Profil

Axtarış

Zəlzələ

Universiteti yenicə bitirmişdim, rayonumuzun kənd məktəblərindən birinə müəllim  olaraq təyin edilmişdim. Evimizdən xeyli uzaq  olan bu kənddə ev tapıb işləməyə başladım. Az bir zamanda kənd camaatına, məktəb kollektivinə, şagirdlərə öyrəşdim. O qədər öyrəşmişdim ki, daha bu kənddən ayrılmaq istəmirdim. Şagirdlərimlə bir-birimizə  bağlanmışdıq. Ailəmi görmək üçün bəzən evimizə gedir, bəzən isə aylarla getmirdim.
Artıq ikinci il idi ki, həmin məktəbdə müəllim işləyirdim. 

Yazın ilk ayları idi. Bu aylarda rayonumuz daha da  gözəlləşirdi. Elə həmin günlərdən birində yaşanacaqlardan xəbərsiz həvəslə məktəbə yola düşdüm. 

Zəng çalındı, dərs başladı. Dərsimizin ilk on beş dəqiqəsi normal keçdi, daha sonra elə bil sinfin bir tərəfi yuxarı qalxdı, digər tərəfi aşağı düşdü. Bir anda şagirdlərin hamısı ayağa qalxıb:”Müəllim nəsə olur”,- dedilər.
Onları sakitləşdirdim:

”Qorxulu bir şey yoxdur, hər şey qaydasındadır”,- demək istəyirdim ki, sözüm yarımçıq qaldı, əvvəlkindən də güclü səs, təkan bizim hamımızı silkələdi. ”Bu zəlzələdir,uşaqlar!”,-deyə mən çığırdım.

”Ehtiyatla hamımız getməliyik, sinfi tərk etməliyik”,-dedim.Bina tərpəndiyi üçün biz otaqdan çətinliklə çıxdıq, ən son özüm çıxdım ki, kiminsə orda qalmadığına əmin olum. Hamımız qaçaraq koridora çıxdıq, ordan da məktəbin həyətinə qaçmağı düşünürdük. Koridorda qarışıqlıq yaranmışdı, hər kəs çığırırdı, yuxarı mərtəbədəki uşaqlar, müəllimlər güclə aşağı mərtəbəyə enmişdilər. Zəlzələ davam edirdi, uşaqların səsi, müəllimlərin səsi, yerin altından gələn dəhşətli səslər hamısı bir-birinə qarışmışdı. Ətraf toz-torpaq idi, irəli getmək üçün yolu görmürdük.Hər kəs bir-birini itələyib qabağa keçmək istəyirdi. Sanki qiyamət günü idi. Mən şagirdlərimi gözdən qoymurdum, fikrim ancaq onlarda idi.Şagirdlərim irəlidə idilər, mən də arxalarında. Onları məktəbin həyətinə sakit təhlükəsiz yerə aparmalıydım. Koridordan çıxmağa az qalmışdı, elə bu an güclü təkan nəticəsində məktəbin koridoruna bitişik olan yeməkxana divarı bizə tərəf uçdu. Mən yerimdəcə donub qaldım, hər şeyin bitdiyini düşündüm, divarın altında kimsə sağ qala bilməzdi. O an valideynlərə nə cavab verəcəyəmi düşünürdüm, axı  onlar övladlarını  bizə əmanət ediblər. Bu təbiət hadisəsi olsa da, mənim dərsimdə baş vermişdi.Mən onları qoruya, binadan çıxara bilmədim. Bu fikirlər məni silkələdi. Özümü tez topladım, divar uçan tərəfə qaçdım, gördüklərim məni çox təəccübləndirdi. Şagirdlərim bir-birinin üstünə yıxılmışdılar. Hamısı sağ idi, qorxudan ağlayırdı. Xoşbəxlikdən divar uçanda ordan keçə bilmişdilər, amma tələsdikləri üçün bir-birini itələyib daşların arasına yıxılıb qalmışdılar. Çoxusunun əli,ayağı,beli əzilmişdi. Onları tez binadan məktəbin həyətinə  çıxardım. Artıq zəlzələ  bitmişdi. Dərindən nəfəs aldıq. Hamımız çox qorxmuşduq. 

Həyatımda ilk dəfə idi zəlzələ şahidi olurdum, özü də dərs prosesində. Mən  həmişə düşünürdüm ki,müəllim ancaq sinfə girib dərs deyən deyil, eyni zamanda şagirdlərinin dostu, arxası, yolgöstərəni, şagirdləri real həyata hazırlayan biri olmalıdır. Bu hadisə müəllim peşəsinin bütün məsuliyyətini mənə əyani sübut etdi.

Yazar: İlahə Hüseynova
Redaktə etdi: Müqayyə Əlmərdanlı

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Azərbaycan Gənc MüAGMA tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

Görüşün məqsədi tələbələrdə pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək, onların stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparmaq idi.

Təqdimat zamanı AGMA-nın İcraçı direktoru Aygün Kərimova təşkilatın məqsəd və vəzifələri, cari layihələri və gələcək planları ilə bağlı tələbələri məlumatlandırıb, həmçinin AGMA-nın tələbələr üçün yaratdığı imkanlardan söz açıb.

Görüşdə iştirak edən tələbələrə AGMA komandası adından təşəkkür edirik.

25.11.2024

badge-icon
“Diqqət dağınıqlığı çağında tədris: Məlumat əsaslı effektiv ünsiyyət strategiyaları.”
“Profity Co.” və AGMA-nın birgə təşkil etdiyi vebinarda Aytac Əhmədova “Sinifdə effektiv ünsiyyətin qurulma strategiyaları” mövzusunda müəllimlər üçün nəzərdə tutulan önəmli məlumatları təqdim etdi. Tədbirin əsas məqsədi diqqət dağınıqlığının artdığı müasir təhsil mühitində, şagirdlərlə effektiv əlaqə qurmağın yollarını göstərmək idi.

Webinarda data təhlilinə əsaslanaraq diqqət problemlərinin yaranma səbəbləri araşdırıldı və sinifdə ünsiyyət prosesini təkmilləşdirmək üçün konkret strategiyalar müzakirə edildi. Tədrisdə innovativ yanaşmaların tətbiqi, elmi əsaslı təhlillərlə yanaşı, praktiki nümunələr vasitəsilə izah olundu.

Bu kimi tədbirlər, təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin peşəkar inkişafına dəstək məqsədi daşıyır. Data əsaslı yanaşmaların tədrisə təsiri artıq aktual olan mövzulardandır. 
Webinar üçün Aytac Əhmədovaya və bütün iştirakçılara təşəkkürlər!

24.11.2024

badge-icon
Bu dəfə yolumuzu Xankəndindən saldıq
Belə ki, AGMA-nın İdarə Heyəti üzvləri və müxtəlif fənn birliklərinin sədrləri ilə Qarabağ Universitetində 2025-ci ilin fəaliyyət planını müzakirə etdik, həmçinin cari layihələrimizdən söz açaraq ilin yekunlarına doğru həyata keçiriləcək fəaliyyətlərdən danışdıq.

Qeyd edək ki, görüşün davamında Qarabağ Universitetinin Elm və İnnovasiya məsələri üzrə prorektoru Fariz Əhmədov da bizə qoşuldu, mümkün əməkdaşlıqları müzakirə etdik. 

Ev sahibliyi üçün Qarabağ Universitetinin heyətinə təşəkkürümüzü bildiririk! 

23.11.2024

badge-icon
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.

Gərmətük qəsəbə tam orta məktəbin texnologiya müəllimi Dünya Veysəlova tərəfindən "Müsbət müəllim imicinin formalaşmasında sosial medianın rolu" mövzusunda təlim keçirilib. Təlimdə müxtəlif ixtisaslarda təhsil verən müəllimlər iştirak ediblər. 

Təlimdə iştirak edən gənc müəllimlərimizə təşəkkür edirik!

22.11.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun