Profil

Axtarış

Müəllimin təqdimat bacarıqları

Son yenilənmə tarixi 06/2022 Azərbaycan dili
Kurs tamamilə pulsuzdur.
Daxil ol

Ümumi məlumat

Kurs insanın gözəl bir natiq və təqdimatçı ola bilməyi üçün hamının istifadə edə biləcəyi konkret məsləhətlər və məlumatlar ehtiva edir.

Kursun məqsədi

Kursun məqsədi təhsilverənlərin təqdimat və natiqlik bacarıqlarını, o cümlədən bu prosesdə İKT-dən istifadə səriştələrini inkişaf etdirməkdir.

Kursda əhatə olunan mövzular

Təqdimatın strukturu, bədən dili, jest və mimika, zaman, İKT

Auditoriya

Müəllimlər
Kurs kim üçündür
Müəllimlər
Kursun müddəti
1 saat
Kursun keçirilmə dili
Azərbaycan dili
Kursdan keçmək üçün nə etməli
Kursu bitirmək üçün bütün dərs və imtahanları keçməlisiniz.
Kursun reytinqi
Orta istifadəçi reytinqi
Kursun kateqoriyası
Adaptasiya
poster

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Edublog
Yeni layihə, yeni fürsətlər!

Bir Könüllü “Edublog” layihəsi çərçivəsində təlim proqramına start verir.

Təhsilə dair müxtəlif formatda və mövzuda məzmunların hazırlanmasını təşviq etmək məqsədilə keçiriləcək təlimlərdə əsasən təhsil və pedaqoji, jurnalistika, rejissorluq, operatorluq və s. oxşar ixtisaslarda təhsil alan və qeyd olunan sahələrə maraq göstərən tələbələrin iştirakı nəzərdə tutulur.

Təlimlər nəticəsində tələbələr öyrəndiklərini təcrübədən keçirmək imkanı əldə etməklə yanaşı, edublog platformasının yaradılmasında birbaşa iştirak edəcəklər.

Təlimlərin sonunda Edublog platformasında məzmunun yaradılması üçün tələbələrdən ibarət heyət formalaşdırılacaq.

Təklif olunan təlim proqramına kimlər müraciət edə bilər

• Təhsilin idarə olunması və insan kapitalının inkişafı, təhsilin idarəetməsi, məktəbəqədər təhsil və digər pedaqoji ixtisaslarda təhsilalanlar;

• Dövlət və İctimai münasibətlər, Jurnalistika, Kommunikasiya və rəqəmsal media ixtisaslarında təhsilalanlar;

• Rejissorluq (kino və rejissoru), operator, bədii yaradıcılıq və ekran dramaturgiyası, Kinoşünaslıq və s əlaqəli ixtisaslarda təhsilalanlar;

İştirak etmək arzusunda olanlar ərizə forması və müsahibə əsasında layihənin idarəetmə qrupu tərəfindən seçiləcək.
Təlim proqramı təcrübəli və peşəkar təlimçilərin, müvafiq sahələrdə tanınmış mütəxəssislər iştirakı ilə həyata keçiriləcək.

Müraciət üçün son tarix: 15 iyul, 2022-ci il
Qeydiyyat linki: https://forms.gle/CnitLBCm1BMfu2CbA

#bir #birkonullu #edublog #blog #eduaz #konullu #layihe #layihə

16.06.2022

badge-icon
Sinfin idarəedilməsində müəllimin strateji planlaması
Gənc müəllimlərin ən çox ehtiyac duyduğu təlimlərdən olan sinfin idarəolunması modulu nəzəri və praktiki baxımdan müəllimlərimizə şagirdlərin emosional və akademik qavramalarını inkişaf etdirmək üçün bilikləri ehtiva edir. Şagirdlərə fərdi yanaşmaq və qarşıya qoyulan təlim nəticələrinə çatmaq üçün müəllim, ilk öncə, sinfi düzgün idarə etməli və təhlükəsiz öyrənmə mühiti yaratmalıdır. Modul ərzində beynəlxalq təcrübəyə əsaslanaraq yaradılmış təlim materialları gənc müəllimlər üçün bələdçi rolunu oynayacaqdır.
Kursda əhatə olunan mövzular:
-Prosedurlar;
-Gözləntilər;
-Qaydalar;
-Monitorinq;
-Rəğbətləndirmə və cəzalandırma tədbirləri.    
Daim inkişafda olub, daha çox öyrənək ki, daha çox sevgi ilə öyrədək!
Kursun linki: 

16.06.2022

badge-icon
Netvörkinq
Netvörkinq, tərəfdaşlarımız və nümayəndələrimiz arasında ünsiyyətin ən yüksək səviyyədə qurulduğu bir tədbirdir.

AIESEC in Azerbaijan-ın təşkilatçılığı ilə keçiriləcək olan tədbirin əsas məqsədi tələbə və məzunların şirkət nümayəndələri ilə birbaşa görüşməsinə şərait yaratmaq, ölkədə gənclərin məşğulluğunu artırmaqdır. Tədbir zamanı iştirakçılar şirkətlərin stendlərinə baş çəkərək şirkətlərlə tanış olmaq və şirkət nümayəndələri ilə vakansiyalarla bağlı fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.

Tədbir 18.06.2022-ci il tarixində, “Globus Business Center” məkanının 2-ci mərtəbəsində keçirələcək.

Tədbirdə 10:00 - 16:00 zaman aralığında istədiyiniz vaxt iştirak edə bilərsiz.

İştirak ödənişsizdir.

Qeydiyyat linki: https://bit.ly/3wYmIhH

16.06.2022

badge-icon
Gənclər davamlı inkişaf üçün
"Gənclər davamlı inkişaf üçün" layihəsi çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə və "İrəli" İctimai Birliyinin sədri Şahin Rəhmanlı ilə görüş keçirilib.

16.06.2022

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

12

ÜMUMİ KURSLAR

2500

AKTİV MÜƏLLİM

4000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun