yekun hesabat tədbiri keçirilib.

Layihəyə dəstək olan Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının layihələr üzrə meneceri Elvin Axundov çıxış edərək layihənin önəmindən bəhs edib.

Layihənin əsas məqsədi təhsilə yararlı veb 2 alətləri ilə müəllimləri tanış etmək, dərsə uyğun alət seçib hazırlayaraq dərslərində tətbiq etmək, aktiv e-twinning fəaliyyəti üçün müəllimlərin motivasiyasını artırmaq və bu sahədə bilik, bacarıqları formalaşdırmaqdan ibarətdir.

03.02.2023

badge-icon
2 fevral - gələcəyimiz olan gənclərin günüdür.
2 fevral - gələcəyimiz olan gənclərin günüdür.

Gənclik gələcəyin özü, böyük ümidlər və sağlam düşüncə deməkdir. Elmin, təhsilin inkişafı, cəmiyyətin proqresi gənclərimizin imza atdığı uğurlu addımlardan asılıdır.

Biz də AGMA ailəsi olaraq gənc müəllimlərimizi təbrik edir,onlara təhsil və həyat yollarında daima yenilikçi addımlarla irəliləməyi arzu edirik.

02.02.2023

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

18

ÜMUMİ KURSLAR

2500

AKTİV MÜƏLLİM

5000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun