17 iyun 2023-cü il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tədris ilinin sonlarına həsr olunmuş, gənc müəllimlər arasında davamlı əməkdaşlıq və şəbəkələşmənin artırılması üçün “Gənc müəllimlərin 3-cü forumu” nu təşkil edəcək.
Forum 2 hissədən ibarət olacaqdır. I hissəni rəsmi və bədii hissə təşkil edir. Bu hissədə dövlət rəsmiləri, qonaqlar və gənc müəllimlər iştirak edəcəklər. II hissədə isə müəllimlər 20-25 nəfərlik qruplara bölünərək 1.5 saatlıq vörkşoplara cəlb olunacaqlar. Hər qrupa bir qonaq spiker mentorluq edəcəkdir.
Forumda müxtəlif bölgələrdən yaşı 35-ə qədər olan və hazırda müəllim olaraq fəaliyyət göstərən 300 müəllimin iştirakı nəzərdə tutulmuşdur.
Forumda iştirak edə bilər:
-35 yaşdan aşağı olan gənc müəllimlər;
-AGMA platformasında ən azı bir neçə kursu uğurla bitirən gənc müəllimlər;
-AGMA -nın təsdiqlənmiş gənc üzvləri.
İştirakı təsdiq olunmuş müəllimlərə 12 iyun 2023-cü il tarixində e-mail vasitəsilə məlumat göndəriləcəkdir.
Qeydiyyat linki: https://forms.gle/R4bdp83H6ZFHqWSR9
Son qeydiyyat tarixi: 8 iyun 2023-cü il.
Gənc müəllimlərin “V Şəbəkələşmə Forumu” keçiriləcək.
11.12.2025
Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası Forumu.
28.10.2025
“Qeyri-formal təhsildə təlimçinin əl kitabı” təqdimat günü!.
08.10.2025
“Suverenlik Yolunda Təhsil Missiyası” adlı Forum keçiriləcək.
07.10.2025
Xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başladı!.
29.08.2025
"Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" proqramı.
01.11.2024
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) sədr üçün müraciətləri açıq elan edir!.
22.08.2024
“Ana dili – Azərbaycan məktəbi” layihəsi üzrə növbəti qeydiyyat prosesinə başlanılır.
20.08.2024



