Profil

Axtarış

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası regional koordinatorların seçim mərhələsinə start verir.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası regional koordinatorların seçim mərhələsinə start verir.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) illik fəaliyyətləri çərçivəsində regionlarda gənc müəllimlərin əlaqələndirilməsi, təşkilatın tədbirlərinin əlçatanlığının təmin edilməsi, üzvlərin ilkin təlimatlandırılması və onların vahid sistem üzrə idarəetməsinin təşkili məqsədilə regional koordinatorların seçiminə start verilir.

Tələblər və meyarlar:
- Dövlət ümumtəhsil məktəblərində hazırda pedaqoji işçi kimi çalışmalı;
- Yaşı 35-dən aşağı olmalı;
- AGMA-nın fəaliyyətlərinə könüllü olaraq qoşulma təşəbbüsünə malik olmalı;
- Pedaqoji stajı 3 ildən çox olmalı;
- Məsuliyyətli, komandada işləmə, liderlik, təhlil etmə və ünsiyyət bacarıqları olmalı;
- Aktiv sosial şəbəkə istifadəçisi olmalı;
- Ali təhsilli vər regional təmsilçilər üzrə iş istiqamətində müvafiq təcrübəyə malik olmalı;
- Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı olmalı, MS Excel proqramında xüsusi cədvəllər hazırlamaq, arxivləşdirmək, mövcud dataları təhlil etməyi bacarmalı;
- Azərbaycan dilini mükəmməl bilməli;
- Layihələrin yazılması və idarə edilməsi ilə bağlı bilik və təcrübəsi, eyni zamanda, müəllimlərlə əməkdaşlıq və koomunikasiyanın təşkili üzrə təcrübəsinin olmasına üstünlük verilir.

Vəzifə funksiyaları və öhdəlikləri:
- AGMA üzv olan təmsil etdiyi region üzrə müəllimlərlə işi təşkil etmək;
- AGMA-nın fəaliyyət istiqamətləri üzrə iş mexanizmi və strategiya ilə üzv müəllimləri tanış etmək;
- Təmsil etdiyi region üzrə whatsapp və ya digər kommunikasiya imkanları yaratmaq. Bu platformanın daimi və işlək olmasını təmin etmək;
- Üzvlər ilə birbaşa kommunikasiya aparmaq və onları müvafiq məlumatlarla təmin etmək;
- Göndərilən məlumatları üzvlər arasında zamanında və düzgün paylaşmaq, sorğular keçirmək və ehtiyacları müəyyənləşdirmək;
- Regionda tədris ili müddətində 3 dəfə təqdimatlar etmək;
- Həftəlik, aylıq, rüblük və illik hesabatları hazırlamaq.

Seçimlər 3 mərhələdə aparılacaqdır:


Mərhələ 1: Qeydiyyat anketinin qiymətləndirilməsi
Qeydiyyat anketini doldurmaq üçün linkə daxil olaraq məlumatları yazmaq lazımdır.
Qeydiyyatın bitmə tarixi: 25 fevral 2024-cü il saat 23:59

Mərhələ 2: Müsabiqənin təşkili
Müsabiqə mərhələsində namizədlər məntiqi təfəkkürü, idarəetmə, ünsiyyət, oxuyub-anlama və təhliletmə bacarıqlarını ölçən testlərdən keçəcəklər. Test mərhələsi Bakı şəhərində təşkil ediləcəkdir. II mərhələdə iştirak etmək şansı qazanan namizədlərə e-mail vasitəsilə məlumat göndəriləcəkdir.
Müsabiqənin keçirilmə tarixi: 2 mart 2024-cü il saat 12:00-13:00


Mərhələ 3: Müsahibənin təşkili
İkinci mərhələni uğurla başa vuran namizədlər müsahibəyə dəvət olunacaqlar. Müsahibə mərhələsi ilə bağlı məlumatlar namizədlərin elektron ünvana göndəriləcəkdir.
Müsahibənin keçirilmə tarixi: 4 - 8 mart 2024-cü il

Mərhələləri uğurla başa vurmuş namizədlər ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası arasında 1 illik könüllülük müqaviləsi bağlanılacaqdır. Bu müqaviləyə əsasən regional koordinatorlar vəzifə öhdəliklərini həyata keçirəcəklər. Bununla yanaşı il ərzində regional koordinatorlar müxtəlif təlimlərə və master-klasslara cəlb olunaraq onların peşəkar bilik və bacarıqların artırılmasına dəstək olunacaqdır.

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
"Təhsil sisteminde uşaq müdafiəsi və təhlükəsizliyi" mövzusunda seminar təşkil edilib.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasınin təşkilatçılığı ilə 216 nomreli tam orta məktəbdə "Təhsil sisteminde uşaq müdafiəsi və təhlükəsizliyi" mövzusunda ibtidai sinif müəllimi birliyinin koordinatoru Günel Quliyeva tərəfindən seminar təşkil edilib.

Qeyd edək ki, seminarın keçirilməsinde məqsəd təhlükəsiz mühit anlayışı, uşaq hüquqlarının müdafiəsi və müəllimlərin təcrübəsinə əsasən fikir mübadiləsi, muzakilerin aparılaraq, onları sözügeden mövzuda melumatliligini artırmaqdan ibarət olub.

09.07.2025

badge-icon
"Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" mövzusunda təlim keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə müəllimlər üçün "Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" mövzusunda AGMA-nın üzvü, Gəncə şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi Sona Hacıyeva tərəfindən seminar təşkil edilib.

Qeyd edək ki, seminarın keçirilməsində məqsəd təhlükəsiz mühit anlayışı, uşaq hüquqlarının müdafiəsi və müəllimlərin təcrübələrinə əsasən fikir mübadiləsi, müzakirələrin aparılaraq, onların sözügedən mövzu üzrə məlumatlılığını artırmaqdan ibarət olub.

08.07.2025

badge-icon
#AzərbaycanMüəllimləri adlı Milli Müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirildi.
#AzərbaycanMüəllimləri adlı Milli Müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

3 iyul 2025-ci il tarixində STEAM İnnovasiya Mərkəzində “#AzərbaycanMüəllimləri” adlı TikTok Milli Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. 

Tədbir İlk olaraq Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova iştirakçıları salamlayaraq layihənin əhəmiyyətindən danışdı. Ardınca TikTok şirkətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə ictimai siyasət direktoru Mixail Yakuşev, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Səbuhi Rzayev və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Natəvan Bədəlova çıxış etdilər.
Rəsmi hissədən sonra qaliblərə mükafatlar təqdim olundu. Bakı şəhəri “Simurq” liseyinin müəllimi Aysel Yaqub və Yardımlı rayonundan olan müəllim Bəxtiyar Bəxtiyarlı çıxış edərək təşəkkürlərini bildirdilər və müsabiqə barədə təəssüratlarını bölüşdülər.

Tədbirin sonunda iştirakçılar STEAM İnnovasiya Mərkəzi ilə tanış oldu və xatirə şəkli çəkdirdilər.

Qeyd edək ki, bu müsabiqə Azərbaycanın müxtəlif bölgələrindən olan istedadlı müəllimlərimizi bir araya gətirərək, onların təhsil sahəsindəki innovativ yanaşmalarını və zəhmətlərini dəyərləndirmək məqsədi daşıyır.

03.07.2025

badge-icon
AGMA-nın İdarə Heyətinə 2025-ci il üçün nəzərdə tutulmuş Fəaliyyət Planının 6 aylıq hesabatı təqdim edilib
AGMA-nın İdarə Heyətinə 2025-ci il üçün nəzərdə tutulmuş Fəaliyyət Planının 6 aylıq hesabatı təqdim edildi.

1 iyul 2025-ci il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) İdarə Heyətinin iclası keçirildi. İclas zamanı əvvəlcə 6 ay ərzində Assosiasiya tərəfindən yerinə yetirilən işlərə nəzər salındı, görüləcək işlər planlaşdırıldı. Daha sonra AGMA-nın müxtəlif bölgələr üzrə fəaliyyət göstərən birlik sədrləri 2025-ci ilin ilk 6 ayı ərzində həyata keçirdikləri fəaliyyətlərə dair hesabatla çıxış etdilər.

Hesabatda regional təlim və seminarların təşkili, müəllim şəbəkələrinin gücləndirilməsi, təhsil sahəsində sosial təşəbbüslərin dəstəklənməsi və AGMA-nın təmsil olunduğu yerli və beynəlxalq platformalardakı fəaliyyəti xüsusi vurğulandı.

Sədrlər həmçinin qarşıdakı dövr üçün planlaşdırılan təşəbbüslər, əməkdaşlıqlar və gənc müəllimlərin inkişafına yönəlmiş layihələr haqqında da məlumat verdilər. İclasda iştirak edən İdarə Heyəti üzvləri hər bir region üzrə fəaliyyətlərin effektivliyi, innovativ yanaşmalar və qarşıya çıxan çətinliklərlə bağlı müzakirələr apardılar.
AGMA rəhbərliyi birlik sədrlərinin təşəbbüskar və fəal mövqeyini yüksək qiymətləndirərək gələcək fəaliyyət planlarının daha da təkmilləşdirilməsi üçün tövsiyələrini səsləndirdi.

01.07.2025

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun