12-13 mart 2022-ci il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının regional koordinatorlarla görüşü keçirildi.
Görüşdə əsas məqsəd regional koordinatorlarla, onların fəaliyyəti ilə tanışlıq, vəzifələrin müəyyən olunması, təkliflərin dinlənilməsi, görüləcək işlərin müzakirəsi, yeni layihələrin təqdimatı idi.
İlk olaraq, AGMA-nın sədri Rüfət Əsədzadə çıxış edərək müəllimləri salamladı. Koordinatorların özlərini təqdim etməsindən sonra Rüfət Əsədzadə AGMA-nın bu günə qədər gördüyü işlər, növbəti addımlar barəsində ətraflı məlumat verdi.
Təlimçilər tərəfindən “AGMA SWOT” analizi, “AGMA Gənc müəllim imici”, “Gənc müəllimlərin inkişaf dinamikası və planlanlaması” “Sosial media və brend yaratmaq” mövzusunda təqdimatlar edildi. Müəllimlərin prosesə aktiv qoşulması, məlumat mübadiləsinin aparılması, əyləncəli qrup işlərinin keçirilməsi bugünkü görüşü daha da maraqlı və öyrədici etdi.
Gənc Müəllimlərin İnkişaf Proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir.
AGMA ətrafında birləşən hörmətli koordinatorlarımız, sizə gələcək fəaliyyətlərinizdə bol nailiyyət diləyirik! Birlikdə daha böyük uğurlara imza atacağımıza əminik!
"Müasir müəllim modeli: rəqəmsal dünyanın gənc müəllimləri" layihəsi.
29.10.2024
“Gənc müəllimlər və Yaşıl düşüncə” -Forum.
23.10.2024
"Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf" adlı tədbir.
06.06.2024
“Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” tədbiri.
09.04.2024
"Gənc müəllim dilimizin keşiyində" layihəsi - Debat 3.
12.03.2024
"Gənc müəllim dilimizin keşiyində" layihəsi - Debat.
12.03.2024
"Gənc müəllim dilimizin keşiyində" layihəsi - Debat 2.
12.03.2024
"Ana dili - Azərbaycan məktəbi" layihəsi.
25.07.2023