Profil

Axtarış

Sinfin idarə olunmasında prosedurlar

Son yenilənmə tarixi 09/2024 Azərbaycan dili
Kurs tamamilə pulsuzdur.
Daxil ol

Ümumi məlumat

Gənc müəllimlərin ən çox ehtiyac duyduğu təlimlərdən olan Sinfin idarəolunması modulu nəzəri və praktiki baxımdan müəllimlərimizə şagirdlərin emosional və akademik qavramalarını inkişaf etdirmək üçün bilikləri ehtiva edir. Şagirdlərə fərdi yanaşmaq və qarşıya qoyulan təlim nəticələrinə çatmaq üçün müəllim ilk öncə sinfi düzgün idarə etməli ve təhlükəsiz öyrənmə mühiti yaratmalıdır. Modul ərzində beynəlxalq təcrübəyə əsaslanaraq yaradılmış təlim materialları gənc müəllimlər üçün bələdçi rolunu oynayacaqdır.

Kursun məqsədi

Sinifdə əlaqələrin qurulması ilk gündən başlayır. Güclü əlaqələr qurmağa başlamaq üçün bu strategiyalardan istifadə edin.
Öyrənmə münasibətsiz baş vermir. Sinif otağında qaydalar vacibdir, amma illərin təcrübəsi göstərir ki, münasibətlər daha böyük əhəmiyyət kəsb edir. Şagirdlər ilə münasibətlərimizin dərinləşdirilməsi yollarından biri onlara özümüz haqqında danışmaqdır: bu, onlara bizimlə və öz aralarında bölüşmə imkanı yaradacaq.
Əlbəttə ki, qaydalar, prosedurlar və qanunlar vacibdir ki, şagirdlərdə ilk gündən nə gözləyəcəkləri barədə təsəvvür yaransın. Məlumdur ki, sinif gözləntiləri barədə əvvəldən aydın və dəqiq olan müəllimlər bütün il boyu vəziyyətə nəzarət edə bilir.

Kursda əhatə olunan mövzular

Prosedurlar
Gözləntilər
Qaydalar
Monitorinq
Rəğbətləndirmə və Cəzalandırma tədbirləri 

Auditoriya

5ilə qədər təcrübəsi olan gənc müəllimlər, müəllim olmaq istəyən şəxslər
Kurs kim üçündür
5ilə qədər təcrübəsi olan gənc müəllimlər, müəllim olmaq istəyən şəxslər
Kursun müddəti
2 həftə
Kursun keçirilmə dili
Azərbaycan dili
Kursdan keçmək üçün nə etməli
Kursu bitirmək üçün bütün dərs və imtahanları keçməlisiniz.
Kursun reytinqi
Orta istifadəçi reytinqi
Kursun kateqoriyası
İlkin müəllimlik təlimi
poster

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
"Azərbaycan müəllimi” milli müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə keçirilən “Azərbaycan müəllimi” milli müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Layihə çərçivəsində 13 rayon Həmkarlar İttifaqı Komitəsi və 6 universitet Tələbə Həmkarlar İttifaqı Komitəsi maarifləndirici videolarla təmsil olunub. Hazırlanan videolarda həmkarlar ittifaqının fəaliyyəti,əmək münasibətlərində həmkarların rolu,sosial dialoq və müəllimlərin hüquqlarının müdafiəsi mövzuları əks etdirilib.

Bütün iştirakçı rayon və universitetlərin sədrləri layihədə göstərdikləri fəallığa görə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən tərifnamələrlə təltif olunublar.

23.08.2025

badge-icon
AGMA-nın birlik rəhbərləri və koordinatorlarının iştirakı ilə istirahət proqramı təşkil olunub
AGMA-nın birlik rəhbərləri və koordinatorlarının iştirakı ilə istirahət proqramı təşkil olunub

11 avqust tarixində start götürən və 17 avqustda yekunlaşan istirahət proqramı çərçivəsində sertifikatlaşdırma prosesində yüksək nəticə göstərmiş müəllimlər üçün xüsusi təşəbbüs reallaşdırılıb. AGMA-nın təşkilatçılığı və ETİHİ-nin tərəfdaşlığı ilə həyata keçirilən bu proqramın əsas məqsədi uğurlu nəticə göstərmiş müəllimləri təqdir etmək, onların motivasiyasını artırmaq və qarşılıqlı təcrübə mübadiləsi üçün şərait yaratmaq olub.

Proqramda həm yüksək nəticə əldə etmiş müəllimlər, həm də AGMA-nın birlik rəhbərləri və koordinatorları iştirak ediblər. İştirakçılar müxtəlif komanda oyunları – futbol, voleybol və digər idman fəaliyyətlərində fəal iştirak edərək asudə vaxtlarını səmərəli və əyləncəli şəkildə keçiriblər. Bu fəaliyyətlər müəllimlər arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, kollektiv ruhun güclənməsinə və yeni əməkdaşlıqların yaranmasına zəmin yaradıb.

Tədbir çərçivəsində həmçinin intellektual oyun təşkil edilib. Müxtəlif bölgələrdən gələn iştirakçıların qatıldığı bu yarışda müəllimlər öz bilik və bacarıqlarını nümayiş etdirməklə yanaşı, əyləncəli və maarifləndirici anlar yaşayıblar.

İstirahət proqramı müddətində iştirakçılar üçün həm sosial əlaqələrin qurulması, həm də təcrübə mübadiləsi baxımından dəyərli imkanlar təqdim olunub. Proqram, ümumilikdə, iştirakçılar üçün yaddaqalan və ruhlandırıcı bir təcrübəyə çevrilib.

Biz də bu təşəbbüsdə iştirak edən bütün müəllimlərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar və davamlı motivasiya arzulayırıq.

18.08.2025

badge-icon
Müəllimlər üçün istirahət proqramı təşkil olunub
AGMA-nın birlik rəhbərləri və koordinatorlarının iştirakı ilə, sertifikatlaşdırma prosesində yüksək nəticə göstərmiş müəllimlər üçün istirahət proqramı təşkil olunub.

Bu təşəbbüsün əsas məqsədi uğurlu nəticə göstərmiş müəllimlərə təşəkkür etmək, onların motivasiyasını artırmaq və fəaliyyətlərini dəyərləndirməkdir. İstirahət proqramında həm yüksək nəticə göstərmiş yeni müəllimlər, həm də AGMA-nın birlik rəhbərləri və koordinatorları iştirak ediblər.

Tədbir çərçivəsində müəllimlər “Şuşa, sən azadsan” sənədli filmini izləyib, müxtəlif komanda oyunları – futbol, voleybol və digər idman fəaliyyətlərində iştirak edərək asudə vaxtlarını səmərəli və əyləncəli şəkildə keçiriblər. Bu fəaliyyətlər müəllimlər arasında dostluq əlaqələrinin möhkəmlənməsinə və yeni əməkdaşlıqların qurulmasına şərait yaradıb.

Bundan əlavə, Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı ilə "Təhsil" istirahət mərkəzində 22 İyul Mətbuat Gününə həsr olunmuş intellektual yarış keçirilmiş və yarışda iştirak edən 22 komanda arasında AGMA komandası birinci yeri qazanmışdır.

Proqram ərzində həm təcrübə paylaşımı, həm də sosial əlaqələrin qurulması üçün əlverişli şərait yaranmış, iştirakçılar üçün yaddaqalan və dəyərli istirahət imkanı təmin edilmişdir.

Biz də bu proqramda iştirak edən bütün həmkarlarımıza uğurlar arzulayır, onların gələcək fəaliyyətlərində davamlı motivasiya və birlik ruhu diləyirik.

26.07.2025

badge-icon
Mətbuat Günü münasibətilə media nümayəndələri ilə
AGMA olaraq Mətbuat Günü münasibətilə media nümayəndələri ilə bir araya gəldik.

Bu dəyərli gün münasibətilə jurnalistlərimizin informasiya cəmiyyətinə verdiyi töhfələri yüksək qiymətləndiririk. Peşə fəaliyyətlərində onlara uğurlar arzulayırıq!

Tədbir çərçivəsində xoş anlar paylaşdıq, fikir mübadiləsi apardıq və əməkdaşlığımızı daha da möhkəmləndirdik.
Əmək və fədakarlıqları üçün bütün media nümayəndələrinə təşəkkür edirik.

19.07.2025

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun