
Aslan Məmmədzadə Türkiyədə təhsilini tamamladıqdan sonra Avropada NeyroLinqvistika təhsili alaraq dil mənimsəmə prosesini daha dərindən araşdırmaq imkanı qazanmışdır.
12 il ərzində həm neyrolinqvistika təhsili alıb, həm də 9 dildə peşəkar səviyyədə danışmağı öyrənib. Poliqlotlar və təhsil sahəsində olan peşəkarlar ilə dünyanın fərqli ölkələrində müxtəlif layihələr üzərində işləmişdir.
Aslan Məmmədzadə 24 fərqli ölkədən olan individual şəxslərə, sahibkarlara və korporativlərə xarici dillər mövzusunda dəstək olmuşdur. Bu siyahıya ABŞ, Yaponiya, Sinqapur, Honkonq, Birləşmiş Ərəb Əmirliyi, eləcə də Böyük Britaniya, Almanya, Fransa, İspanya, və s. kimi ölkələr daxildir.
O həm də Dünya Poliqlotlar Cəmiyyətinin üzvü, yerli və xarici tədbirlərin məruzəçisidir.
Dünyanın fərqli yerlərindən olan insanlar ilə işləmək və müxtəlif beynəlxalq layihələri idarə etmək Aslan Məmmədzadəyə fərqli mədəniyyətlərə yiyələnmək, dil mənimsəmə sahəsində, ünsiyyət və liderlik bacarıqlarında daha da zəngin bilik və təcrübə qazandırmışdır.
Aslan Məmmədzadənin həyat missiyası xarici ölkələrdə qazandığı təcrübələri və tədqiqatları sayəsində əldə etdiyi bilik və məlumatları Azərbaycanda paylaşmaqdır.

Peşədə inkişaf marafonu.
08.06.2023

Sertifikasiya marafonunun təlimləri.
07.06.2023

Azərbaycan dili və ədəbiyyat müəllimlərinin marafonu.
05.06.2023

Agma.az-da onlayn psixoloji xidmət.
02.06.2023

Peşədə inkişaf marafonu.
01.06.2023

Çinar kitab evində Gənc Coğrafiya Müəllimləri Birliyinin görüşü.
30.05.2023

Regionlarda Olimpiadalara Hazırlıq Mərkəzlərinin Qurulması” layihəsinin imtahan mərhələsi keçirilib..
28.05.2023

"Sertifikasiyaya Dəstək" marafonunun təlimlərindən görüntüləri sizə təqdim edirik..
26.05.2023