Profil

Axtarış

Ümumi məlumat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası
Üzvlük haqqında

ƏSASNAMƏ

Giriş

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzvlük haqqında Əsasnamə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Nizamnaməsinin icra edilməsi məqsədi ilə hazırlanmışdır.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzvlük haqqında Əsasnamə üzvlük növlərini, Assosiasiyaya daxil olmaq və üzvlüyün ləğv edilməsi qaydasını, üzvlərin hüquq və öhdəliklərini, onların Assosiasiyada uçota alınması qaydasını müəyyən edir. 
Terminlərin tərifi:
Birlik - Azərbaycan Gənc Müəlllimlər Assosiasiyası
Əsasnamə - Azərbaycan Gənc Müəlllimlər Assosiasiyasına üzvlük haqqında Əsasnamə 
Ərizəçi - Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvü olmaq istəyən fiziki şəxs

1. Ümumi əsasnamələr


1.1. AGMA ictimai birliyi 15 Aprel 2020 -ci il tarixində Azərbaycan Respublikası ərazisində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında, könüllü, üzvlərinin hüquq bərabərliyi əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökümət təşkilatıdır. 15 Aprel 2020-ci il tarixində Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınan ictimai birliyin fəaliyyət predmeti və məqsədi təhsildə innovasiyalarla bağlı gənc müəllimlər arasında əməkdaşlığın inkişafına, onların maarifləndirilməsinə dəstək verməkdən ibarətdir.

2. Birlikdə üzvlük


2.1. Birlikdə üzvlük fərdidir.  
2.2. Üzvlər və Fəxri üzvlər fərdi üzvlərdir. 
2.3. Azərbaycan Respublikasında 16-35 yaşlı hər bir müəllim, təhsil işçisi və pedaqoji ixtisaslı gənc Birliyin üzvü ola bilər. Birliyin təsisçiləri birliyin üzvləri hesab edilir. 
2.4. Birliyin inkişafına böyük töhfə vermiş və Birliyin fəaliyyətinə böyük təşkilati, maddi və ya digər dəstək göstərən 18 yaşdan yuxarı olan və gənc olmayan şəxslər birliyin fəxri üzvləri ola bilərlər. 

3. Birliyə qəbul olunma qaydası


3.1. Birliyə üzvlərin qəbulu Birliyin İdarə Heyəti tərəfindən aparılır.
3.2. Birliyə daxil olmaq üçün İdarə Heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində İdarə Heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.
3.3. Birliyin üzvlüyünə qəbul prosesi  Birliyə daxil olmaq haqqında ərizələr əsasında həyata keçirilir. 
3.4. Ərizəçi müəyyən edilmiş nümunə əsasında ərizəni doldurur (Əlavə № 1).
3.5. Birliyin üzvü “Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvlük haqqları haqqında Əsasnamə”yə müvafiq olaraq illik ödəniş ödəyir.  

4. Birliyin üzvlərinin hüquq və öhdəlikləri


4.1. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdir:
4.1.1. Bu Əsasnamə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
4.1.2. Birliyin hər hansı seçkili o cümlədən rəhbər orqanına seçmək və ya həmin  orqanlarda təmsil olunmaq;
4.1.3. Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
4.1.4. Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
4.1.5. Öz mənafelərinin müdafəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
4.1.6. Özünün hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək;
4.1.7. Könüllü surətdə Təşkilatdan çıxmaq;
4.2. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.
4.3. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyır:
4.3.1. Birliyin nizamnaməsinə əməl etmək;
4.3.2. Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
4.3.3. Nizamnamə tələblərinə riayət etmək;
4.3.4. Birliyin tədbirlərində iştirak etmək.
4.4. Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə heyəti tərəfindən müəyyən edilir. 
4.5. Birliyin işində fəal iştirak edən üzvlər aşağıdakı qaydada təltif edilir:
4.5.1. Təşəkkürnamə və diplomlarla mükafatlar.
4.6.

Birliyin üzvü tərəfindən Nizamnamənin, Əsasnamənin, habelə Birliyin ümumi yığıncaqlarının qərarlarının tələblərinin pozulmasına görə aşağıda qeyd edilən ictimai təsir tədbirləri tətbiq edilir:
4.6.1. Şifahi xəbərdarlıq;
4.6.2. Birliyin rəhbər orqanlarının tərkibindən çıxarılma;
4.6.3. Birliyin üzvlüyündən çıxarılma.

5. Birlikdə üzvlüyün ləğv edilməsi


5.1. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:
5.1.1. Könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
5.1.2. Birliyin üzvlüyündən xaric edildikdə;
5.1.3. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.2 –ci maddəsində müəyyən edilmiş halda (35 yaşı tamam olduqda).
5.2. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:
5.2.1. Birliyin imicinə mənfi təsir göstərən hərəkətlərə yol verdikdə;
5.2.2. Mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
5.2.3. Həqiqətə uyğun gəlməyən və ya yanlış şərh olunmuş, təşkilatın maraqlarına və işgüzar etibarına zərbə vuran məlumatları yaydıqda və ya yayılmasına səbəb olduqda;
5.2.4. Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.
5.3. Üzvlükdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər.
5.4. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.


6. Üzvlərin uçotu


6.1. Rayon Təhsil Şöbələri ilə üzvlük təsdiq edilir.
6.2. Hər bir üzv və üzvlüyə ərizə vermiş şəxs üçün İdarə heyəti və ya üzvlərlə iş üzrə rəhbər şəxs tərəfindən təsdiq edilmiş forma üzrə şəxsi elektron kart açılır. 

7. Son Əsasnamələr


7.1. Üzvlük haqqında Əsasnamə İdarə Heyəti tərəfindən təsdiq edilir və Birliyin sədri tərəfindən imzalandığı andan qüvvəyə minir.  
7.2. İdarə Həyətinin qərarı ilə bu Əsasnaməyə müvafiq protokolla rəsmiləşdirilən əlavə və dəyişikliklər daxil edilə bilər.

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib.

25 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, müəllimlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Mədəniyyət gecəsinin açılış hissəsində çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova layihənin əsas məqsədinin Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin və mədəni yaddaşının təbliği olduğunu bildirib.

Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin və milli irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb.

Tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Azərbaycan tarixi və tarix dərsliklərinin həmmüəllifi, Bakı şəhəri 163 nömrəli tam orta məktəbin tarix müəllimi Ramil Tanrıverdi də çıxış edərək Qərbi Azərbaycanın tarixi yaddaşının qorunmasının vacibliyini vurğulayıblar.

Mədəniyyət gecəsi çərçivəsində layihə üzrə hazırlanmış videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsində isə Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yaradıcı kollektivləri və Azərbaycan Milli Konservatoriyasının müəllimlərinin iştirakı ilə musiqi nömrələri, şeir nümunələri və milli rəqslər təqdim edilib.

Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkilib.

25.05.2026

badge-icon
AGMA-nın 2025-ci il üzrə illik hesabatı təqdim edilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən 2025-ci il üzrə illik hesabatın təqdimat görüşü keçirilib. Onlayn formatda təşkil olunan görüşdə Assosiasiyanın İdarə Heyəti üzvləri iştirak ediblər.

Görüş zamanı AGMA-nın sədri Pərvinə Qədimova İdarə Heyəti üzvlərinə Assosiasiyanın ötən dövr ərzində həyata keçirdiyi fəaliyyətlər, əldə olunan nəticələr və 2025-ci il üçün nəzərdə tutulan Fəaliyyət Planı barədə ətraflı məlumat verib. Təqdimatda gənc müəllimlərin peşəkar inkişafına yönəlmiş layihələr, maarifləndirici təşəbbüslər, regional proqramlar və tərəfdaşlıqlar xüsusi vurğulanıb.

AGMA rəhbərliyi qarşıdakı dövrdə də gənc müəllimlərin potensialının gücləndirilməsi, onların səsinin daha geniş platformalarda eşidilməsi və təhsil sahəsində davamlı inkişafa töhfə verilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.


08.01.2026

badge-icon
İmişlidə “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” mövzusunda təlim keçirilib.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində müəllimlər üçün nəzərdə tutulan “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” adlı layihənin davamlılıq mərhələsi İmişli rayonunda uğurla həyata keçirilib.

Təlim  İmişli rayon H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbində təşkil olunub. Təlimçi qismində məktəbin texnologiya müəllimi Fidan Nağızadə çıxış edib.

Tədbir zamanı süni intellektin təhsildə tətbiqi, müəllimlərin yeni texnoloji bacarıqlarının inkişafı, rəqəmsal təlim mühitinə adaptasiya və müasir tədris metodlarından istifadənin əhəmiyyəti mövzularında geniş müzakirələr aparılıb. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və praktik nümunələrlə zəngin olub.

05.01.2026

badge-icon
Gənc müəllimlərin “V Şəbəkələşmə Forumu”nun II günü keçirilib və forum yekunlaşıb
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən “Gənc müəllimlərin V Şəbəkələşmə Forumu”nun II günü 21 dekabr 2025-ci il tarixində davam edib.

Forumun ikinci günü layihə idarəçiliyi və müasir texnologiyalara həsr olunmuş II sessiya baş tutub. I sessiya “Layihələrin yazılması, idarə edilməsi və maliyyə əsaslandırması” mövzusuna həsr olunub. Sessiyanın spikeri, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının icraçı direktoru Aygün Kərimova layihələrin hazırlanması mərhələləri, onların effektiv idarə olunması və maliyyə əsaslandırmasının vacib məqamları barədə iştirakçılara ətraflı məlumat verib.

II sessiya NAYORA-nın təşkilatlarla iş üzrə katibi Elnarə Əliyeva “Süni intellekt və rəqəmsal bacarıqlar” mövzusunda çıxış edib. O, müasir dövrdə süni intellekt texnologiyalarının təhsildə tətbiqi, müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti və bu sahədə mövcud çağırışlardan bəhs edib.

Aktiv müzakirələr və interaktiv formatda keçən sessiyalar gənc müəllimlərin bilik və bacarıqlarının artırılmasına, eləcə də praktiki təcrübə qazanmalarına şərait yaradıb.

Beləliklə, iki gün davam edən “Gənc müəllimlərin V Şəbəkələşmə Forumu” uğurla yekunlaşıb. Forum gənc müəllimlər arasında əməkdaşlığın genişlənməsinə, yeni ideyaların formalaşmasına və peşəkar şəbəkələşmənin gücləndirilməsinə mühüm töhfə verib.

22.12.2025

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun