Ümumi məlumat
Orta ümumitəhsil məktəblərində çalışan müəllim heyət üçün maarifləndirici ilk yardım təlimi. Təlimin məktəb müəllimləri tərəfindən izlənməsi onların ilk yardım bacarıqlarının artırılmasına və ilk yardım hallarında tibb briqadası gələnədək müvafiq tədbirlərin görülməsinə imkan yaradacaqdır.
Kursun məqsədi
İlk yardım təliminin əsas məqsədi tibb briqada gələnədək təhsil müəssisələrində müvafiq ilk yardım tədbirlərinin görülməsinə dair müəllimlər və digər əməkdaşların bilik və bacarıqlarının artırılmasıdır. Təlim kursunda ilk yardım nəzəri əsasları ilə yanaşı müxtəlif hadisələr zamanı həyata keçirilməsi tələb olunan müdaxilələr təsvir edilir, video vasitəsilə nümayiş etdirilir.
Kursda əhatə olunan mövzular
İlk yardımda ilkin anlayışlar
Ürək dayanması hallarında ilk yardımın prinsipləri
Huşsuz şəxsə ilk yardımın əsasları
Avtomatik Defibrilyatordan istifadə qaydaları
Boğulma zamanı ilk yardım
Anafilaksiya və digər allergik reaksiyalarda ilk yardım
Qanaxma və sümük sınıqlarında ilk yardım
Auditoriya
Orta ümumtəhsil məktəblərində çalışan pedaqoji və qeyri-pedaqoji kollektiv