Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının “Regionallarda Olimpiadalara Hazırlıq Mərkəzlərinin Qurulması” layihəsinə start verilir.
Layihənin məqsədi 12 Regional Təhsil İdarəsinin nəzdində kadr potensialının artırılması və eyni zamanda, 12 region üzrə Respublika fənn olimpiadalarına hazırlıq prosesinin yerinə yetirilməsindən ibarətdir.
Layihə 2023-cü il aprel-dekabr aylarını əhatə edərək 4 hissədən ibarət olacaqdır:
- "İstedadlı şagird üçün istedadlı müəllim"lərin seçim müsabiqəsi;
- “İstedadlı şagird”lərin seçim müsabiqəsi;
- İstedadlı müəllim və şagirdlərin olimpiadaya hazırlıq prosesi;
- İstedadlı qaliblərin müəyyən olunması.
İlkin mərhələ "İstedadlı şagird üçün istedadlı müəllim"lərin seçim müsabiqəsindən ibarət olacaqdır. Müəllim seçim mərhələsi ilə bağlı yaxın zamanlarda məlumat veriləcəkdir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının 12 region üzrə fəaliyyət göstərən müəllim heyəti və təhsil alan şagirdlər üçün nəzərdə tutulmuşdur.

TikTokda #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verilir.
06.05.2025

QAZAXDA MÜƏLLİMLƏR ÜÇÜN FORUM!.
30.04.2025

"Çağdaş təhsildə təşkilatlanma: Yeni nəsil tərbiyəsi" adlı forum.
21.04.2025
.jpg)
"Çağdaş təhsildə təşkilatlanma: Yeni nəsil tərbiyəsi" adlı forum keçiriləcək..
02.04.2025

Müəllimlərin Riyaziyyat Müsabiqəsi.
09.03.2025

Sertifikasiyaya hazırlaşan müəllimlərə dəstək marafonu ilə qarşınızdayıq..
01.03.2025

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası regional koordinatorların seçim mərhələsinə start verir.
10.01.2025

“Ana dili" – Azərbaycan məktəbinə ikinci yarımil üzrə qeydiyyat elan edir!.
08.01.2025