Ümumi məlumat
                
                    Gənc müəllimlərin ən çox ehtiyac duyduğu təlimlərdən olan Sinfin idarəolunması modulu nəzəri və praktiki baxımdan müəllimlərimizə şagirdlərin emosional və akademik qavramalarını inkişaf etdirmək üçün bilikləri ehtiva edir. Şagirdlərə fərdi yanaşmaq və qarşıya qoyulan təlim nəticələrinə çatmaq üçün müəllim ilk öncə sinfi düzgün idarə etməli və təhlükəsiz öyrənmə mühiti yaratmalıdır. Modul ərzində beynəlxalq təcrübəyə əsaslanaraq yaradılmış təlim materialları gənc müəllimlər üçün bələdçi rolunu oynayacaqdır.
Təlimçi: Mələk Əzizova
Təlimçi: Qoşqar Məhərrəmov
                 
                Kursun məqsədi
                
                    Müəllimlərin davamlı peşəkar inkişafına dəstək olmaq.
                 
                Kursda əhatə olunan mövzular
                
                    1.Davranış nəzəriyyələri
2.Öyrənmə mühiti
3.Qavrama səviyyələrinə əsasən sinif otağının dizaynı
4.Sinif guşələri və fəaliyyət prinsipləri
5.Rəğbətləndirmə ve Cəzalandırma tədbirləri
                 
                Auditoriya
                
                    5 ilə qədər təcrübəsi olan gənc müəllimlər, müəllim olmaq istəyən şəxslər