Profil

Axtarış

Həmyaşıdlararası istismarla əlaqəli məlumatlılığın artırılması

Son yenilənmə tarixi 09/2024 Azərbaycan dili
Kurs tamamilə pulsuzdur.
Daxil ol

Ümumi məlumat

Həmyaşıdlararası istismar uşaq və gənclər arasında baş verən fiziki, cinsi, emosional, maliyyə, məcburi nəzarətin müxtəlif formaları şəklində təzahür edə bilər, belə ki, buraya səmimi və qeyri-səmimi olan bütün münasibətlər daxildir. Əksər hallarda sadalanan istismar növlərinin yalnız birinin baş verdiyi hal müşahidə edilir. Tədqiqatlar göstərir ki, 10 və yuxarı yaş uşaqlar həmyaşıdları tərəfindən zorakılığa məruz qala bilər, lakin ondan kiçik uşaqların buna məruz qaldığı hadisələr də müşahidə olunub. Uşaqlar və yeniyetmələr məktəb dəhlizləri, nəqliyyat vasitələri, park və sosial media kimi bir çox fərqli şəraitlərdə bir-birlərini təhqir edə bilərlər.

Materialı hazırladı: Aytən Piriverdiyeva
Təlimçi: Naira Yunusova

Kursun məqsədi

Həmyaşıdlararası istismarla əlaqəli məlumatlılığın artırılması

Kursda əhatə olunan mövzular

Həmyaşıdlararası istismar nədir? 
Həmyaşıdlararası istismarın müxtəlif növləri 
Həmyaşıdlararası istismar kimlərə təsir edir və hansı xarici təsirləri var
 İstismarın əlamətlərini öncədən müəyyən etmək 
Gənc və yeniyetmənin istismara məruz qaldığına dair şübhələndikdə nə etməli 
Məktəblərdə profilaktik strategiyaların həyata keçirilməsi

Auditoriya

Gənc müəllimlər üçün
Kurs kim üçündür
Gənc müəllimlər üçün
Kursun müddəti
1 saat
Kursun keçirilmə dili
Azərbaycan dili
Kursdan keçmək üçün nə etməli
Kursu bitirmək üçün bütün dərs və imtahanları keçməlisiniz.
Kursun reytinqi
Orta istifadəçi reytinqi
Kursun kateqoriyası
Təhsildə qayğı və maarifləndirmə
poster

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
AGMA-nın 2025-ci il üzrə illik hesabatı təqdim edilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən 2025-ci il üzrə illik hesabatın təqdimat görüşü keçirilib. Onlayn formatda təşkil olunan görüşdə Assosiasiyanın İdarə Heyəti üzvləri iştirak ediblər.

Görüş zamanı AGMA-nın sədri Pərvinə Qədimova İdarə Heyəti üzvlərinə Assosiasiyanın ötən dövr ərzində həyata keçirdiyi fəaliyyətlər, əldə olunan nəticələr və 2025-ci il üçün nəzərdə tutulan Fəaliyyət Planı barədə ətraflı məlumat verib. Təqdimatda gənc müəllimlərin peşəkar inkişafına yönəlmiş layihələr, maarifləndirici təşəbbüslər, regional proqramlar və tərəfdaşlıqlar xüsusi vurğulanıb.

AGMA rəhbərliyi qarşıdakı dövrdə də gənc müəllimlərin potensialının gücləndirilməsi, onların səsinin daha geniş platformalarda eşidilməsi və təhsil sahəsində davamlı inkişafa töhfə verilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.


08.01.2026

badge-icon
İmişlidə “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” mövzusunda təlim keçirilib.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində müəllimlər üçün nəzərdə tutulan “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” adlı layihənin davamlılıq mərhələsi İmişli rayonunda uğurla həyata keçirilib.

Təlim  İmişli rayon H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbində təşkil olunub. Təlimçi qismində məktəbin texnologiya müəllimi Fidan Nağızadə çıxış edib.

Tədbir zamanı süni intellektin təhsildə tətbiqi, müəllimlərin yeni texnoloji bacarıqlarının inkişafı, rəqəmsal təlim mühitinə adaptasiya və müasir tədris metodlarından istifadənin əhəmiyyəti mövzularında geniş müzakirələr aparılıb. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və praktik nümunələrlə zəngin olub.

05.01.2026

badge-icon
Gənc müəllimlərin “V Şəbəkələşmə Forumu”nun II günü keçirilib və forum yekunlaşıb
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən “Gənc müəllimlərin V Şəbəkələşmə Forumu”nun II günü 21 dekabr 2025-ci il tarixində davam edib.

Forumun ikinci günü layihə idarəçiliyi və müasir texnologiyalara həsr olunmuş II sessiya baş tutub. I sessiya “Layihələrin yazılması, idarə edilməsi və maliyyə əsaslandırması” mövzusuna həsr olunub. Sessiyanın spikeri, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının icraçı direktoru Aygün Kərimova layihələrin hazırlanması mərhələləri, onların effektiv idarə olunması və maliyyə əsaslandırmasının vacib məqamları barədə iştirakçılara ətraflı məlumat verib.

II sessiya NAYORA-nın təşkilatlarla iş üzrə katibi Elnarə Əliyeva “Süni intellekt və rəqəmsal bacarıqlar” mövzusunda çıxış edib. O, müasir dövrdə süni intellekt texnologiyalarının təhsildə tətbiqi, müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti və bu sahədə mövcud çağırışlardan bəhs edib.

Aktiv müzakirələr və interaktiv formatda keçən sessiyalar gənc müəllimlərin bilik və bacarıqlarının artırılmasına, eləcə də praktiki təcrübə qazanmalarına şərait yaradıb.

Beləliklə, iki gün davam edən “Gənc müəllimlərin V Şəbəkələşmə Forumu” uğurla yekunlaşıb. Forum gənc müəllimlər arasında əməkdaşlığın genişlənməsinə, yeni ideyaların formalaşmasına və peşəkar şəbəkələşmənin gücləndirilməsinə mühüm töhfə verib.

22.12.2025

badge-icon
Gənc müəllimlərin “V Şəbəkələşmə Forumu”nun I günü uğurla keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20 dekabr 2025-ci il tarixində “Gənc Müəllimlərin V Şəbəkələşmə Forumu”nun I günü baş tutub. Forumun keçirilməsində əsas məqsəd gənc müəllimlər arasında peşəkar ünsiyyətin gücləndirilməsi, təhsil sahəsində aktual mövzuların müzakirəsi və şəbəkələşmə imkanlarının genişləndirilməsi olub.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova forumun əhəmiyyətindən, gənc müəllimlərin inkişafında bu cür platformaların rolundan bəhs edib. Daha sonra Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev təhsil siyasətində gənc müəllimlərin yeri və onların ictimai fəallığının vacibliyini vurğulayıb.

Forumun I günü çərçivəsində keçirilən I sessiya “Gələcəyi inşa edən müəllimlər və istedadlı uşaqlarla iş” mövzusuna həsr olunub. Sessiyanın spikeri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev müəllimlərin gələcək nəsillərin formalaşmasındakı strateji rolundan, istedadlı şagirdlərlə işin metod və yanaşmalarından danışıb.

Ardınca baş tutan II sessiya media savadlılığı mövzusuna həsr edilib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva “Media savadlığı nədir və niyə vacibdir?” mövzusunda çıxış edərək informasiya cəmiyyətində tənqidi düşüncənin əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Nurşərəf Tağıyeva “Media savadlılığı və yeni trendlər” mövzusunda təqdimatla çıxış edib, rəqəmsal mediada baş verən yeniliklər və çağırışlar barədə məlumat verib.

Forumun I günü iştirakçıların aktiv müzakirələri və fikir mübadiləsi ilə yadda qalıb, gənc müəllimlər üçün yeni əməkdaşlıq imkanları yaradıb.

21.12.2025

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun