Profil

Axtarış

“Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başlayır

Əziz həmvətənlər!

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xaricdə yaşayan soydaşlarımız üçün çox əhəmiyyətli bir layihənin tətbiqinə start verir. İyulun 7-dən xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başlayır. 2023-2024-cü tədris ilini əhatə edəcək layihədə dərslər ödənişsiz əsaslarla təcrübəli mütəxəssislər tərəfindən keçiriləcək.

“Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanını təmin edən layihədir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edəcəklər. Hər səviyyə üzrə təhsilini bitirən şagirdə müvafiq sertifikat veriləcək. Layihədə yalnız xaricdə yaşayan soydaşlarımız iştirak edə bilər.

http://anadili.agma.az - veb səhifəsi vasitəsilə məktəb haqqında daha ətraflı məlumat ala və müraciət edə bilərsiniz.

Əlaqə vasitələri: 
anadili@agma.az
+99451 226 71 21

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
"Gənc müəllimlərin xarici dil biliklərinin artırılması" istiqamətində təlimlər davam edir
"Gənc müəllimlərin xarici dil biliklərinin artırılması" istiqamətində təlimlər davam edir.

Təlimlərdə iştirak edən tələbələr və gənc müəllimlərə danışıq, xarici dillərin öyrənilməsində müasir yanaşmalar, praktiki üsullar və.s mövzular müzakirə edilib.

22.04.2024

badge-icon
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunu açıq elan edirik!
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunu açıq elan edirik!
 
Əziz müəllimlər, kitab oxuyub mükafat qazanmaq istəyirsinizsə, marafona qoşulmağa tələsin! 

Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Təhsilin İnkişafı Fondu (TİF) və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı, Hədəf Şirkətlər Qrupunun baş sponsorluğu ilə keçirilən marafonun şərtləri aşağıdakı kimidir:

1. Marafonun keçirilmə müddəti 3 aydır (20 aprel 2024 – 20 iyul 2024).  
2. Marafonda hazırda müəllimlik fəaliyyəti ilə məşğul olanlar iştirak edə bilər.
3. Layihə müddətində 6 kitab oxunacaq.
4. İştirakçı marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdır. Səhifədə kitablar, imtahan mərhələsi və ümumiyyətlə, marafonla bağlı məlumatlar paylaşılacaq. 
5. Oxu müddəti bitəndən sonra qaliblər seçim turu və finaldan ibarət imtahan nəticəsində seçiləcəklər. Suallar iştirakçıların mütaliə etdiyi 6 kitab əsasında hazırlanacaq.
6. Birinci imtahan onlayn formada həyata keçiriləcək. Bu mərhələdə ən yüksək göstəriciyə malik on nəfər final turuna vəsiqə qazanacaq. 
7. Final mərhələsi təyin olunmuş oyun zalında on nəfər arasında baş tutacaq.  
8. Birinci yer 1000 AZN, ikinci yer 600 AZN, üçüncü yer isə 400 AZN pul mükafatı əldə edəcək. Digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikaflar veriləcək.  
9. IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunu müddətində oxunacaq kitablar: 
1. Şəmil Sadiq – “İnsan mühəndisi” (Hədəf Nəşrləri) 
2. Nihat Büyükbaş – “Türk təhsili” (XAN Nəşriyyatı) 
3. Rafiq İsmayılov – “Düzgün yazaq” (Altun Kitab Nəşriyyatı) 
4. Rəşad Bayramov – “Sözünə güvən” (Parlaq İmzalar Nəşriyyatı) 
5. Rövşən Abdullaoğlu – “Üzləşmə” (Qədim Qala Nəşriyyatı) 
6. Gülüş Xəlilova – “Günəşə baxmaq” (Libra Kitab Nəşriyyatı) 
10. Qeydiyyatdan keçmək üçün bu linkə daxil olun (qeydiyyatdan keçəndən sonra “Marafona qoşul” səhifəsinə keçid edərək müvafiq xanaları doldurun):
https://anaib.az/kitabqurdu/marafon/?id=7

Kitabları endirimlə sifariş vermək və sürətli çatdırılmadan faydalanmaq üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: +994 55 877 24 44

22.04.2024

badge-icon
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının region koordinatorları ilə görüş keçirilib.
20 aprel 2024-cü il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının region koordinatorları ilə görüş keçirilib.

Qeyd edək ki, görüşdə yeni seçilmiş region koordinatorları da iştirak ediblər. İlk növbədə şəbəkələşmə məqsədi ilə müxtəlif oyunlar keçirilib. Daha sonra koordinatorlara AGMA dəyərlərindən, fəaliyyətlərindən və gələcək layihələrindən söz açılıb. Həmçinin koordinatorların təklifləri dinlənilib və maraqlı fikir mübadiləsi aparılıb.

AGMA ətrafında birləşən hörmətli koordinatorlarımız, birlikdə daha böyük uğurlara imza atacağımıza əminik!

22.04.2024

badge-icon
Ramazan bayramınız mübarək!
Ramazan bayramınız mübarək! 

10.04.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

77

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun