Profil

Axtarış

"Məktəbli qızların əl işləri sərgisi"

"Məktəbli qızların əl işləri sərgisi" layihəsinin növbəti mərhələsi yekunlaşıb

Ağcabədi rayonunda  "Məktəbli qızların əl işləri sərgisi" layihəsinin növbəti - müsabiqə mərhələsi yekunlaşıb və ustad dərslərinə start verilib. 

Layihə rəhbəri Yeganə Abiyevadır.

Layihənin məqsədi ümumtəhsil məktəblərindəki məktəbli qızların ictimai-sosial həyatda aktiv, yaradıcı bir fərd kimi formalaşmasına yardımçı olmaq, bilik və bacarıqlarının artırılmasına stimul verməkdən ibarətdir.
Belə ki, təbliğat işləri bitdikdən sonra müsabiqə təşkil olunub. Müsabiqə bitdikdən dərhal sonra istedadlı uşaqlar üçün yaradıcı mühitin yaradılması məqsədilə ustad dərslərinə start verilib.

Müsabiqə bitdikdən dərhal sonra istedadlı uşaqlar üçün yaradıcı mühitin yaradılması məqsədilə ustad dərslərinə start verilib.

Bu ustad dərslərini böyük ustalıq və maraqlı şəkildə AGMA-nın Ağcabədi rayonu üzrə koordinatoru Vüsalə Əliyeva təşkil edir.

Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək. 

Layihə çərçivəsində gənc müəllimlərin cəlbi, təlim məzmununun hazırlanması və ekspertlərin təmin olunması ilə bağlı Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə tərəfdaşlıq edilir.

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun