Profil

Axtarış

Əli Müəllim

“Kişi ya mühəndis olar , ya iqtisadçı. Müəllimlik qadın işidir.”-Vahid dayı bu düşüncədə biri idi. Atamla həm dost, həm də qapıbir qonşu idilər. Atam rəhmətə gedəndən sonra Vahid dayı mənə ata əvəzi oldu. Onun da Əli adında bir oğlu vardı. Yadımdadır, Əli universitetə hazırlaşanda Vahid dayı çox sevinirdi. Hey deyirdi:”Gözləyin, oğlum universitetə daxil olsun sizə bir qonaqlıq verim ha!”Əli çalışqan olduğundan nəticənin necə olacağı artıq hamıya bəlli idi.
Əli imtahanda yaxşı bal toplamışdı. Tezliklə seçim nəticələri bəll oldu. Həmin gün Vahid dayıgilin evindən səslər gəlirdi. Bu sevinc səsinə bənzəmirdi. Dediyi qonaqlıq bir yana, bir neçə gün heç Vahid dayını görmədim.

–Vahid dayıgildən görünən olmadı bugün?
–Yox, Həsən. Bütün gün həyət-bacada olmuşam. Görsəydim, gözaydınlığı da verərdim.
–Xanım, deyəsən, onlarda nəsə hadisə baş verib. Yaxşısı, keçim bir hal-əhval tutum.
       Həmin gecə balaca oğlumu da götürüb qonaq getdik. İlk görüşdə rahat anlamaq olurdu ki, burada nəysə baş verib. Vahid dayı da, xanımı da qanıqara dayanmışdı. Təkcə Əlini çox məğrur gördüm. Biraz söhbət etdikdən sonra Əliyə üz tutub soruşdum:
–Əli, seçim nəticən necə oldu?
Vahid dayı Əlini qabaqlayıb:
–Nə olsun! Oğlum müəllim olacaq, mənim oğlum, müəllim. Camaatın oğlu mühəndis, iqtisadçı olanda mənimki..Eh..

Deməli, Əlinin arzusu müəllimlikmiş. Atasının razı olmayacağını bildiyindən evdə heçnə deməyib. Seçim vaxtı isə öz istədiyi ixtisası seçmişdi.
Beləcə, Vahid dayı Əlinin müəllimliyinə razı olmasa da, oxumasına maneə olmadı. Əli universiteti bitirən kimi ucqar rayonlardan birinə işləməyə yollandı. Vahid dayı Əli işləməyə başlayandan gileylənirdi ki, evə pul göndərmir. Bu məqam mənə də çox maraqlı idi. Axı Əli belə uşaq deyildi. O, hər zaman ailəsini düşünən olmuşdu.


Səhər tezdən Heyran xala zəng edib məni çağırdı:  
–Oğul, durma, gəl! Vahid dayın gecədən xəstələnib, nə etmişəmsə çarə olmayıb.
    
Tez əynimi geyinib Vahid dayıgilə qaçdım. Həqiqətən də, Vahid dayı ağrı içində qıvranırdı. Cəld maşını işə salıb onu xəstəxanaya çatdırdım. Həkim Vahid dayını müayinə etdi. Həmin gün xəstəxanada qalmalı idi. 

–Oğlumun işi çox yaxşıdır. Maaşı həm özünə, həm də bizə kifayət edir. Heç mən özüm işləmirəm.
–Hə, hə , mənim də oğlumun işi çox yaxşıdır. Düzdür, aldığı maaşı evə verir. Yenə də çalışıram işləyəm ki, evə əlavə qazanc olsun.
    Vahid dayı ilə eyni otaqda olan digər xəstələr öz aralarında söhbət edirdilər. O isə sıxıldığından heç cür dillənə bilmirdi. Birdən aralarından yaşca böyük olanı dilləndi:
–A kişi, sənin də oğlun var?
–Hə, var.
–Nəçidir?
–Müəllimdir. -deyə Vahid dayı sıxılaraq Əlinin işlədiyi kənd məktəbini onlara dedi. O, gözləmədiyi reaksiya ilə qarşılaşdı.
–Əli müəllimin atası ,sizsiniz? O qədər gözəl övlad böyütmüsünüz ki, əliniz öpülməlidir.
Vahid dayı təəccüb içində qalmışdı. Axı oğlu nə etmişdi ki, belə insanların qəlbini qazanmışdı?
–Doğru sözümdür, oğlunuz çox yaxşı insandır. Əli müəllim kənddə imkansızlıqdan dərsə gedə bilməyən uşaqların xərcini qarşılayır. Tez evləndirilmək istəyən neçə qız övladının gələcəyini də xilas edib.

Vahid dayının bu olanların heçbirindən xəbəri yox idi. O an gözləri heyrət içində oğlunun gözəl əməllərini dinləyir, qəlbi qürur, fərəh hissi ilə dolub daşırdı.                                                                  
Axşama Vahid dayını xəstəxanadan çıxarmaq üçün gəldiyimdə qarşımda tamam başqa insan dayanmışdı. Elə  hey Əlidən danışır, arada xəyala dalır gözləri yaşarırdı. Xəstəxanada olanları mən lap sonra Heyran xaladan öyrənmişdim. İndi mənim də oğlum müəllimlik ixtisasını üzrə təhsil alır. Təki o da Əli kimi öz işini layiqincə yerinə yetirib başımı uca etsin.
 
Yazar: Aysel Osmanova
Redaktə etdi: Müqayyə Əlmərdanlı

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Ramazan bayramınız mübarək!
Ramazan bayramınız mübarək! 

10.04.2024

badge-icon
Gənc Kimya Müəllimləri Birliyinin növbəti təlimi Gəncə Dövlət Universitetində keçirildi
Gənc Kimya Müəllimləri Birliyinin növbəti təlimi Gəncə Dövlət Universitetində keçirildi. 

Təlimdə iştirak edən tələbə və müəllimlərə elektron vasitələrin istifadə qaydaları izah olundu. AGMA və onun tərkibində yaradılmış Gənc Kimya Müəllimləri Birliyinin fəaliyyəti, virtual laboratoriya, veb alətləri barədə məlumat verildi.  

Təlimin keçirilməsində dəstək olan Gəncə Dövlət Universitetinin idarə heyəti və kimya -biologiya kafedrasının müəllimlərinə təşəkkürümüzü bildiririk.

09.04.2024

badge-icon
“Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində” Gənc müəllimlərin yaşıl dünya konfransı
7 aprel tarixində Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində” Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf tədbirimiz keçirildi.

Konfrans öz işinə Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb. 

Daha sonra Gəncə şəhər Təhsil Sektorunun müdiri Nərgiz Həsənova çıxış edərək gənc müəllimləri salamlamış və tədbir haqqında öz fikirlərini bölüşmüşdür. Həmçinin AGMA-nın sədri Səkinə Həsənova da çıxış edərək bu cür konfransların əhəmiyyətindən söz açmış və daha bir neçə regionda da keçirilməsinin planlandığını vurğulamışdır.
 
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun və Gənc Könüllülər İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilib.

08.04.2024

badge-icon
Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf tədbiri
7 aprel 2024-cü il tarixində keçirilən konfransımızın rəsmi hissəsi yekunlaşdıqdan sonra panel müzakirəsi başlayıb. 

Paneldə Milli Məclisin deputatı, həmçinin Məclisin Elm və Təhsil komitəsinin üzvü Pərvin Kərimzadə, IDEA İctimai Birliyinin layihələrin idarəedilməsi şöbəsinin müdiri Zərxanım Ağayeva və Göygöl Milli Parkının direktoru Fuad Quliyev spiker qismində çıxış edərək ekoloji proseslərdə müəllimlərin rolu və təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı, şagirdlərin bu proseslərə cəlb edilməsi yolları kimi mövzulardan söz açıblar.

Daha sonra Azərbaycan Skautlar Assosiasiyasının nümayəndələri Zamin Məmmədov, Ülvi Məmmədov, Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin sədri Cəsur Mədətzadə və Elm və Təhsil Nazirliyinin eskperti Turab Əhmədov tərəfindən 3 müxtəlif otaqda vörkşoplar keçirilib və bununla da konfrans işini yekunlaşdırıb.

08.04.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

77

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun