
Təhsil idarəçisi /beynəlxalq fasilitator
18 ildən artıq müxtəlif yerli və beynəlxalq təhsil proqramlarının/layihələrinin idaərolunması və icrası işində fəaliyyət göstərir. Özəl və beynəlxalq məktəblərdə idarəetmə təcrübələrinə sahibdir.
Azərbaycan Respublikası Təhsil nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstititu, “Azərbaycan üçün öyrət” təhsil proqramında, həmçinin Azərbaycan Skautlar Assosiasiyasında iderə heyətinin üzvü və Milli Baş Müvəkkil vəzifələrində çalışıb.
“Divarsız Məktəb” təhsil konsepsiyası, Forest School Azerbaijan -nın həmtəsisçisi və ideya müəllifidir.
Amerika Birləşmiş Ştatları, Avropa və Asiyanın bir neçə ölkəsində keçirilən 100-dən çox təlim, təcrübə proqramları, konfrans və seminarların məzunu və iştirakçısıdır. Beynəlxalq sertifikatlı fasilitator və təlimçidir.
Ölkədə erkən yaş dövrü təhsilinin inkişafı, 500-dən yuxarı müxtəlif icmalarda pedaqoqların, valideynlərin müvafiq istaqəmətdə inkişaf olunması ilə bağlı təlimçilik, monitorinq və qiymətləndirmə işində təcrübələri vardır. Bu istiqamətdə mentorluq xidmətinin yaradılması və yeni mentorların yetişdirilməsi prosesinin müəllifidir.
“Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyin həmtəsisçisi və 10 ildən yuxarı gənclərin inkişafı ilə bağlı təşəbbüslərin, layihələrin, proqramların idarəolunmasında təcrübələrə sahibdir.Hazırda Peşəkar olaraq təhsil idarəetməsi ilə, həvəskar olaraq isə layihə idarəçiliyi, konfliktlərin idarəolunması, ünsiyyət, debat və ritorika, komanda quruculuğu, fərdi motivasiya, heyətin idarə olunması, pedoqoqlarla, gənc müəllimlərlə işləmə prinsiplərinin qurulması, könüllülərlə, icmalarla iş, həmçinin bu istiqamətlərdə konsultasiya, təlim və kouçinq fəaliyyətləri ilə məşğuldur.

Peşədə inkişaf marafonu.
08.06.2023

Sertifikasiya marafonunun təlimləri.
07.06.2023

Azərbaycan dili və ədəbiyyat müəllimlərinin marafonu.
05.06.2023

Agma.az-da onlayn psixoloji xidmət.
02.06.2023

Peşədə inkişaf marafonu.
01.06.2023

Çinar kitab evində Gənc Coğrafiya Müəllimləri Birliyinin görüşü.
30.05.2023

Regionlarda Olimpiadalara Hazırlıq Mərkəzlərinin Qurulması” layihəsinin imtahan mərhələsi keçirilib..
28.05.2023

Agma.az-da onlayn psixoloji xidmət.
26.05.2023