Profil

Axtarış

Təqdimat bacarıqları

Son yenilənmə tarixi 09/2024 Azərbaycan dili
Kurs tamamilə pulsuzdur.
Daxil ol

Ümumi məlumat

Bir çoxları elə bilir ki, təqdimat sadəcə müəllimin ağıllı üz ifadəsi ilə slaydları çevirib nəyisə danışmaq deməkdir. Təəssüflər olsun ki, əksər hallarda bu belə də olur, çünki çıxış edən müəllim elementar təqdimat bacarıqlarına sahib deyil. Amma elə müəllimlər də var ki, onların çıxışlarını dəfələrlə və yorulmadan izləmək olar. Bəs sirr nədədir? Təbii ki, sirr yalnız
bacarıqlarda deyil, həmdə çıxış edənin şəxsi keyfiyyətlərindən, onun əhval-ruhiyyəsindən, izləyicilərə verdiyi mesajlardan, nitqin səmimiliyindən də asılıdır. Kurs müddətində müəllimlər effektiv təqdimat bacarıqlarına yiyələnəcəklər. 

Kursun məqsədi

Təqdimetmə bacarıqlarına yiyələnmək;
Təqdimetmədə istifadə olunan effektiv vasitələri bilmək;
Təqdimatda səhvlərə yol verməmək.

Kursda əhatə olunan mövzular

  1. Təqdimatın planlaşdırılması və ona hazırlıq.
  2. Təqdimat zamanı davranış.
  3. Təqdimatı effektiv edən vasitələr.
  4. Təqdimatda tipik səhvlər.
  5. Təqdimatdan öncə planlı hazırlıq mərhələləri
  6. Təqdimat əsnasında təlimçi bacarıqları

Auditoriya

İstənilən dərs zamanı hər hansı bir situasiyada hadisəni və ya fənnin materialını maraqlı bir təqdimat şəklində hazırlamaq bacarıqlarına yiyələnmək istəyən gənc müəllimlər üçün.
Kurs kim üçündür
İstənilən dərs zamanı hər hansı bir situasiyada hadisəni və ya fənnin materialını maraqlı bir təqdimat şəklində hazırlamaq bacarıqlarına yiyələnmək istəyən gənc müəllimlər üçün.
Kursun müddəti
2 həftə
Kursun keçirilmə dili
Azərbaycan dili
Kursdan keçmək üçün nə etməli
Kursu bitirmək üçün bütün dərs və imtahanları keçməlisiniz.
Kursun reytinqi
Orta istifadəçi reytinqi
Kursun kateqoriyası
İlkin müəllimlik təlimi
poster

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
“Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası” mövzusunda forum Gəncə şəhərində keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə Gəncə şəhərində “Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası” Forumu keçirildi.

Forum gənc müəllimlərin milli dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsi, suverenlik və müstəqilliyin qorunmasında müəllimlərin strateji rolunun qabardılması məqsədini daşıyırdı.

Tədbir 21 oktyabr 2025-ci ildə Gəncə Dövlət Universitetinin 5-ci korpusunda baş tutdu. Forumdan öncə iştirakçılar Gəncə Memorial Kompleksini ziyarət edərək şəhidlərin xatirəsinə ehtiramlarını ifadə etdilər.
Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsinin sükutla yad edilməsi ilə başlandı.

Açılış nitqi ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək, təhsilin dövlətin ideoloji dayağı kimi strateji əhəmiyyətə malik olduğunu vurğuladılar. Bildirildi ki, müəllim yeni nəsli milli kimlik, dövlətçilik düşüncəsi və vətənpərvərlik ruhunda yetişdirən aparıcı şəxsiyyət kimi cəmiyyətin intellektual təhlükəsizliyini təmin edir.

Forum çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Pərvin Kərimzadə və Naqif Həmzəyev çıxış edərək təhsil siyasətində milli maraqların qorunması, gənclərin dövlətə sədaqət ruhunda formalaşdırılması və müəllimlərin bu missiyada xüsusi məsuliyyət daşıdığını vurğuladılar.

Tədbirin davamında Elm üzrə Prezident mükafatçısı Elnur Həsənov çıxış edərək elmi düşüncə və vətəndaş məsuliyyətinin müəllim fəaliyyətində əks olunması ilə bağlı fikirlərini bölüşdü.

Tədbirin sonunda gənc müəllimlərin iştirakı ilə xatirə fotosu çəkilib.


22.10.2025

badge-icon
“Qeyri-formal təhsildə təlimçinin əl kitabı” təqdimatı uğurla baş tutdu!
 Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən kitab təqdimatı tədbirində iştirakçılar qeyri-formal təhsil sahəsində yeni imkanlar, metodik yanaşmalar və təcrübə mübadiləsi barədə müzakirələr aparıblar.

Bu dəyərli vəsait təlimçilərə və müəllimlərə öz fəaliyyətlərini daha sistemli və effektiv qurmaqda kömək edəcək. Tədbirdə iştirak edən hər kəsə təşəkkür edirik!

13.10.2025

badge-icon
"Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası" mövzusunda forum keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə “Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası Forumu” uğurla baş tutdu.

Tədbirin əsas məqsədi gənc müəllimlər arasında milli-mənəvi dəyərləri möhkəmləndirmək, müstəqillik və suverenliyin qorunmasında müəllimin rolunu vurğulamaq, eləcə də təhsil işçilərinin bu istiqamətdəki missiyasını müzakirə etməkdən ibarətdir.

Forum 11 oktyabr 2025-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Açılış nitqi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək, təhsilin ölkənin ideoloji və milli dayaqlarından biri kimi əhəmiyyətini vurğulayıb. O, müəllimlərin gənc nəslin vətənə, dövlətə sədaqət ruhunda formalaşmasında xüsusi rol oynadığını qeyd edib.

Forumda Milli Məclisin deputatı Naqif Həmzəyev təhsilin dövlət siyasətində prioritet istiqamət olduğunu bildirərək, gənc müəllimlərin bu missiyada fəal iştirakının önəmini vurğulayıb.

Forumun irəliləyən dəqiqələrində  “Müstəqillik və Suverenliyin Qorunmasında Müəllimin Missiyası” adlı panel müzakirəsi keçirilib. Panelə Pərvinə Qədimova moderatorluq edib. Müzakirədə tarix müəllimləri və dərsliklərin həmmüəllifləri Hafiz Cabbarov və Ramil Tanrıverdi çıxış edərək, müəllimlərin milli dəyərlərin ötürülməsində rolu və təhsildə ideoloji yanaşmalar barədə fikirlərini bölüşüblər.

Tədbirin növbəti hissəsində Azərbaycan Respublikasının Təhsil İnstitutu-nun MDM Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayeva “Uşaq müdafiəsi və təhlükəsizliyi” mövzusunda çıxış edib. O, məktəb mühitində uşaqların fiziki və psixoloji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Forumun sonunda iştirakçılarla xatirə fotosu çəkilib.

11.10.2025

badge-icon
Adaptasiya Proqramının IV mövzusu – “Diferensiallaşdırılmış təlim və inklüziv təhsil"
Yeni işə qəbul olunmuş müəllimlər üçün Adaptasiya Proqramının IV mövzusu – “Diferensiallaşdırılmış təlim və inklüziv təhsil” olacaq.

Bu dəfəki müzakirədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova və Azərbaycan Respublikasının Təhsil İnstitutu, Təhsil Texnologiyaları Mərkəzinin psixoloqu Aydan Səfərli və moderator qismində Gəncə şəhəri 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səltənət Qurbanovadır.

Qeyd edək ki, Adaptasiya Proqramının məqsədi yeni işə qəbul olunmuş gənc müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.
Tarix: 10 oktyabr
Saat: 19:00
Məkan: AGMA-nın rəsmi Facebook səhifəsində canlı yayım (onlayn vebinar)

Gənc müəllimlər üçün nəzərdə tutulan bu faydalı müzakirəni qaçırmayın!

08.10.2025

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun