Profil

Axtarış

Zəfərin Səsi

Gənclərin Vətən müharibəsindən sonra zəfər ruhunda formalaşması istiqamətində silsilə tədbirlər həyata keçirən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası İRƏLİ İctimai Birliyi ilə birgə 4 noyabr 2023-cü il tarixində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirəcəkdir.

Tədbirin məqsədi müasir dövrdə müxtəlif ideologiyaların gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək, şəhid qəhrəmanlarımızı tanıtmaq, gənclər arasında belə qəhrəmanların əməllərini yaşatmaq, onların xatirəsini daim uca tutmaqdır.

Qeyd edək ki, tədbirdə Bakı və bölgələrdən olan müəllimlərin və gənclərin iştirakı nəzərdə tutulmuşdur.

 Tarix: 4 noyabr, 10:00
 Məkan: 20 nömrəli məktəb-lisey
Qeydiyyat linki: https://forms.gle/2sdmR1GKqUcnPPuK7

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Təlimçilər üçün təlim proqramına qeydiyyat yekunlaşdı.
"Təlimçilər üçün təlim" proqramına qeydiyyat yekunlaşdı.
 
Qeydiyyatı təsdiqlənən namizədlərə e-mail vasitəsilə təsdiq məktubu göndəriləcəkdir.

Nəzərinizə çatdıraq ki, layihə 9, 10 və 11 mart 2024-cü il tarixlərində keçiriləcəkdir.

16.02.2024

badge-icon
Gənc müəllimlər dilimizin keşiyində layihəsinin növbəti təlimi Bakı şəhərində keçirilib.
“Gənc müəllimlər dilimizin keşiyində” layihəsinin növbəti təlimi Bakı şəhərində keçirilib.

Təlimdə spiker Abbasağa Əlizadə müəllimlərin inkişafına dəstək olmaq üçün maraqlı məqamlara toxunub və müəllimlərin suallarını cavablandırıb.

Keçirilən layihənin əsas məqsədi Azərbaycan dilinin saflığının qorunmasına dəstək olmaq üçün gənc müəllimlər arasında natiqlik, ünsiyyət və debat təlimləri təşkil etməkdir.

Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı və Gənc Azərbaycan dili və Ədəbiyyatı Müəllimləri Birliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

12.02.2024

badge-icon
Məktəbəqədər müəllimlərin hazırlığı marafonu
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Bakı şəhəri üzrə koordinatorları Aynur İbrahimova, Təranə Nuriyeva, Rüfanə Mirzəyeva, Lətifə Mustafayeva, Şərifə Hüseynova, Gülgün Rzayeva, Vəfa Məmmədova, Vəfa Kərimli məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimləri və ümumi təhsil müəssisələrinin gənc müəllimləri ilə görüş keçirərək gənc müəllimlər üçün "AGMA-nın təqdimatı" və məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün isə "Məktəbəqədər müəllimlərin hazırlığı marafonu" haqqında məlumat veriblər.

05.02.2024

badge-icon
“Regionlarda Olimpiadalara Hazırlıq Mərkəzlərinin Qurulması” layihəsinin qaliblərinin mükafatlandırılma mərasimi
“Regionlarda Olimpiadalara Hazırlıq Mərkəzlərinin Qurulması” layihəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Qaliblərimizi təqdim edirik.
Fizika ixtisası üzrə:
Zeynallı Sevinc, Ömərli Xalid, Məhərrəmli Ərtoğrul.
Kimya ixtisası üzrə:
Ələkbərova Zümrüd, Quluzadə Nuray, Piriyev Qurban.
Biologiya ixtisası üzrə:
Abbaszadə Gültəkin, Muxtarova Gülay, Bəbişli Gülçin.
Riyaziyyat ixtisası üzrə:
Sadıqov Rəvan, Pünhan Pürhani və Muxtarlı Sübhan.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.

Layihədə iştirak edən müəllimlərimizi və şagirdlərimizi təbrik edirik

03.02.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

77

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun