Profil

Axtarış

İdman birliyi arasında idman oyunları turniri baş tutmuşdur.

4 mart 2022- ci il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə Şəmkir Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Gənc Müəllimlər Birliyi və Gənc Tərbiyəçilər Birliyi arasında idman oyunları turniri baş tutmuşdur.

Turnirin əsas məqsəd və vəzifələri gənc qadın müəllimlər arasında stolüstü tennis oyunlarının təbliğ edilməsi, onların asudə vaxtlarının sağlam-səmərəli keçirilməsi və onların köməyilə ölkədə uşaqlar arasında stolüstü tennis oyununa marağın artırılmasına nail olmaqdır.

Yarış F.Salmanov adına tam orta məktəbin idman zalında keçirilmişdir.Rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev iştirakçıları salamlamış və yoldaşlıq görüşündə hər kəsə  uğurlar arzulamışdır. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Şəmkir koordinatoru Süleymanova Ülkər Assosiasiyanın sədri Rüfət Əsədzadənin iştirakçılara uğurlar arzuladığını bildirmişdir.

Yarış məktəblilərarası güləş, müəllimlərarası stol üstu tennis və basketbol oyunları üzrə keçirilmişdir. 
Yarışda iştirak edən hər kəsi təbrik edirik!

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun