Profil

Axtarış

Seçimlərə qarşı

-Alo, buyurun.
-Salam, Nuranə müəllimə, necəsiniz? Mənəme Fəxri, xatırladınız? Rəvan da yanımdadır.
-Oy, Fəxri sizi necə unuda bilərəm?!

Bu doğrudur. Onları unutmaq mümkün deyildi. Təzəcə universiteti bitirmiş yeni layihə üzrə 10-cu sinif şagirdləri ilə işləmək üçün öz kəndimdə işə başlamışdım. Yeni layihə, ilk dərs gününün həyəcanı və beləcə dərslər başlamışdı. İlk günümün çətinliyi dilə gələcək həddə deyildi. Sinifdə gördüyüm ilk mənzərə heç xoş olmamışdı. Şagirdlərin yarıdan çoxu sinifdə yox, olan 2-3 nəfər isə heç əyninə forma belə geyinməmişdi. Birazdan uşaqlarla söhbətdən məlum oldu ki, digər uşaqlar ümumiyyətlə məktəbə gəlmir. Sadəcə adları var idi. Dəfələrlə xəbərdarliq olunsa da , uşaqlar dərsdən yayınmağı bacarmışlar. İşim çətin olacaqdı.

Sabah ilk iş dərsə gəlməyən uşaqların evlərinə zəng etdim. Hər biri ilə tək-tək danışıb dərsə gəlməkləri üçün təkid etdim.
-Salam, mən Nuranə. Fəxrinin müəllimiyəm.
-Buyurun xanım, bura polis şöbəsidir axtardığınız uşaq bir neçə gündür buradadır. Yanında bir nəfər də var, bəlkə o da sizin şagirdinizdir. Adı Rəvandır. Tez əlimdəki siyahıya baxdım.
-Bəli, o da mənim sinfimdədir.
-O zaman gözləyəsi olacaqsınız. Bir müddət bu cavanlar burada qalmalı olacaqlar.
Get-gedə çətinliyim artırdı. Dayanmaq olmazdı. Mənim şüarım “ Pis şagird yoxdur, öyrətməyən müəllim var” idi. Elə ilk addımda geri çəkilmək ilk öncə özümə xəyanət olardı. Boş sinif, heç bir qayda qanun yox, siyahı var amma uşaqların səsi polis şöbəsindən gəlir. İlk onlarla başlamalı idim. Ən çətin olanı ilk həll edəcəkdim. Fəxri və Rəvan haqlarında araşdırma etdim. Deməli, hər ikisi savadlı ailədən gəlirdi. Bu işimi biraz asanlaşdırırdı. Ailə sarıdan problem yaşamayacaqdım. Bir qalırdı uşaqları yola gətirmək. Valideynləri ilə danışıb uşaqlarını nə olur olsun məktəbə göndərmələrini istədim. Sən demə, heç onların hələ məktəbə davam etdiklərini belə bilmirmişlər.
Həftənin ikinci günü idi. Sinifdə məni nəyin gözlədiyindən xəbərsiz idim. İki nəfər cavan əlində təsbeh arxa sırada oturmuşdu. Üstlərində heç şagird ab-havası yox idi. Dərsi keçmədən öncə özlərini təqdim etsinlər deyə, onlara söz verdim. Aydın oldu. Bunlar mənim işimin başlanğıcları idi. Dərsi bitirib tənəffüsdə bu uşaqları özümlə birgə apardım. Neçə gündür bu söhbəti beynimdə dəfələrlə qursam da , yenə də beynimdən cürbəcür dialoqlar keçirdi. Nəhayət , sözə başladım.
-Uşaqlar sözü uzaltmayacam. Sizə bir təklifim var. Gəlin sizlər mən deyəni edin, əgər faydasını görməsəniz,  söz verirəm sizlər nə desəniz onu edəcəyəm. Ərizəmi yazıb işdən çıxacağam.

Təsirli bir cümlə nələr dəyişə bilər? Əlindəki təsbehi yerə qoyub, kitab götürməyə, heç vaxt dərsə belə gəlməyən şagirdin ağ köynəkdə parta arxasında əyləşməsinə gətirib çıxarar. Səbrli idim. Nə desələr qəbul edəcəkdim. 5-ci sinifdən bu yana kitab üzü görməyən uşaqlara kitabları sevdirəcəkdim. İsmin tərifini soruşanda sifətin tərifini deyən şagirdlərim, bəli, hələ yolumuz çox uzundur.

Onlara təsir edə bilmək mənə çox böyük qürur yaşadırdı.

-Rəvan,  nə olub? Nə danışırdın o uşaqlarla?
-Heçnə ,müəllimə, mənə lağ edirdi ki, bir vaxtlar kitab nədir bilmirdin, indi əlində kitab bütün gün dərsə gəlib gedirsən. Mən də , bayaqdan izah edirəm ki, o vaxtlar mənə başa salan olmayıb ki, bu kitab nə faydalıymış.

Mənim ipə-sapa yatmayan şagirdlərim. İndi universitetdən mənə zəng edib hal-əhval tuturlar. Beləcə öyrənmişdim bir sinfi ələ almaq istəyirsənsə, ilk öncə oradakı idarəedici 1-2 uşağı öz fikirlərinin güzgüsünə çevirməlisən.


Yazar: Ülkər Süleymanova
Redaktə etdi: Müqayyə Əlmərdanlı
 

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunu açıq elan edirik!
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunu açıq elan edirik!
 
Əziz müəllimlər, kitab oxuyub mükafat qazanmaq istəyirsinizsə, marafona qoşulmağa tələsin! 

Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Təhsilin İnkişafı Fondu (TİF) və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı, Hədəf Şirkətlər Qrupunun baş sponsorluğu ilə keçirilən marafonun şərtləri aşağıdakı kimidir:

1. Marafonun keçirilmə müddəti 3 aydır (20 aprel 2024 – 20 iyul 2024).  
2. Marafonda hazırda müəllimlik fəaliyyəti ilə məşğul olanlar iştirak edə bilər.
3. Layihə müddətində 6 kitab oxunacaq.
4. İştirakçı marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdır. Səhifədə kitablar, imtahan mərhələsi və ümumiyyətlə, marafonla bağlı məlumatlar paylaşılacaq. 
5. Oxu müddəti bitəndən sonra qaliblər seçim turu və finaldan ibarət imtahan nəticəsində seçiləcəklər. Suallar iştirakçıların mütaliə etdiyi 6 kitab əsasında hazırlanacaq.
6. Birinci imtahan onlayn formada həyata keçiriləcək. Bu mərhələdə ən yüksək göstəriciyə malik on nəfər final turuna vəsiqə qazanacaq. 
7. Final mərhələsi təyin olunmuş oyun zalında on nəfər arasında baş tutacaq.  
8. Birinci yer 1000 AZN, ikinci yer 600 AZN, üçüncü yer isə 400 AZN pul mükafatı əldə edəcək. Digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikaflar veriləcək.  
9. IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunu müddətində oxunacaq kitablar: 
1. Şəmil Sadiq – “İnsan mühəndisi” (Hədəf Nəşrləri) 
2. Nihat Büyükbaş – “Türk təhsili” (XAN Nəşriyyatı) 
3. Rafiq İsmayılov – “Düzgün yazaq” (Altun Kitab Nəşriyyatı) 
4. Rəşad Bayramov – “Sözünə güvən” (Parlaq İmzalar Nəşriyyatı) 
5. Rövşən Abdullaoğlu – “Üzləşmə” (Qədim Qala Nəşriyyatı) 
6. Gülüş Xəlilova – “Günəşə baxmaq” (Libra Kitab Nəşriyyatı) 
10. Qeydiyyatdan keçmək üçün bu linkə daxil olun (qeydiyyatdan keçəndən sonra “Marafona qoşul” səhifəsinə keçid edərək müvafiq xanaları doldurun):
https://anaib.az/kitabqurdu/marafon/?id=7

Kitabları endirimlə sifariş vermək və sürətli çatdırılmadan faydalanmaq üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: +994 55 877 24 44

22.04.2024

badge-icon
Ramazan bayramınız mübarək!
Ramazan bayramınız mübarək! 

10.04.2024

badge-icon
Gənc Kimya Müəllimləri Birliyinin növbəti təlimi Gəncə Dövlət Universitetində keçirildi
Gənc Kimya Müəllimləri Birliyinin növbəti təlimi Gəncə Dövlət Universitetində keçirildi. 

Təlimdə iştirak edən tələbə və müəllimlərə elektron vasitələrin istifadə qaydaları izah olundu. AGMA və onun tərkibində yaradılmış Gənc Kimya Müəllimləri Birliyinin fəaliyyəti, virtual laboratoriya, veb alətləri barədə məlumat verildi.  

Təlimin keçirilməsində dəstək olan Gəncə Dövlət Universitetinin idarə heyəti və kimya -biologiya kafedrasının müəllimlərinə təşəkkürümüzü bildiririk.

09.04.2024

badge-icon
Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf tədbiri
7 aprel 2024-cü il tarixində keçirilən konfransımızın rəsmi hissəsi yekunlaşdıqdan sonra panel müzakirəsi başlayıb. 

Paneldə Milli Məclisin deputatı, həmçinin Məclisin Elm və Təhsil komitəsinin üzvü Pərvin Kərimzadə, IDEA İctimai Birliyinin layihələrin idarəedilməsi şöbəsinin müdiri Zərxanım Ağayeva və Göygöl Milli Parkının direktoru Fuad Quliyev spiker qismində çıxış edərək ekoloji proseslərdə müəllimlərin rolu və təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı, şagirdlərin bu proseslərə cəlb edilməsi yolları kimi mövzulardan söz açıblar.

Daha sonra Azərbaycan Skautlar Assosiasiyasının nümayəndələri Zamin Məmmədov, Ülvi Məmmədov, Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin sədri Cəsur Mədətzadə və Elm və Təhsil Nazirliyinin eskperti Turab Əhmədov tərəfindən 3 müxtəlif otaqda vörkşoplar keçirilib və bununla da konfrans işini yekunlaşdırıb.

08.04.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

77

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun