Profil

Axtarış

“Layihə komandasında KÖNÜLLÜ OL!”


Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən gənc müəllimlər üçün “Layihə komandasında KÖNÜLLÜ OL!” devizi ilə yeni layihəyə start verilir.
Layihənin əsas məqsədi gənc müəllimlərdə layihə yazılışı, idarəetmə və maliyyə axtarışı mövzusunda virtual təlimlərə qatılaraq yeni bilik və bacarıqlar formalaşdırmaqdan ibarətdir.
Layihə çərçivəsində gənc müəllimlər (18-35 yaş) və pedaqoji ixtisas üzrə təhsil alan tələbələr (16-25 yaş) iştirak edə bilər. İştirak etmək istəyənlər 10 oktyabr tarixinədək müvafiq linkə (https://ref.az/78xm2D)  daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Üç mərhələdən ibarət layihədə öyrənməyə həvəsli, komandada işləmək bacarıqlarına malik, layihə yazılışı və idarəetmə təcrübəsi, eyni zamanda, ingilis və rus dili bilikləri olan şəxslərə üstünlük veriləcək. 

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Ramazan ayınız mübarək!
Ramazan ayınız mübarək! 

11.03.2024

badge-icon
"Təlimçilər üçün təlim" proqramı layihəsi yekunlaşdı.
"Təlimçilər üçün təlim" proqramı layihəsi yekunlaşdı.  

Ümumilikdə 3 gün davam edən proqramın növbəti mərhələsi olaraq müəllimlər regionlarında davamlılıq layihələri həyata keçirəcəklər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və AGMA-nın təşkilatçılığı ilə keçirildi.

11.03.2024

badge-icon
"Təlimçilər üçün təlim" proqramının ikinci günündən görüntüləri təqdim edirik.
"Təlimçilər üçün təlim" proqramının ikinci günündən görüntüləri təqdim edirik.

Layihənin ikinci günü təlim proqramının gedişatı hazırlanıb, layihənin davamlılığı üçün mövzular seçilib.
Daha sonra təcrübə əsaslı öyrənmə, insan hüquqları kimi mövzular ətrafında müzakirələr aparılaraq, qrup işləri və vörkşoplar keçirilib.

Qeyd edək ki, proqramın əsas məqsədi təhsil sahəsindəki bir çox təlimçinin bacarıqlarının artırılması, təlimçi sayının çoxaldılması, təlimçilərin keyfiyyətinin yüksəldilməsi, fərqli təlim metodlarının və qeyri-formal təhsil üsullarının təlimçilər tərəfindən daha effektiv şəkildə tətbiq edilməsini təşviq etməkdən ibarətdir.

10.03.2024

badge-icon
"Təlimçilər üçün təlim" proqramının ilk günündən olan görüntüləri təqdim edirik.
"Təlimçilər üçün təlim" proqramının ilk günündən olan görüntüləri təqdim edirik.

Layihənin ilk günü 12 regiondan iştirak edən 20 gənc müəllimin şəbəkələşməsi məqsədilə tanışlıq oyunları ilə başlayıb. Daha sonra təlim kursundan gözləntilər, təhsilin formaları, öyrənmənin müasir metodları kimi mövzular ətrafında müzakirələr aparılaraq, qrup işləri və vörkşoplar keçirilib.

Qeyd edək ki, proqramın əsas məqsədi təhsil sahəsindəki bir çox təlimçinin bacarıqlarının artırılması, təlimçi sayının çoxaldılması, təlimçilərin keyfiyyətinin yüksəldilməsi, fərqli təlim metodlarının və qeyri-formal təhsil üsullarının təlimçilər tərəfindən daha effektiv şəkildə tətbiq edilməsini təşviq etməkdən ibarətdir.

09.03.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

77

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun