Profil

Axtarış

Layihələr

badge-icon
“II HƏMRƏYLİK KUBOKU” XƏMSƏ
Gənc müəllimlər arasında “II HƏMRƏYLİK KUBOKU” XƏMSƏ Milli İntellektual oyunu  
Azərbaycan Gənc Müəllimlər Asssosiasiyası gənc müəllimlər arasında “II HƏMRƏYLİK KUBOKU” XƏMSƏ Milli İntellektual oyunu keçirildi. 

25 dekabr 2022-ci il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası gənc müəllimlərin stress vəziyyətindən uzaq olaraq birlikdə sosiallaşması üçün “Xəmsə” Milli İntellektual və əyləncəli oyununu təşkil etdi. Yarışda müxtəlif bölgələrdən yaşı 35-ə qədər olan və hazırda müəllim olaraq fəaliyyət göstərən müəllimlər komanda şəklində iştirak etmişdir. 

07.12.2023

badge-icon
Tarix yazan müəllimlər
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı ilə "Tarix yazan müəllimlər" layihəsinə start verilib.

Layihənin keçirilməsinin əsas məqsədi Vətən Müharibəsində şanlı zəfərimizin qazanılmasında iştirak edən gənc qazi müəllimləri sosial çarxlar vasitəsilə geniş ictimaiyyətə daha yaxından tanıtmaqdan ibarətdir.

Layihə çərçivəsində Vətən Müharibəsində iştirak edən gənc müəllimlərin pedaqoji fəaliyyətləri və onların keçdikləri döyüş yolu videoçarxlar vasitəsilə təqdim olunacaq.

03.11.2023

badge-icon
Gənc Müəllimlər Dilimizin Keşiyində - Esse müsabiqəsi
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən keçirilən " Gənc müəllimlər dilimizin keşiyində" layihəsi çərçivəsində təşkil olunan 5-7-ci və 8-9-cu sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş esse müsabiqəsinə start verilir 

Müsabiqədə yalnız 5-7 və 8-9-cu sinif şagirdləri iştirak edə bilər.

Esse müsabiqəsində təqdim olunan mövzular: “Heydər Əliyevin həyat yolu”, “Heydər Əliyevin yaradıcılığı”.

Müsabiqənin şərtləri aşağıdakı kimidir: 

Müsabiqəyə təqdim olunan esseler 5-7-ci sinif üçün 150-200, 8-9-cu sinif üçün 200-250 söz həcmində olmalıdır.
Mövzuların plagiatlığı yoxlanılacaq.
Esselər Azərbaycan dilində “Word və ya PDF” fayl formatında olmalıdır.
Esse müəllifinin məlumatları faylın sonunda ardıcıllıqla qeyd olunmalıdır. (Ad, soyad, Ata adı, məktəb,sinif,əlaqə nömrəsi).

Qaliblər diplom və hədiyyələrlə təltif ediləcəklər.

1-ci yer smart qolbaq, 2-ci yer yer qulaqlıq, 3-cü yer kitab dəsti.

29.09.2023

badge-icon
Gənclər Təşkilatlarının İntellektual yarışı
Gənclər Təşkilatlarının İntellektual yarışı keçirilib.

“Heydər Əliyev ili” çərçivəsində İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi ilə keçirilən yarışda 8 komanda yarışıb.

Komandalar arasından “Böyük Qayıdış” Gənclər Təşkilatı birinci yer, Cavan Gənclər Hərəkatı ikinci yer, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası isə üçüncü yerin qalibi olmuşdur.

Sonda yarışda iştirak edən bütün komandalar sertifikatla, ilk üç yerin qalibləri isə kubokla təltif ediliblər.

Qalibiyyət üçün AGMA-nın koordinatorlar üzrə meneceri, həmçinin, 32 nömrəli tam orta məktəbin direktoru Fəzilə Mahmudova və dəyərli AGMA üzvlərinə dərin minnətdarlığımızı bildiririk.

Dəvət etdikləri üçün isə NAYORA-ya (National Assembly of Youth Organizations of the Republic of Azerbaijan) təşəkkür edirik.

17.04.2023

badge-icon
İbtidai sinif müəllimlərinin I forumu
İbtidai sinif müəllimlərinin I forumu

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi ilə birlikdə İbtidai sinif müəllimlərinin I forumunu təşkil etmişdir.

Forumun məqsədi sertifikasiya prosesinə hazırlaşan müəllimləri məlumatlandırmaq və onlara onlayn dəstək göstərməkdən ibarətdir.

15 aprel 2023-cü il tarixində Bakı şəhərində keçirilmiş olan ibtidai sinif müəllimlərinin iştirakı nəzərdə tutulmuş bu tədbirdə Azərbaycan dili, riyaziyyat və ümumi kurikulum mövzularına toxunulmuşdır.

15.04.2023

badge-icon
Gənc müəllimlər arasında sorğu
Gənc müəllimlər arasında sorğu 

Bu sorğu ümumtəhsil məktəblərində çalışan gənc müəllimlərin ehtiyaclarının müəyyənləşdirilməsi, yeni işə qəbul olmuş müəllimlərin qarşılaşdığı çətinliklərin miqyasını, xidmətdən əvvəl təhsil kvalifikasiyası ilə əlaqəli müəllimin qavrayış meyarını, müəllimlik peşəsinə bağlılıq dəyərini aşkara çıxarmaq və növbəti mərhələlərdə onların həll yollarını tapmaq üçün hazırlanmışdır. 

Qeydiyyat linki: https://ref.az/2vTczTo

12.04.2023

badge-icon
"Gənc məktəb tədqiqatçıları"
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası  tərəfindən "Gənc məktəb tədqiqatçıları" layihəsinə start verilir.

Layihə zamanı 2 gənc müəllim ilə 10 tədqiqat qrupu formalaşdırılacaq. Gənc müəllimlərdən ibarət bu tədqiqat proqramı 3 ay davam edəcək. İlkin mərhələdə 20 tələbə və 10 gənc müəllimə tədqiqatın aparılması üsulları istiqamətində təlim keçiriləcəkdir. 

Tədqiqat proqramı müddətində ekspert tərəfindən tədqiqat prosesinə supervayzerlik ediləcək və sonda hər kəs ekspertlər tərəfindən keçiriləcək konfransda iştirak hüququ qazanacaq. 

Tədqiqat aparmaq və bu istiqamətdə özünü inkişaf etdirmək istəyən gənc müəllimlər və tələbələr(bakalavr, magistr, doktorantura) qeydiyyatdan keçə bilərlər.

Son qeydiyyat tarixi: 15 aprel 2023

Qeydiyyat linki: https://forms.gle/MRuhW5KYBDFkr5RYA

10.04.2023

badge-icon
Rəqəmsallığa doğru gənc müəllimlərlə
Rəqəmsallığa doğru gənc müəllimlərlə

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır - 2022” qrant müsabiqəsinin qalibi olmuş Rəqəmsallığa doğru gənc müəllimlərlə layihəsinə start verilmişdir.

Layihənin məqsədi distant təhsilin təşkili üçün müəllimlərə “Google for Education” platformasını necə istifadə edəcəklərini öyrətməklə rəqəmsal müəllimlər hazırlamaqdır. Layihə zamanı Cəlilabad rayonuna aid 10 məktəbdə çalışan 35 yaşa qədər olan 30 gənc müəllim seçilmişdir. Onlara “Google certified educator level 1” təlim proqramı keçirilmişdir. Nəticədə, müəllimlərin İKT bacarıqları inkişaf edərək rəqəmsal aləmə transformasiya sürətlənmişdir.


07.04.2023

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının  tərəfdaşlığı ilə 4 iyul 2026-cı il tarixində Qax rayonunda "Müəllimlərin VI Şəbəkələşmə Forumu: Müxtəliflikdə Birlik, Təhsildə Əməkdaşlıq" mövzusunda forum keçirilib.

Azərbaycanın müxtəlif bölgələrindən 600-dən çox məktəbəqədər, ümumi, orta ixtisas və ali təhsil müəssisələrinin pedaqoji heyətini bir araya gətirən forumun əsas məqsədi müəllimlər arasında peşəkar əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi, müasir təhsil yanaşmalarının paylaşılması və vahid peşəkar şəbəkənin inkişafına töhfə vermək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Forumun açılış mərasimində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri *Pərvinə Qədimova* və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri *Günay Mahmudova* çıxış edərək müəllimlərin peşəkar inkişafının dəstəklənməsinin, regionlararası əməkdaşlığın genişləndirilməsinin və təhsildə innovativ yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıblar.

Daha sonra Qax Rayon İcra Hakimiyyətinin başçısı *Elvin Paşayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı **Ceyhun Məmmədov* və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini *Fuad Qarayev* çıxış edərək müəllim şəbəkələrinin inkişafı, təhsil sahəsində həyata keçirilən islahatlar və müasir dövrün çağırışları ilə bağlı fikirlərini bölüşüblər.

Forum çərçivəsində müasir təhsil gündəmini əhatə edən aktual mövzular üzrə mütəxəssis təqdimatları keçirilib. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini *Ayaz Abuşov* "Təhsildə süni intellekt həlləri", Xəzər Universiteti Dünya Məktəbinin koordinatoru və "Valideyn məktəbi" layihəsinin rəhbəri *Turab Əhmədov* "XXI əsrdə məktəb-valideyn əməkdaşlığı", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini *Səltənət Qurbanova* "Uşaq hüquqları və təhlükəsizliyi", Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti və AGMA-nın regional koordinatoru *Validə Məmmədli* isə "Universal Öyrənmə Dizaynı" mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirin bədii hissəsində Qax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin *"Buta"* rəqs qrupu və Şəki Dövlət Regional Kollecinin *"İpək qızlar"* kollektivi milli rəqs və musiqi nömrələri ilə çıxış edərək forum iştirakçılarına zəngin bədii proqram təqdim ediblər.

Tədbirin sonunda forumun təhsil ictimaiyyəti arasında peşəkar əməkdaşlığın inkişafına, müəllimlərin təcrübə mübadiləsinin genişləndirilməsinə və müasir təhsil yanaşmalarının təşviqinə mühüm töhfə verdiyi vurğulanıb.

Forum kollektiv xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

04.07.2026

badge-icon
“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib.

25 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, müəllimlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Mədəniyyət gecəsinin açılış hissəsində çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova layihənin əsas məqsədinin Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin və mədəni yaddaşının təbliği olduğunu bildirib.

Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin və milli irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb.

Tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Azərbaycan tarixi və tarix dərsliklərinin həmmüəllifi, Bakı şəhəri 163 nömrəli tam orta məktəbin tarix müəllimi Ramil Tanrıverdi də çıxış edərək Qərbi Azərbaycanın tarixi yaddaşının qorunmasının vacibliyini vurğulayıblar.

Mədəniyyət gecəsi çərçivəsində layihə üzrə hazırlanmış videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsində isə Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yaradıcı kollektivləri və Azərbaycan Milli Konservatoriyasının müəllimlərinin iştirakı ilə musiqi nömrələri, şeir nümunələri və milli rəqslər təqdim edilib.

Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkilib.

25.05.2026

badge-icon
AGMA-nın 2025-ci il üzrə illik hesabatı təqdim edilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən 2025-ci il üzrə illik hesabatın təqdimat görüşü keçirilib. Onlayn formatda təşkil olunan görüşdə Assosiasiyanın İdarə Heyəti üzvləri iştirak ediblər.

Görüş zamanı AGMA-nın sədri Pərvinə Qədimova İdarə Heyəti üzvlərinə Assosiasiyanın ötən dövr ərzində həyata keçirdiyi fəaliyyətlər, əldə olunan nəticələr və 2025-ci il üçün nəzərdə tutulan Fəaliyyət Planı barədə ətraflı məlumat verib. Təqdimatda gənc müəllimlərin peşəkar inkişafına yönəlmiş layihələr, maarifləndirici təşəbbüslər, regional proqramlar və tərəfdaşlıqlar xüsusi vurğulanıb.

AGMA rəhbərliyi qarşıdakı dövrdə də gənc müəllimlərin potensialının gücləndirilməsi, onların səsinin daha geniş platformalarda eşidilməsi və təhsil sahəsində davamlı inkişafa töhfə verilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.


08.01.2026

badge-icon
İmişlidə “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” mövzusunda təlim keçirilib.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində müəllimlər üçün nəzərdə tutulan “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” adlı layihənin davamlılıq mərhələsi İmişli rayonunda uğurla həyata keçirilib.

Təlim  İmişli rayon H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbində təşkil olunub. Təlimçi qismində məktəbin texnologiya müəllimi Fidan Nağızadə çıxış edib.

Tədbir zamanı süni intellektin təhsildə tətbiqi, müəllimlərin yeni texnoloji bacarıqlarının inkişafı, rəqəmsal təlim mühitinə adaptasiya və müasir tədris metodlarından istifadənin əhəmiyyəti mövzularında geniş müzakirələr aparılıb. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və praktik nümunələrlə zəngin olub.

05.01.2026

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun