Profil

Axtarış

Sevimli davamçı

Lamiyə kənddə yaşayırdı. Şəraiti olmayan daxmada, zəhmətkeş ailədə böyüyürdü. Zəif, cılız bu qızcığazın kiçik qəlbində bir qığılcım yaranmışdı. Soyuq qış gecələrində isti sobanın yanında dərslərini oxuyarkən lampanın şöləsi, yanan odunun çatırtı səsi onun qəlbindəki qığılcımı daha da alovlandırardı. Bir gün bu zəif lampa işığının gələcəyini aydınladacağına inanırdı.

Lamiyə səhər erkəndən yola düzəldi, bu kənddə ona ən əziz məkan olan məktəbə gedirdi. Orada sevimli müəllimi-elmin nurunu körpə fidanlara paylayan fədakar insanı görəcək, sanki yaşadığı aləmdən başqa aləmə düşəcəkdi.
Bu, Bəşir müəllim idi. O bu kəndin içindən çıxmış, seçdiyi ixtisası ilə kənd camaatının elmsizliyinə işıq tutmuşdu. Bəşir müəllim öz kəndinin taleyinə təsir edə biləcəyini çox yaxşı bilirdi. Uşaqlarını məktəbə göndərmək istəməyən, qızlarını təhsildən yayındıran kənd sakinləri ilə söhbətlər aparar, uşaqları məktəbə cəlb edərdi.
Uşaqlar tənəffüs zamanı sobanın ətrafına yığışar, Bəşir müəllimin maraqlı söhbətlərinə qulaq asar, bu yolla həyata başqa pəncərədən baxardılar.
 
Lamiyə müəlliminin timsalında özünü görür, müəllim olacağına inanırdı. Bir gün bu kəndə müəllim kimi geri dönəcək, neçə-neçə qəlbi isidəcəkdi. Elmi ilə kənd əhlini cəhalət girdabından xilas edən Bəşir müəllim kimi o da ömrünü bu yolda şam kimi əridəcəkdi.

İllər ötdü, Lamiyə müəlliminin arzusunu, öz ümidlərini gerçək etdi. O, müəllim olaraq kəndə qayıtdığı gün yeganə istəyi Bəşir müəllimini görmək idi. Elə həmin gün birbaşa müəlliminin evinə yollandı. Qapını döydü, lakin gözlədiyi kimi olmadı, sözləri boğazında düyümləndi. Artıq Bəşir müəllim yox idi. Elə həmin ayı dünyasını dəyişmişdi.

Lamiyə hər sonda bir başlanğıcın olduğunu bilirdi. İndi onun başlanğıcı müəlliminin yolunun davamı idi.

Yazar: Elvira Allahverdiyeva
Redaktə etdi: Müqayyə Əlmərdanlı

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Azərbaycan Gənc MüAGMA tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

Görüşün məqsədi tələbələrdə pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək, onların stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparmaq idi.

Təqdimat zamanı AGMA-nın İcraçı direktoru Aygün Kərimova təşkilatın məqsəd və vəzifələri, cari layihələri və gələcək planları ilə bağlı tələbələri məlumatlandırıb, həmçinin AGMA-nın tələbələr üçün yaratdığı imkanlardan söz açıb.

Görüşdə iştirak edən tələbələrə AGMA komandası adından təşəkkür edirik.

25.11.2024

badge-icon
“Diqqət dağınıqlığı çağında tədris: Məlumat əsaslı effektiv ünsiyyət strategiyaları.”
“Profity Co.” və AGMA-nın birgə təşkil etdiyi vebinarda Aytac Əhmədova “Sinifdə effektiv ünsiyyətin qurulma strategiyaları” mövzusunda müəllimlər üçün nəzərdə tutulan önəmli məlumatları təqdim etdi. Tədbirin əsas məqsədi diqqət dağınıqlığının artdığı müasir təhsil mühitində, şagirdlərlə effektiv əlaqə qurmağın yollarını göstərmək idi.

Webinarda data təhlilinə əsaslanaraq diqqət problemlərinin yaranma səbəbləri araşdırıldı və sinifdə ünsiyyət prosesini təkmilləşdirmək üçün konkret strategiyalar müzakirə edildi. Tədrisdə innovativ yanaşmaların tətbiqi, elmi əsaslı təhlillərlə yanaşı, praktiki nümunələr vasitəsilə izah olundu.

Bu kimi tədbirlər, təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin peşəkar inkişafına dəstək məqsədi daşıyır. Data əsaslı yanaşmaların tədrisə təsiri artıq aktual olan mövzulardandır. 
Webinar üçün Aytac Əhmədovaya və bütün iştirakçılara təşəkkürlər!

24.11.2024

badge-icon
Bu dəfə yolumuzu Xankəndindən saldıq
Belə ki, AGMA-nın İdarə Heyəti üzvləri və müxtəlif fənn birliklərinin sədrləri ilə Qarabağ Universitetində 2025-ci ilin fəaliyyət planını müzakirə etdik, həmçinin cari layihələrimizdən söz açaraq ilin yekunlarına doğru həyata keçiriləcək fəaliyyətlərdən danışdıq.

Qeyd edək ki, görüşün davamında Qarabağ Universitetinin Elm və İnnovasiya məsələri üzrə prorektoru Fariz Əhmədov da bizə qoşuldu, mümkün əməkdaşlıqları müzakirə etdik. 

Ev sahibliyi üçün Qarabağ Universitetinin heyətinə təşəkkürümüzü bildiririk! 

23.11.2024

badge-icon
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.

Gərmətük qəsəbə tam orta məktəbin texnologiya müəllimi Dünya Veysəlova tərəfindən "Müsbət müəllim imicinin formalaşmasında sosial medianın rolu" mövzusunda təlim keçirilib. Təlimdə müxtəlif ixtisaslarda təhsil verən müəllimlər iştirak ediblər. 

Təlimdə iştirak edən gənc müəllimlərimizə təşəkkür edirik!

22.11.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun