Profil

Axtarış

Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin I forumu

Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin I forumu 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi ilə birlikdə Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin I forumunu təşkil edir.
Forumun məqsədi sertifikasiya prosesinə hazırlaşan müəllimləri məlumatlandırmaq və onlara onlayn dəstək göstərməkdən ibarətdir.

27 aprel 2023-cü il saat 20:00-da onlayn formatda keçiriləcək olan Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin iştirakı nəzərdə tutulmuş bu tədbirdə Azərbaycan dili, ədəbiyyat və ümumi kurikulum mövzularına toxunulacaqdır. Tədbir zamanı ekspertlər tərəfindən müəllimləri maraqlandıran mövzular barədə müzakirələr aparılacaq və iştirakçılar tərəfindən ünvanlanmış suallar cavablandırılacaqdır. 

Onu da bildirmək istərdik ki, forumda iştirak üçün yaş məhdudiyyəti yoxdur.

Qeyd: Forumda yalnız bu il sertifikasiya imtahanında iştirak edən müəllimlər iştirak edə bilərlər.

Qeydiyyat linki: https://chat.whatsapp.com/JvLeZ3O8mty5YaYcOHNCZu

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Gənc Riyaziyyat Müəllimləri Birliyi Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzv olub
Gənc Riyaziyyat Müəllimləri Birliyi Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzv olub. Birliyin sədri Ağcabədi şəhər 3 saylı tam orta məktəb-liseyin riyaziyyat müəllimi Asim Mirzəxanlıdır.

Gənc Riyaziyyat Müəllimləri Birliyini təbrik edir, fəaliyyətində uğur arzulayırıq!

17.07.2024

badge-icon
Qrant proqramı ilə bağlı tərəfdaşlıq görüşü baş tutub
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Macarıstanın Gələcəyin Dostu Assosiasiyası (Jövőbarát Egyesület) ilə Visegrad + qrant proqramı ilə bağlı tərəfdaşlıq görüşü baş tutub. 

Görüşdə təşkilatların fəaliyyət istiqamətləri, hər iki təşkilatın maraqlarını əhatə edən təkliflər, Visegrad ölkələri ilə birgə tərəfdaşlıqların genişləndirilməsi imkanları müzakirə edilib. Görüşün nəticəsi olaraq növbəti Visegrad+ qrant proqramı və digər müvafiq proqramlar çərçivəsində əməkdaşlıqların qurulması nəzərdə tutulur.

16.07.2024

badge-icon
Gənclərin Karyera İnkişaf Platforması 2
Bu dəfəki təlimimizdə süni intellektin həyatımıza gətirdiyi faydalar və potensial risklərdən danışacıyıq! 
"Gənclərin Karyera İnkişaf Platforması 2'' çərçivəsində növbəti təlim Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Səkinə Həsənova tərəfindən "Süni intellekt işimizi asanlaşdırır yoxsa bizi tənbəl edir?" mövzusunda keçiriləcək. 

Tarix və saat: 18 iyul saat 15:00
Məkan: ADPU-nun Kitabxana-İnformasiya Mərkəzi (əsas tədris binası)
Qeydiyyat üçün: https://shorturl.at/vTEVP

Qeyd edək ki, layihə Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilir.

15.07.2024

badge-icon
“Gənclərin Karyera İnkişaf Platforması 2’’ artıq başladı
“Gənclərin Karyera İnkişaf Platforması 2’’ artıq başladı!
 
Platformanın bu dəfəki təlimi “Emosional zəka və peşəkar inkişaf” mövzusu üzrə olub. Təlim Gənc İbtidai Sinif Müəllimləri Birliyinin sədri Ülviyyə Ələkbərova tərəfindən keçirilib.

Qeyd edək ki, layihə Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilir.

11.07.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

77

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun