İANƏ ET

Profil

Axtarış

İANƏ ET

Tarix yazan müəllimlər

"Tarix yazan müəllimlər" 1-ci hissə layihəsinə start verilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı ilə "Tarix yazan müəllimlər" layihəsinə start verilib.

Layihənin keçirilməsinin əsas məqsədi Vətən Müharibəsində şanlı zəfərimizin qazanılmasında iştirak edən gənc qazi müəllimləri sosial çarxlar vasitəsilə geniş ictimaiyyətə daha yaxından tanıtmaqdan ibarətdir.

Layihə çərçivəsində Vətən Müharibəsində iştirak edən gənc müəllimlərin pedaqoji fəaliyyətləri və onların keçdikləri döyüş yolu videoçarxlar vasitəsilə təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası "Tarix yazan müəllimlər" layihəsi ilə Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarının qismən maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqədə qalib gəlib.

Çəkilişlər ilkin olaraq Bakı şəhərində fəaliyyət göstərən gənc müəllimlərlə olacaq.

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Peşədə inkişaf marafonu
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin (Lənkəran Peşə Liseyi) birgə təşkilatçılığı ilə Peşə Təhsil Mərkəzlərinin kadr hazırlığını dəstəkləmək üçün “Peşədə inkişaf marafonu” layihəsi davam edir.

Bir aylıq statistikaya əsasən, 59 müəllim 8-ci və 9-cu kursları da uğurla bitirərək indiyə qədər olan prosesdə ümumilikdə 226 ədəd sertifikat əldə ediblər. 

08.06.2023

badge-icon
Sertifikasiya marafonunun təlimləri
Sertifikasiya marafonunun təlimlərindən görüntüləri sizə təqdim edirik.

Marafonun ötən təlimləri zamanı 240 nəfər müəllim iştirak edib.

Müəllimlər mentorlar tərəfindən keçirilən təlimlərdə mövzunu müzakirə edərək bilik və bacarıqlarını inkişaf etdirib, suallarına cavab tapıblar.

Qeyd edək ki, marafonun təlimləri davam edir.

07.06.2023

badge-icon
Azərbaycan dili və ədəbiyyat müəllimlərinin marafonu
Azərbaycan dili və ədəbiyyat müəllimlərinin marafonunun təlimlərindən görüntüləri sizə təqdim edirik.
Marafonun ötən təlimləri zamanı 250 nəfər müəllim iştirak edib.

Müəllimlər mentorlar tərəfindən keçirilən təlimlərdə mövzunu müzakirə edərək bilik və bacarıqlarını inkişaf etdirib, suallarına cavab tapıblar.

Qeyd edək ki, marafonun təlimləri davam edir.

05.06.2023

badge-icon
Agma.az-da onlayn psixoloji xidmət
Agma.az-da onlayn psixoloji xidmət 

Gənc müəllimlərin emosional və psixoloji durumunun müşayiət xidmətinin təqdim olunması məqsədilə agma.az platformasında onlayn psixoloji xidmət fəaliyyətdədir.

Hal-hazırda gənc müəllimlərimiz psixoloji xidmət vasitəsilə məktəbdə baş verən bullinq, şagirdlər arasında anlaşılmazlıq, müəllim və şagirdlər arasındakı ünsiyyət, dərs zamanı adaptasiya problemləri kimi mövzularda psixoloqlara müraciət edirlər.

Siz də bu xidmətimizdən yararlanmaq istəyirsinizsə, link vasitəsilə psixoloqlara müraciət edə bilərsiniz: https://ref.az/gQXRvs

02.06.2023

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

76

ÜMUMİ KURSLAR

2500

AKTİV MÜƏLLİM

5000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun