Profil

Axtarış

Zamanın nəbzi

Ömrümün 40 ilini elmə, təhsilə həsr etmişəm. Bu zaman içində müəllim, direktor, müavin kimi fəaliyyətlərim olub. İndi qarşımda oturan şagirdin nəinki atasına, babasına da dərs keçmişəm. Bugün uşaqları valideynlərinə görə qiymətləndirirdim. Hə , bax , Əlinin yaddaşı zəifdir. Onun babası da belə idi amma atası savadlı idi. Bəxtiyar, babasının adını qoyublar. Babası savadlı idi. Bu uşaq kimə oxşadı da savadsız oldu. 

Nizami müəllimin bütün bunları düşünməyinə səbəb axşam evdə oğlu ilə etdiyi mübahisə ola bilərdi. Özü müəllim, oğlu mühəndis ola-ola altıncı sinifdə oxuyan, öz adını daşıyan nəvəsi dərslərində çox zəif idi. Nizami müəllim bütün bildiyi metodlardan istifadə etsə də , nəticə əldə edə bilməmişdi. Oğlu ilə mübahisəyə səbəb də elə bu idi. Atası Nizaminin məktəbini dəyişmək istəyirdi. Beləcə hər şeyin düzələcəyini düşünürdü. Babası isə buna razı deyildi. İctimai qınaqdan qorxurdu “Camaat nə deyər ?”.

Zəngin səsi eşidildi. Nizami müəllim uşaqlarla sağollaşıb sinif otağından çıxdı. İkinci mərtəbəyə çıxan pilləkənlərin yanında səliqəli geyinmiş,orta boylu, 25-26 yaşlarda , xoş simalı, şux geyimli, gənc bir oğlanın o tərəf-bu tərəfə baxdığını gördü. Yad adam olduğunu elə həmin dəqiqə anlamaq olurdu. Nizami müəllim cavan oğlana yaxınlaşıb salam vermək istəyəndə gənc onu qabaqladı. Hörmətlə salam verib əlini sıxdı. Bu gənc məktəbə yeni gələn Riyaziyyat müəllimi idi. Nizami müəllim gənc müəllimlə biraz söhbət edib ayrıldı.
Evə gələndə nəvəsi qabağına qaçaraq: “Baba, baba təzə müəllim gəlib. Gördün onu ? Çox yaxşı müəllimdi. Mənə 5 yazdı və dedi ki, zəif şagird yoxdur, oxumayan şagird var.” 
Nizami müəllimin biraz öncə düşündüyü yadına düşdü: “Filankəsin atası zəif idi övladı da zəifdir.”
Beləcə, uşaq hər gün evə gəlir, yeni gələn müəllimdən danışırdı. Bir gün dərsdə müəllimlə oyun oynamış, bir gün mahnı oxumuş, bir gün müəllim özü ilə kompüter gətirmiş, lövhə televizor olmuşdu. Bütün bunları uşaq elə həvəslə danışırdı ki, elə bil ki, dünyanı ona veriblər. Ən əsası isə müəllimin gəlişinin hələ bir ayı tamam olmasa da şagirdin həyatında bir dönüş olmuşdu. Artıq uşaq dərslərinə həvəslə yanaşır, hər bir fənni öyrənməyə çalışırdı. Nizami müəllim bir neçə dəfə gənc müəllimin sinfə daxil olub dərs prosesini izləmək istəsə də, sinif otağının qapısından geri dönmüşdü. Bu gün də eyni niyyətlə qapıya yaxınlaşdı. Qapının ardından eşidilən xoşbəxt səslərin kəsilməsindən çəkindi. 45 dəqiqəni qapının arxasında dayanıb “zəif” adlandırdığı şagirdlərin səslərini dinlədi.

Dərs saatları yekunlaşdı. Nizami müəllim məktəbin foyesində hələ də var gəl edirdi. Müəllimlər bir-biri ilə sağollaşıb getmək istəyərkən. Nizami müəllim səsləndi:
-Dayanın! Xahiş edirəm, qayıdın! Məni diləyin!

Müəllimlər bir-birinin üzünə baxdı. Hər kəs təəccüblü idi. Hələ heç kim Nizami müəllimi belə gərgin halda görməmişdi. Müəllimlər heç bir sual vermədən keçib müəllimlər otağında hərəsi bir yerdə əyləşdi. Bütün diqqətlər Nizami müəllimdə idi. O isə bir neçə dəqiqə susqun halda özünü toplamağa çalışdı. Birazdan dilləndi:
-Yoldaşlar, bir neçə gündür bu barədə düşünürəm. Artıq mən yaşlanmışam. Bu gün də qəti qərarımı vermişəm , pedaqoji fəaliyyətimə son qoyuram.

Müəllimlərdən kimsə nəsə demək istədi. Nizami müəllim onun sözünü kəsdi:
-Bilirəm deyəcəksiniz ki, hələ sizin təqaüd yaşınıza var. Sizlərin də bir çoxu mənim şagirdlərim olmusunuz. Mənim əməyim keçmişdəki kimi fayda vermirsə , yaxud yetərincə fayda vermirsə , demək, getmek zamanıdır. Hər bir zamanın öz tələbi var. Zamanında mən də güclü kadr idim. İndi qocalmışam. Zamanla ayaqlaşa bilmirəm. Həyat budur, hər bir şeyin başlanğıcı olduğu kimi sonu da var.
Üzünü şagirdləri olan bir neçə müəllimə tutub dedi: ”Bir zamanlar sizlərə gələcək verən müəllimin bugünkü balaların gələcəyini əlindən almağa haqqı yoxdur. O zamanlar mən gənc idim. Bütün gücümü sərf etdim və sizləri yetişdirdim. İndi sıra sizdədir.”
Yeni gələn gənc müəllimə yaxınlaşıb əlini bərk-bərk sıxdı. Müəllimlərin hər biri ilə sağollaşıb məktəbdən ayrıldı. 
 
Yazar: Fərman Mustafayev
Redaktə etdi: Müqayyə Əlmərdanlı

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunu açıq elan edirik!
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunu açıq elan edirik!
 
Əziz müəllimlər, kitab oxuyub mükafat qazanmaq istəyirsinizsə, marafona qoşulmağa tələsin! 

Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Təhsilin İnkişafı Fondu (TİF) və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı, Hədəf Şirkətlər Qrupunun baş sponsorluğu ilə keçirilən marafonun şərtləri aşağıdakı kimidir:

1. Marafonun keçirilmə müddəti 3 aydır (20 aprel 2024 – 20 iyul 2024).  
2. Marafonda hazırda müəllimlik fəaliyyəti ilə məşğul olanlar iştirak edə bilər.
3. Layihə müddətində 6 kitab oxunacaq.
4. İştirakçı marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdır. Səhifədə kitablar, imtahan mərhələsi və ümumiyyətlə, marafonla bağlı məlumatlar paylaşılacaq. 
5. Oxu müddəti bitəndən sonra qaliblər seçim turu və finaldan ibarət imtahan nəticəsində seçiləcəklər. Suallar iştirakçıların mütaliə etdiyi 6 kitab əsasında hazırlanacaq.
6. Birinci imtahan onlayn formada həyata keçiriləcək. Bu mərhələdə ən yüksək göstəriciyə malik on nəfər final turuna vəsiqə qazanacaq. 
7. Final mərhələsi təyin olunmuş oyun zalında on nəfər arasında baş tutacaq.  
8. Birinci yer 1000 AZN, ikinci yer 600 AZN, üçüncü yer isə 400 AZN pul mükafatı əldə edəcək. Digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikaflar veriləcək.  
9. IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunu müddətində oxunacaq kitablar: 
1. Şəmil Sadiq – “İnsan mühəndisi” (Hədəf Nəşrləri) 
2. Nihat Büyükbaş – “Türk təhsili” (XAN Nəşriyyatı) 
3. Rafiq İsmayılov – “Düzgün yazaq” (Altun Kitab Nəşriyyatı) 
4. Rəşad Bayramov – “Sözünə güvən” (Parlaq İmzalar Nəşriyyatı) 
5. Rövşən Abdullaoğlu – “Üzləşmə” (Qədim Qala Nəşriyyatı) 
6. Gülüş Xəlilova – “Günəşə baxmaq” (Libra Kitab Nəşriyyatı) 
10. Qeydiyyatdan keçmək üçün bu linkə daxil olun (qeydiyyatdan keçəndən sonra “Marafona qoşul” səhifəsinə keçid edərək müvafiq xanaları doldurun):
https://anaib.az/kitabqurdu/marafon/?id=7

Kitabları endirimlə sifariş vermək və sürətli çatdırılmadan faydalanmaq üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: +994 55 877 24 44

22.04.2024

badge-icon
Ramazan bayramınız mübarək!
Ramazan bayramınız mübarək! 

10.04.2024

badge-icon
Gənc Kimya Müəllimləri Birliyinin növbəti təlimi Gəncə Dövlət Universitetində keçirildi
Gənc Kimya Müəllimləri Birliyinin növbəti təlimi Gəncə Dövlət Universitetində keçirildi. 

Təlimdə iştirak edən tələbə və müəllimlərə elektron vasitələrin istifadə qaydaları izah olundu. AGMA və onun tərkibində yaradılmış Gənc Kimya Müəllimləri Birliyinin fəaliyyəti, virtual laboratoriya, veb alətləri barədə məlumat verildi.  

Təlimin keçirilməsində dəstək olan Gəncə Dövlət Universitetinin idarə heyəti və kimya -biologiya kafedrasının müəllimlərinə təşəkkürümüzü bildiririk.

09.04.2024

badge-icon
Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf tədbiri
7 aprel 2024-cü il tarixində keçirilən konfransımızın rəsmi hissəsi yekunlaşdıqdan sonra panel müzakirəsi başlayıb. 

Paneldə Milli Məclisin deputatı, həmçinin Məclisin Elm və Təhsil komitəsinin üzvü Pərvin Kərimzadə, IDEA İctimai Birliyinin layihələrin idarəedilməsi şöbəsinin müdiri Zərxanım Ağayeva və Göygöl Milli Parkının direktoru Fuad Quliyev spiker qismində çıxış edərək ekoloji proseslərdə müəllimlərin rolu və təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı, şagirdlərin bu proseslərə cəlb edilməsi yolları kimi mövzulardan söz açıblar.

Daha sonra Azərbaycan Skautlar Assosiasiyasının nümayəndələri Zamin Məmmədov, Ülvi Məmmədov, Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin sədri Cəsur Mədətzadə və Elm və Təhsil Nazirliyinin eskperti Turab Əhmədov tərəfindən 3 müxtəlif otaqda vörkşoplar keçirilib və bununla da konfrans işini yekunlaşdırıb.

08.04.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

77

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun