Profil

Axtarış

 SİMURQ

Dar çərçivələrə sığmayan, inadkar, axına qarşı üzən balıq kimi hamıdan fərqlənən bir uşaq idim. Özümlə birgə doğulmuş sağlamlıq problemləri ilə boğuşur, özümə gələn kimi toxunulması qadağan olan əşyalarla oynayıb özümü də, ətrafdakıları da canından bezdirməyi bacarırdım.

Həkimlər yaşamayacaq demişdilər. Baxmayaraq ki, hər gün içimdəki həyat eşqi bir az daha artırdı. Dörd əllə həyata sarılır, balaca cismimlə bu geniş dünyanın bir fərdi olmaq naminə həyatla ölüm arasındakı yolları Allahın izni ilə yorulmadan gedib gəlir, ölüm yuxusundan hər dəfə gülərək ayılardım.

Bütün uşaqlardan fərqli idim amma bu mənim dərdim yox üstünlüyüm idi. Ən azından mən belə hesab edirdim. Onlar kimi rəngli oyuncaqlarım, gözəl gəlinciklərim yox idi. Həkimlərin dediyi kimi onlar mənim ölümüm ola bilərdi. Əlbəttə, mən bunları anlamaz, fürsət düşən kimi əmim qızının gəlinciklərini bağrıma basar, yenə və yenə başa qayıdardım. Gəlinciklər mənim uşaqlıq həsrətim idi. İllər keçməsinə baxmayaraq harda gəlincik görsəm kövrəlir və o an boğulduğumu hiss edirəm.

“Astma xəstəliyi “mənim ilk sınağım idi.
 Unuda bilmərəm, 5-yaşım vardı. Gizlincə evimizin zirzəmisinə düşdüm. Anamın qış tədarükü gördüyü balonlara və əmim qızının yerdəki qutuda yığılı olan oyuncaqlarına gözüm sataşdı. Qorxa –qorxa gəlinciyin ayaq tərəfindən yapışıb boş olan balonlardan birinin içinə atdım və ağzını anam edəndə gördüyüm kimi qapaqla bağladım. Sonsuz qədər qucaqladım  soyuq balonu. O an anamın arxada necə ağladığı, hıçqırıqları qulaqlarımdan hələ də getmir. Bu, mənim ilk qələbəm idi. Aramızda şüşə əngəllər olsa da, mən arzuma çatmışdım. O vaxt yurdumu və ailəmi gözləyən bəladan xəbərsiz yeni kəşfimlə xoşbəxt idim.

Bir gün evimizdə hər şey öz axarı ilə irəliləyirdi, ta ki, atamın evə tələsik girərək anama : 
“Ermənilər kəndə girib. Uşaqları götür, sizi Bakıya yola salıram.”-deyənə qədər. Anam atamla qaçaraq evlənmişdi və bu səbəbdən ailəsi ona cehizi çox gec vermişdi. Demək olar ki, bütün əşyalarımız üstü qırmızı lentlə bağlanmış qutularda idi. Anam bacardığı qədər tez evdən çıxmalı idi. Ona görə də hər əşyadan 4 -ədəd götürdü, bizim ailə üzvlərimizin sayı qədər. Axı biz qayıdacaqdıq.

Nə qədər tez çıxmağa çalışsaq da, artıq gec idi. Hər tərəfdən güllə səsi gəlirdi. Atam bizi kənd qəbristanlığının çökək bir hissəsinə gətirdi. Güllələrin başımızın üstündən necə keçdiyini, insanların qışqırıq səslərini, bibilərimin saçlarını necə yolduğunu indi də bəzən yuxularımda görürəm. Ətrafımda baş verənləri anlamır, hətta uşaq ağlımla bizdən bir az yuxarıda aralanmış qəbir daşlarının arasında bitmiş nərgiz gülləri üçün dayanmadan ağlayırdım. Yaranmış sakitlikdən istifadə edib bizi əmimin yük maşınına qoydular. Üşüdüyümü xatırlayıram, bir də atamın bizə əl salladığını. O, Laçında qalmalı,yurdumuz üçün mübarizə aparmalı idi. Eynilə əmilərim kimi. Üstü açıq bu maşında atamın özündən başqa səkkiz bacı-qardaşının ailələri də bizimlə idi.

Maşın birdən dayandı. Üstümüzə örtüdüyümüz çadırları azca qaldırıb qorxa –qorxa ətrafa baxdıq. Dayılarım idi, anamın altı qardaşı. Anamın o çarəsizliyini nə yaşamış, nə yaşayan bir qadın görmüşəm. Qucağında mən, kürəyində qardaşım 23 yaşlı anam iki maşın arasında dayanmışdı. Ərinin taleyi, getdiyi yer, bir də ata-anasını, qardaş bacılarını görüb görməyəcəyi naməlum idi. Anam gah o maşına, gah bu maşına baxır, hansı ilə davam etməli olduğuna qərar verə bilmirdi. Onun üçün həm vəfa, həm həyat borcu idi.  Mən bunu yalnız indi anlayıram. Qəfildən böyük əmimin səsi gəldi:
–Qərarını ver. Bizimlə gedirsən, ya onlarla? Anam gözünün yaşını silib anasını qucaqladı, qardaşlarını iyləyərək öpdü. Halallaşdıqlarını xatırlayıram. Çünki bu getdiyimiz yolun iki başı vardı. Ölüm və həyat, indiki düşüncəmlə buna həyat da deməzdim. Bəli, anam atamın əmanəti idi və əmimlə getməli idi. O bunu bilirdi. Əmim bizi səhraya bənzəyən boz rəngdə bir yerə gətirdi. Kiminsə evinin zirzəmisində məskunlaşdıq. İnsanların bizə necə maraqla baxdıqları bir gün belə ağlımdan çıxmır. Günahlandırıcı baxışları kim unuda bilər ki?!

Mənim isə başqa dərdim vardı, gəlinciyim Laçında qalmışdı. Əslində talan olan yurdumda qalan gəlinciyim yox, yaşaya bilmədiyim uşaqlığım idi. Anam, o boyda külfətlə, ailənin ən kiçik gəlini, o dövrün adətlərinə sadiq, abır-həya naminə bir dəfə belə atamı soruşmağa cürət etməyən, ailəsinin həyatda olub olmadığını bilmədən yaşayan, daha doğrusu bizi yaşatmağa çalışan tanıdığım ən güclü qadın. Sonrasını xatırlamıram. Çünki yaşadığımız yerin rütubətindən, aclıq və səfalətdən xəstəliyim kəskinləşmiş, hansısa xəstəxana çarpayısında yaşamağa çalışırmışam. Atamın, əmilərimin necə qayıtdığını, atamın ayağını və özünün dediyi kimi Laçınla bağlı bütün ümidlərini necə itirdiyini xatırlamıram. Tək xatırladığım anamın yenidən atama körpə uşaq kimi addım atmağı öyrətməsidir. Məktəbə ayaq basdığım ilk gün gördüyüm mühitlə böyüdüyüm mühiti müqayisə etdim. Mənim düşüncəmlə güclü olub ,atamın ayağını düzəldə bilərdim. Sinif yoldaşlarımın valideynləri onları məktəbdən götürməyə gəldiyi halda, mən evə tək getmək məcburiyyətində idim. Əgər atamın ayağı düzəlmiş olsaydı, anam ona baxmaq üçün yanında qalmaz mənim arxamca gələrdi. Əlbəttə ki, bu 8 yaşlı Sevincin düşüncəsi və inadkar xasiyyətindən irəli gələn barışmamaq əzmi idi. Mənim ailəm üçün yeni şəhər mühiti olduqca yad və qəbuledilməz idi. Təhsilə qarşı olmasalar da mənim bir-bir ortaya çıxardığım sürprizləri qəbul etmirdilər. Mən onları indi anlayırdım. 

Əlifbanı yenicə bitirmişdim ki, 8 hərf səhvi ilə yazdığım ilk şeirimlə evimizdə möcüzə yaratmağa müvəffəq oldum. Qız uşağı, şəhər mühiti və şeir.. Qısaca səhnə demək idi. Atamın reaksiyası o qədər də gecikmədi. Bir gün əmim bizə qonaq gəlmişdi. Bir dəfə həyatımı xilas etdiyi üçün o mənim qəhrəmanım idi. Ona sakitcə mənim şeir yazdığımı və yazmayım deyə qələmlərimi məndən aldıqlarını dedim. Əmim mənə o qədər gözəl şəkildə baxdı ki, sözlə ifadəsi olmayan bir sevinc yaşadım. Həmin gün mənim istedadımı xilas edən o oldu. Və bunu bütün qohumlar arasında fəxrlə danışdı. Bir gün yenə bir cəhdlə evimizdə çevriliş yaratmaq istəyim uğursuz oldu. Musiqi müəlliminin verdiyi tapşırıq nəticəsində mənim səsimin çox gözəl olduğu müəyyən olunmuşdu və mən tədbirdə mahnı oxumalı idim. Amma mən bütün yalvarışlarıma baxmayaraq valideynlərimi razı sala bilməmişdim. Xatırlayıram, məktəbdə də başbəlası olan inadkarlığımdan əl çəkməz, sevmədiyim müəllimin dərsini oxumaz , hətta bunu ona hiss etdirərdim.  Səbəb çox sadə idi. Müəllimimin hansısa yoldaşıma haqsızlığına şahid olmuşdum və bu mənə kifayət etmişdi. Haqsızlığa üsyanım yeganə dəyişməyən xasiyyətimdir. Bir gün məktəbimizə yeni bir müəllim təyin olundu. Həyatıma işıq tutan, mənim bu gün həyatımda “Simurq” adlandırdığım o qadın mənə o qədər gözəl bir nümunə, dost, sirdaş oldu ki.

Elə ilk dialoqumuzda:

–Sən mənim keçmişimsən , Quliyeva, güclü ol və arzuların üçün mübarizə apar.
– Bəs necə?- dedikdə, yumşaq təbəssümlə:
–Sən elə bir müəllim ol ki, səhnən sinfin olsun. Yaz, yarat, şagirdlərin üçün nümayiş et. Bir gün bütün əngəlləri aşacaqsan. İnan mənə, Quliyeva, sən çox güclüsən!
–Bəs birdən bacarmasam?
  –Bacaracaqsan!
Hərdən düşünürəm ki, ilahi ,bir müəllim sevgisi, müəllim nümunəsi nə qədər böyük bir gücə malik ola bilər ki, illər sonra belə özümü hər qaranlıqda hiss etdiyimdə düşüncəsi belə günəş kimi dünyamı aydınladar. Məni təmənnasız hazırlaşdırıb Ali məktəbə qəbul olmağımı təmin edən, ən əsası valideynlərimin fikrinin dəyişməyinə müvəffəq olan, məni qaranlıq dünyadan işıqlı dünyaya gətirməyi bacaran  müəllimimlə son dialoqumu heç vaxt unutmayacam.

–Əzizə müəllimə! 
–Hay can..
–Haqqını necə ödəyəcəm?
–Məndən aldığın əmanəti səndən sonrakılara çatdırmaqla.
–Əmanətinə naxələf çıxmayacağam, müəllimə.
Bugün mənə açdığın yolda, sənin yandırdığın çıraqla dayanıram. Baxdığım hər şagird sənin əmanətindir. Mənə anam, atam kimi əziz olan, ən əsası məni insan kimi formalaşdıran Simurqum.

Yazar: Sevinc Əsədova
Redaktə etdi: Müqayyə Əlmərdanlı
 

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunu açıq elan edirik!
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunu açıq elan edirik!
 
Əziz müəllimlər, kitab oxuyub mükafat qazanmaq istəyirsinizsə, marafona qoşulmağa tələsin! 

Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Təhsilin İnkişafı Fondu (TİF) və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı, Hədəf Şirkətlər Qrupunun baş sponsorluğu ilə keçirilən marafonun şərtləri aşağıdakı kimidir:

1. Marafonun keçirilmə müddəti 3 aydır (20 aprel 2024 – 20 iyul 2024).  
2. Marafonda hazırda müəllimlik fəaliyyəti ilə məşğul olanlar iştirak edə bilər.
3. Layihə müddətində 6 kitab oxunacaq.
4. İştirakçı marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdır. Səhifədə kitablar, imtahan mərhələsi və ümumiyyətlə, marafonla bağlı məlumatlar paylaşılacaq. 
5. Oxu müddəti bitəndən sonra qaliblər seçim turu və finaldan ibarət imtahan nəticəsində seçiləcəklər. Suallar iştirakçıların mütaliə etdiyi 6 kitab əsasında hazırlanacaq.
6. Birinci imtahan onlayn formada həyata keçiriləcək. Bu mərhələdə ən yüksək göstəriciyə malik on nəfər final turuna vəsiqə qazanacaq. 
7. Final mərhələsi təyin olunmuş oyun zalında on nəfər arasında baş tutacaq.  
8. Birinci yer 1000 AZN, ikinci yer 600 AZN, üçüncü yer isə 400 AZN pul mükafatı əldə edəcək. Digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikaflar veriləcək.  
9. IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunu müddətində oxunacaq kitablar: 
1. Şəmil Sadiq – “İnsan mühəndisi” (Hədəf Nəşrləri) 
2. Nihat Büyükbaş – “Türk təhsili” (XAN Nəşriyyatı) 
3. Rafiq İsmayılov – “Düzgün yazaq” (Altun Kitab Nəşriyyatı) 
4. Rəşad Bayramov – “Sözünə güvən” (Parlaq İmzalar Nəşriyyatı) 
5. Rövşən Abdullaoğlu – “Üzləşmə” (Qədim Qala Nəşriyyatı) 
6. Gülüş Xəlilova – “Günəşə baxmaq” (Libra Kitab Nəşriyyatı) 
10. Qeydiyyatdan keçmək üçün bu linkə daxil olun (qeydiyyatdan keçəndən sonra “Marafona qoşul” səhifəsinə keçid edərək müvafiq xanaları doldurun):
https://anaib.az/kitabqurdu/marafon/?id=7

Kitabları endirimlə sifariş vermək və sürətli çatdırılmadan faydalanmaq üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: +994 55 877 24 44

22.04.2024

badge-icon
Ramazan bayramınız mübarək!
Ramazan bayramınız mübarək! 

10.04.2024

badge-icon
Gənc Kimya Müəllimləri Birliyinin növbəti təlimi Gəncə Dövlət Universitetində keçirildi
Gənc Kimya Müəllimləri Birliyinin növbəti təlimi Gəncə Dövlət Universitetində keçirildi. 

Təlimdə iştirak edən tələbə və müəllimlərə elektron vasitələrin istifadə qaydaları izah olundu. AGMA və onun tərkibində yaradılmış Gənc Kimya Müəllimləri Birliyinin fəaliyyəti, virtual laboratoriya, veb alətləri barədə məlumat verildi.  

Təlimin keçirilməsində dəstək olan Gəncə Dövlət Universitetinin idarə heyəti və kimya -biologiya kafedrasının müəllimlərinə təşəkkürümüzü bildiririk.

09.04.2024

badge-icon
Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf tədbiri
7 aprel 2024-cü il tarixində keçirilən konfransımızın rəsmi hissəsi yekunlaşdıqdan sonra panel müzakirəsi başlayıb. 

Paneldə Milli Məclisin deputatı, həmçinin Məclisin Elm və Təhsil komitəsinin üzvü Pərvin Kərimzadə, IDEA İctimai Birliyinin layihələrin idarəedilməsi şöbəsinin müdiri Zərxanım Ağayeva və Göygöl Milli Parkının direktoru Fuad Quliyev spiker qismində çıxış edərək ekoloji proseslərdə müəllimlərin rolu və təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı, şagirdlərin bu proseslərə cəlb edilməsi yolları kimi mövzulardan söz açıblar.

Daha sonra Azərbaycan Skautlar Assosiasiyasının nümayəndələri Zamin Məmmədov, Ülvi Məmmədov, Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin sədri Cəsur Mədətzadə və Elm və Təhsil Nazirliyinin eskperti Turab Əhmədov tərəfindən 3 müxtəlif otaqda vörkşoplar keçirilib və bununla da konfrans işini yekunlaşdırıb.

08.04.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

77

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun