5 oktyabr Müəllimlər günü münasibətilə İntellekt Kuboku
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və "3sual.az" platformasının birgə təşkilatçılığı ilə “Müəllimlərin İntellekt Kuboku” keçiriləcəkdir.
“Nə? Harada? Nə zaman?” formatında keçiriləcək turnirdə müəllimlər 4-6 nəfərlik komandalar halında birincilik uğrunda mübarizə aparacaqlar. Turnirin nəticələrinə, əsasən, sonda ən güclü komandalar bizdən hədiyyələr qazanacaqlar!
Oyunda iştirak etmək üçün 21 sentyabr 2022-ci il tarixindən etibarən aşağıda qeyd edilən qaydalara uyğun komandalardan sifarişlərin qəbuluna başlanır.
Qeydiyyat üçün şərtlər:
Komanda üzvləri yalnız hazırda ümumtəhsil məktəblərində fəaliyyət göstərən, yaşı 35-ə qədər olan müəllimlərdən ibarət olmalıdır.
Təqdim edilən excel formatda sifariş forması doldurulmalı
Komandanın adı və kapitanı qeyd edilməlidir.
Bütün iştirakçıların şəxsiyyət vəsiqəsinin skanı və UTİS kodları qeyd olunmalıdır.
Qeydiyyat üçün aşağıda qeyd olunan sənədləri qeyd olunmuş vaxt çərçivəsində agma.edu.az@gmail.com elektron ünvanına göndərmək lazımdır:
- Təqdim edilən excel formatda sifariş forması
- Sifariş formasının skan versiyası
- Bütün oyunçuların şəxsiyyət vəsiqəsinin skanı
Yarışda iştirak üçün sifariş forması: https://ref.az/3yhnT5d