Profil

Axtarış

Zərif çiçək

Adi dərs günlərindən biri idi. Məktəbə çatar-çatmaz tədris hissəsi üzrə müavin bildirdi ki,  rəhbəri olduğum sinfə yeni bir şagird gəlib, halhazırda sinif otağındadır. Zəngin səsi ilə birgə sinfə yollandım. Sinif otağına çatanda qapıda dayanan qız nəzərimə çarpdı. Qızın gözlərində həyəcan, kədər, qorxu var idi. Sanki sinfə girməyə çəkinirdi, yaxınlaşıb özümü təqdim etdim. Həyəcanı asan keçənə bənzəmirdi, biraz söhbət edəsi oldum. Nəhayət, birgə sinfə daxil olduq. 

-Uşaqlar tanış olun, bu Zərifədir. Adı da özü kimi çox zərif bu qiz ,sizin yeni sinif yoldaşınızdır. Ala gözləri sanki dolmuşdu, göy üzü kimi idi. 
  Zərifəni sinfə yerləşdirib şəxsi işini götürdüm, oxumaq üçün ikinci mərtəbəyə qalxdım. Bu an tədris hissə üzrə direktor Zərifənin anasının rəhmətə getdiyini, ögey ana ilə yaşadığını bildirdi. Zərifənin niyə elə həssas olduğunu o an anladım. Növbəti dərsim sinif rəhbəri olduğum sinifdə idi. Sinfə daxil olanda uşaqların Zərifədən uzaq oturduqlarını gördüm. Zərifə də sanki onlardan qorxurmuş kimi uzaq durmuşdu. Dərsim bitib evə yollanarkən də Zərifəyə necə davrana bilərəm deyə düşünürüdüm.
Sabahı günü dərs başlamadan öncə sinif nümayəndəsinə izah edib xaiş etdim ki, Zərifəyə daha çox diqqət yetirsinlər, söhbət etsinlər ki, yeni mühitə tez uyğunlaşsın. Bir müddət keçəndən sonra Zərifə sinfə öyrəşə bilmişdi. Lakin mən onun nədənsə hələ də düşüncəli olduğunu hiss edirdim. Davamlı birinci saatlara gecikir, dərslərdə fikirli olurdu. Bir gün onu yanıma çağırdım, təkbətək söhbət edib onun problemini öyrənmək istəyirdim.
-Zərifə, mənə hərşeydə güvənə bilərsən. Bir problemin olduğunu görə bilirəm. Mənimlə bölüşə bilərsən. Sənə kömək etmək istəyirəm.
Zərifə sanki bir himə bənd idi. Əlləri ilə uzunu tutub hönkürtü ilə ağladı.
-Müəllim mənim anam rəhmətə gedib.Ailəmizdə bacım, qardaşım ,atam,bir də analığım var. Atam işləyir , evə gec gəlir. Evin bütün yükünü mən çəkirəm. Həm ev işlərini düzgün və vaxtında etməli, həm də... Dayanan Zərifə başını aşağı saldı. Həm də dərslərimi yaxşı oxuyub, bacı -qardaşıma gələcəkdə dəstək və nümunə olmaq istəyirəm. Buna baxmayaraq, analığım məktəbi bitirmədən məni ərə verəcəyini hər gün təkrarlayır, məni hədələyir. Etirazımı bildirəndə isə fikrimi kimsənin nəzərə almayacağını təkidlə deyir.

-Sakitləş, Zərifə, sənə əlimdən gələn köməyi edəcəyəm. Həmin gündən Zərifənin dərslərinə kömək edir, imtahana hazırlaşsın deyə bütün müəllimləri ilə birgə səy göstərirdik.
May ayının ortaları idi. Uşaqlar həyəcanla imtahanlara hazırlaşırdılar. Son günlər olduğundan xüsusi olaraq bütün gün uşaqlarla tənəfüssüz çalışırdıq. 

Sinfə daxil olanda Zərifənin gəlmədiyini gördüm. Evlərinə zəng etdim, heç kəs telefonu açmadı. İçimdə bir narahatlıq yarandı, dayanmayıb atasına zəng etdim. Zərifəni soruşdum, atası dedi ki, ezamiyyətdədir,  mövzudan bixəbərdir.
Səhər yenə Zərifə yox idi. Onlara qonşu küçədə yaşayan paralel sinifdə oxuyan qızdan soruşdum.
-Hə, müəllim bilirəm. Zərifəni analığı dərsə gəlməyə qoymur. O nişanlanıb.
Zavallı qızcığaz axı bunları deyirdi. Bu qədər qəddarlıq mı olardı? Axı bu uşağın arzuları, istəkləri heçmi nəzərə alınmırdı? İş Zərifənin analığında bitirdi, deməli, onunla təcili danışmalıydım. Məktəbdən birbaşa Zərifəgilə getdim. Qapıda hündür, yaraşıqlı bir qadın çox mehribancasına məni qarşılayıb, evə dəvət etdi. Oturduğum andan etibarən sakitcə gözlərimlə Zərifəni axtardım.
-Zərifə 2 gündür dərsə gəlmir, dərslərindən geri qalır.İmtahanlara isə çox az qalıb. Zərifə çox bacarıqlı və çalışqan şagirddir. Biz hamımız onun nəticəsini maraqla gözləyirik.   

-Zərifə öz seçimi ilə dərsə gəlmir. Çoxdandır evdə deyirdi ki, sevdiyi biri var, onunla ailə qurmaq istəyir. Biz çox çalışsaq da, fikrindən döndərə bilmədik. Beləliklə, 2 gün əvvəl el-oba adəti ilə nişan etdik. Növbəti ay isə toydur, sizi də dəvət edirik.

O danışdıqca nitqim tutulurdu. “Zərifə, müəllimin gəlib, çay gətir” sözləri sanki məni yuxudan oyatdı.
Zərifə otağa daxil oldu, ağlamaqdan gözləri şişmişdi. 
-Zərifə, qızım, sən oxumaq istəmirdin ki? Çox çaşqın vəziyyətdəydim. Sualımın yanlış qoyulduğunu Zərifə başını aşağı salıb susanda anlamışdım.            
-Yox, yox istəmir! Ay qiz, danışsana, sənə müəllimin sual vermirmi? Zərifənin sükutunu ögey anasının qəzəb dolu səsi pozdu. O ancaq boğula-boğula “yox “ deyə bilmişdi. “Yox” demək istəmirdi, bu onun “məni xilas edin” bağırtısı idi. Evdən necə çıxdığımı belə xatırlamıram. Evimə gələnə qədər çox düşündüm: ” Nə edə bilərəm axı? Mənim zərif çiçəyim səni necə xilas edim..” 
Düşündüm ki, ən yaxşısı Zərifənin nişanlandığı şəxs və ailəsiylə danışıb, toyu bircə ay təxirə salmalarını istəyəm. Axtarıb tapmışdım amma nəticə heç yaxşı deyildi. Oğlan Zərifədən 20 yaş böyük idi. Belə bir ailəyə nəyi izah edə bilərdimki? Son çarəm Zərifənin atası ilə danışmaq idi. 
-Lütfən, sizdən rica edirəm , Zərifəyə yalnız imtahana girməsi üçün icazə verin. Təkcə biz müəllimlər bilir ki, o necə həvəslə hazırlaşıb.
-Ay müəllim, axı Zərifə özü mənə deyib ki, oxumaq istəmir.
-Bilirəm. Bunu mənə də dedi amma analığının yanında.
-Siz nə deməyə çalışırsınız?
-Deyirəm ki, qızınıza sahib çıxın. Təklikdə qızınızla danışın o zaman hər şeyi anlayacaqsınız. Xudahafiz.

İmtahana iki-üç gün qalmışdı. Zərifədən hələ də bir xəbər yox idi. İmtahan günü gəldi, həyəcanla dəhlizdə gəzişirdim. İlk buraxılış sinfim olduğundan şagirdlərimin hər biri mənə doğma idi. Son xəbərdarlıq zəngi.. Qapılar artıq bağlanırdı, tamamilə ümidimi itirmişdim, ürəyimdə heyifslənirdim ki, arxadan kiminsə sinifə doğru qaçaraq girdiyini gördüm. Bu Zərifə idi, mən yanılmırdım.

İmatahan bitdi , uşaqlar səs- küylə çıxdılar. Bir neçə müəllimlə birgə müəllimlər otağında oturmuşduq. Qəflətən qapı açıldı və Zərifə qaçaraq boynuma sarıldı.
-Çox sağ olun ,müəllim, sizin səyiniz nəticəsində burdayam. Çox minnətdaram. Bu dəfə də gözləri dolmuşdu amma səbəbi sevinc idi.
Həmin ili sinfimdən bir çox şagird yüksək balla ali məktəblərə daxil oldu. Zərifə də onlardan biri idi..

Yazar: Səlmi Vəliyeva 
Redaktə etdi: Müqayyə Əlmərdanlı

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Azərbaycan Gənc MüAGMA tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən Qarabağ Universitetinin pedaqoji ixtisas üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

Görüşün məqsədi tələbələrdə pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək, onların stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparmaq idi.

Təqdimat zamanı AGMA-nın İcraçı direktoru Aygün Kərimova təşkilatın məqsəd və vəzifələri, cari layihələri və gələcək planları ilə bağlı tələbələri məlumatlandırıb, həmçinin AGMA-nın tələbələr üçün yaratdığı imkanlardan söz açıb.

Görüşdə iştirak edən tələbələrə AGMA komandası adından təşəkkür edirik.

25.11.2024

badge-icon
“Diqqət dağınıqlığı çağında tədris: Məlumat əsaslı effektiv ünsiyyət strategiyaları.”
“Profity Co.” və AGMA-nın birgə təşkil etdiyi vebinarda Aytac Əhmədova “Sinifdə effektiv ünsiyyətin qurulma strategiyaları” mövzusunda müəllimlər üçün nəzərdə tutulan önəmli məlumatları təqdim etdi. Tədbirin əsas məqsədi diqqət dağınıqlığının artdığı müasir təhsil mühitində, şagirdlərlə effektiv əlaqə qurmağın yollarını göstərmək idi.

Webinarda data təhlilinə əsaslanaraq diqqət problemlərinin yaranma səbəbləri araşdırıldı və sinifdə ünsiyyət prosesini təkmilləşdirmək üçün konkret strategiyalar müzakirə edildi. Tədrisdə innovativ yanaşmaların tətbiqi, elmi əsaslı təhlillərlə yanaşı, praktiki nümunələr vasitəsilə izah olundu.

Bu kimi tədbirlər, təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin peşəkar inkişafına dəstək məqsədi daşıyır. Data əsaslı yanaşmaların tədrisə təsiri artıq aktual olan mövzulardandır. 
Webinar üçün Aytac Əhmədovaya və bütün iştirakçılara təşəkkürlər!

24.11.2024

badge-icon
Bu dəfə yolumuzu Xankəndindən saldıq
Belə ki, AGMA-nın İdarə Heyəti üzvləri və müxtəlif fənn birliklərinin sədrləri ilə Qarabağ Universitetində 2025-ci ilin fəaliyyət planını müzakirə etdik, həmçinin cari layihələrimizdən söz açaraq ilin yekunlarına doğru həyata keçiriləcək fəaliyyətlərdən danışdıq.

Qeyd edək ki, görüşün davamında Qarabağ Universitetinin Elm və İnnovasiya məsələri üzrə prorektoru Fariz Əhmədov da bizə qoşuldu, mümkün əməkdaşlıqları müzakirə etdik. 

Ev sahibliyi üçün Qarabağ Universitetinin heyətinə təşəkkürümüzü bildiririk! 

23.11.2024

badge-icon
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.
Lənkəran şəhərində keçirilən layihəmizin davamlılıq təlimləri davam edir.

Gərmətük qəsəbə tam orta məktəbin texnologiya müəllimi Dünya Veysəlova tərəfindən "Müsbət müəllim imicinin formalaşmasında sosial medianın rolu" mövzusunda təlim keçirilib. Təlimdə müxtəlif ixtisaslarda təhsil verən müəllimlər iştirak ediblər. 

Təlimdə iştirak edən gənc müəllimlərimizə təşəkkür edirik!

22.11.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun