İANƏ ET

Profil

Axtarış

İANƏ ET

İdrakın inkişafı

Son yenilənmə tarixi 02/2023 Azərbaycan dili
Kurs tamamilə pulsuzdur.
Daxil ol

Ümumi məlumat

Koqnitiv inkişaf uşaqların düşünməsi, araşdırması və anlaması deməkdir. Bu, uşaqlara ətrafdakı dünya haqqında düşünməyə və anlamağa kömək edən bilik, bacarıq, problemi həll etmədir. Uşaqların koqnitiv (idrak) inkişafı ilə bağlı nəzəriyyə 1952-ci ildə isveçrəli psixoloq Jan Piaje tərəfindən irəli sürülüb. Piagetin nəzəriyyəsinə görə, uşaqlarda idrak inkişafının dörd mərhələsi var: 1. Sensormotor mərhələ (doğumdan 2 yaşa qədər) 2. Əməliyyat öncəsi (2 ildən 7 ilə qədər) 3. Konkret əməliyyatlar mərhələsi (7 ildən 11 ilə qədər) 4. Mücərrət fəaliyyət mərhələsi (12 və daha yuxarı)

Kursun məqsədi

İdraki inkişaf kursunun məqsədi uşağın idraki maraqlarının, tələbat və bacarıqlarının, onun emosional-hissi təcrübə əsasında elementar tədqiqatçılıq fəaliyyətinin formalaşdırılması üçün müəllimlərdə məlumatlılığın artırılmasıdır.

Kursda əhatə olunan mövzular

İdraki inkişaf nədir? 
Jan Piajenin nəzəriyyəsi haqqında İdrak inkişafının mərhələləri

Auditoriya

Gənc müəllimlər üçün
Kurs kim üçündür
Gənc müəllimlər üçün
Kursun müddəti
2 saat
Kursun keçirilmə dili
Azərbaycan dili
Kursdan keçmək üçün nə etməli
Kursu bitirmək üçün bütün dərs və imtahanları keçməlisiniz.
Kursun reytinqi
Orta istifadəçi reytinqi
Kursun kateqoriyası
Məktəbəqədər təhsil
poster

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
HIPPO İngilis dili Olimpiadasının ilk mərhələsi (Preliminary round) keçirilib.
18 mart 2023-cü il tarixində HIPPO İngilis dili Olimpiadasının ilk mərhələsi (Preliminary round) keçirilib. 6-17 yaş arası bütün məktəblilərin ingilis dili biliklərini yoxladıqları Olimpiada Respublikanın 8 şəhər və rayonunda – Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəmkir, Quba, Şəki və Şirvan olmaqla, ümumilikdə 11 binada təşkil olunub. 

İmtahan bütün binalarda eyni vaxtda başlanıb və təlimata uyğun şəkildə keçirilib. Bütün yaş kateqoriyaları üzrə şagirdlərə oxuyub anlama və ingilis dilinin istifadəsinə dair test tapşırıqları təqdim edilmişdir. Məlumat üçün bildiririk ki, nümunə suallar imtahandan bir müddət əvvəl ictimaiyyətə təqdim edilmişdir. 

HIPPO İngilis dili Olimpiadasının təşkilində məqsəd dünyanın hər yerindən ingilis dilinə maraq göstərən şagirdlər arasında dostluq münasibətləri, beynəlxalq anlaşma və sağlam rəqabət ruhu yaratmaq, şagirdlərin şəxsi potensiallarını üzə çıxarmaq və öz ingilis dili səviyyələrini beynəlxalq standartlara uyğun ölçməkdir. 

Qeyd edək ki, nəticələr 20 gün ərzində elan ediləcək.


18.03.2023

badge-icon
Fəaliyyətlərin hazırlanması prinsipi və interaktiv dərs
Fəaliyyətlərin hazırlanması prinsipi və interaktiv dərs 

İnteraktiv təlim prosesi elə təşkil olunmalıdır ki, şagirdlər #biliyi tədqiqat yolu ilə əldə etsin. Bu təlim prosesində sinif (auditoriya) #qrup və #cütlər formasında problemin həlli yollarına dair axtarışa çıxarılır, qruplar əldə olunmuş nəticələri işçi vərəqlərində qeyd edir, sonra onun təqdimatını həyata keçirirlər.

Təqdimatlar bitdikdən sonra bu tədqiqat nəticələri arasında #rabitə yaradılır, məlumatlar sistemləşdirilir və ümumi bir şəkildə təsnif olunur. Bundan sonra həmin yekunlarla tədqitatın başlanğıcında şagirdlərin (auditoriyanın) irəli sürdüyü ilikin fərziyyələrlə müqayisələr aparılır. Şagirdlər (öyrənənlər) hansıların üst-üstə düşdüyünü, nələrin isə yeni olduğunu müşahidə edir və ümumi nəticəyə gəlirlər, öyrəniləcək mövzuya çıxaracaq problem qoyularaq motivasiya yaradlılır.

Kursun məqsədi dərsdə fəaliyyətlərin qurulması və dərsin interaktiv təlim metodları ilə aparılması haqqında müəllimləri məlumatlandırmaqdır.

Kursda əhatə olunan mövzular: 
Fəaliyyətlərin hazırlanması prinsipi və interaktiv dərs.

Kursun linki: https://agma.az/.../fealiyyetlerin-hazirlanmasi-prinsipi...

15.03.2023

badge-icon
Beynəlxalq təcrübədə bizimkilər
Beynəlxalq təcrübədə bizimkilər

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) "Beynəlxalq təcrübədə bizimkilər" adlı layihəyə davam edir.

"Beynəlxalq təcrübədə bizimkilər" layihəsinin növbəti görüşü 17 mart saat 21:00-da yayımlanacaq. Layihənin əsas məqsədi xaricdə yaşayan və çalışan müəllimlərimizin öz təcrübələrini bizimlə bölüşməsi, beynəlxalq təcrübənin inteqrasiyasıdır.

Layihənin növbəti mövzusu "Misirdə müəllimlik təcrübəsi”dir.

Görüş Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının koordinatorlar üzrə meneceri Fəzilə Mahmudova və Metropoliten Beynəlxalq Məktəbinin İKT kafedrasının rəhbəri, kompüter elmləri müəllimi kimi fəaliyyət göstərən Elvin Əliyev tərəfindən Facebook platformasında keçiriləcək.

Maraqlanan hər kəsi canlı yayımı dinləməyə və müzakirələrə qoşulmağa dəvət edirik!

14.03.2023

badge-icon
Qida gigiyenası və təhlükəsizliyi
#OnlaynKurs

Qida gigiyenası və təhlükəsizliyi
 
Qida mənşəli #xəstəliklər hər il çoxlu sayda insanlara təsir edir ki, bu da bir gündən bir neçə həftəyə qədər və daha çox davam edə bilər. Bəzi insanlarda #mədədə narahatlığa səbəb olduğu halda, bəzilərində #böyrək çatışmazlığına, hətta ölümə səbəb ola biləcək ciddi simptomlarla müşahidə olunur. Bu səbəbdən qida ilə işləyən hər kəs hazırladığı qidanın təhlükəsiz olduğundan əmin olmalıdır. 

Kursun məqsədi qida təhlükəsizliyi barədə məlumatlılığın artırılmasından ibarətdir. 

Kursda əhatə olunan mövzular:
 
 -Bakteriyaların qida mənşəli xəstəliklərin meydana çıxmasında rolu;
 -Yüksək risk qrupuna daxil olan və allergiyaya səbəb olan qidaları tanımaq;
 -Kontaminasiya (qida çirklənməsi) nədir?;
 -Effektiv gigiyena;
 -Qidaların saxlanılmasının əhəmiyyəti.

Kursun linki: https://agma.az/courses/qida-gigiyenasi-ve-tehlukesizliyi

13.03.2023

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

38

ÜMUMİ KURSLAR

2500

AKTİV MÜƏLLİM

5000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun