Profil

Axtarış

Müstəqil öyrənmə bacarıqları

Son yenilənmə tarixi 03/2023 Azərbaycan dili
Kurs tamamilə pulsuzdur.
Daxil ol

Ümumi məlumat

Müstəqil öyrənmə - Şagirdlərin öyrənmə təşəbbüsünü ələ almaları, onların öyrənmə ehtiyaclarını qiymətləndirmələri, öyrənmə məqsədləri yaratmaları, insan və maddi resursları müəyyən etmələri, ən uyğun təlim strategiyalarını tətbiq etmələri və başqalarının köməyi ilə və ya onların köməyi olmadan öyrənmə nəticələrini qiymətləndirmələri prosesidir. Müstəqil öyrənmə, risklər yüksək olduqda insanın düzgün, ağıllı, özünü təsdiq edən seçimlər etmək qabiliyyətini xeyli artırır. İnsanlar gənc ikən öz fikirlərini, hisslərini, istəklərini və ehtiyaclarını oxuyaraq və onları mövcud variantlarla müqayisə edərək öz qərarlarını vermək təcrübəsi nə qədər çox olarsa, onların yetkin, həssas, sağlam və məhsuldar olmaq ehtimalı bir o qədər çox olar.

Materialı hazırladı: Vəfa Nəzili-Şıxlı
Təlimçi: Nəsirli Azərin

Kursun məqsədi

Müstəqil öyrənmə təlim strategiyasından istifadə

Kursda əhatə olunan mövzular

Müstəqil öyrənmə nədir?;
Tələbələri müstəqil öyrənməyə istiqamətləndirmənin yolları

Auditoriya

Gənc müəllimlər üçün
Kurs kim üçündür
Gənc müəllimlər üçün
Kursun müddəti
1 saat
Kursun keçirilmə dili
Azərbaycan dili
Kursdan keçmək üçün nə etməli
Kursu bitirmək üçün bütün dərs və imtahanları keçməlisiniz.
Kursun reytinqi
Orta istifadəçi reytinqi
Kursun kateqoriyası
İlkin müəllimlik təlimi
poster

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Şəkidə "Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi" mövzusunda forum keçirilib
Şəkidə "Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi" mövzusunda forum keçirilib

5 aprel tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tərəfdaşlığı və Azərbaycan müəllimi qəzetinin informasiya dəstəyi ilə “Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi" adlı forum keçirilib. 

Şəki şəhəri Nizami Gəncəvi adına 7 №-li tam orta məktəbdə 200-ə yaxın müəllimin iştirakı ilə keçirilən tədbir öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Daha sonra tədbirin rəsmi hissəsinə start verilib. Beləki, ilk olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxış edərək gənc müəllimlərimizin bu cür vacib mövzuda maarifləndirilmələrin olduqca məqsədə uyğun və vacib olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mehriban Vəliyeva və Azərbaycan Psixologiya Akademiyasının direktoru Ramil Hüseynzadə çıxış edərək forumun mahiyyəti və aktuallığı barədə danışdılar. Onlar müasir təhsil sistemində nəsil tərbiyəsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə həyata keçirilən yeniliklər və innovativ metodlardan bəhs ediblər.

Rəsmi hissə yekunlaşdıqdan sonra bədii hissədə Rasim Ocaqov adına Şəki şəhər Uşaq- Gənclər İnkişaf Mərkəzinin “Bahar” rəqs qrupu “Hamıdan gözəl mənəm” və “Uzundərə” rəqslərini nümayiş etidiriblər. Həmçinin Aylin Abdullayeva “Müəllimim” musiqi nömrəsi ilə çıxış edib.

Daha sonra forumun panel müzakirəsi hissəsinə keçid edilib. Şəki şəhər 11 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, AGMA-nın Şəki şəhəri üzrə koodinatoru Gülnar Heydərzadənin moderatorluğu ilə təşkil edilən panel müzakirədə spikerlər – Şəki rayonu Kiş kənd Heydər Əliyev adına 1 №-li tam orta məktəbin ibtidai sinif müəllimi, əməkdar müəllim Dursun Cavadova, Qax şəhər Namiq Abdullayev adına 2 №-li məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi, əməkdar müəllim Nazlı İsmayılova və Şəki rayonu Köndələn kənd tam orta məktəbin direktoru Aytən Yusifova çıxış edərək, təhsildə tərbiyəvi mühitin yaradılması, ailənin tərbiyə üzərindəki rolu, rəqəmsal dövrdə tərbiyə və etik dəyərlər, yeni nəsil tərbiyəsinə dair innovativ yanaşmalar kimi mövzuları müzakirə ediblər. 

Həmçinin müzakirələr zamanı təhsildə müasir metodların tətbiqi, müəllim-şagird münasibətlərinin yeni dövrün tələblərinə uyğun şəkildə qurulması və psixoloji yanaşmaların əhəmiyyəti vurğulanıb. 

Forum iştirakçıları bu kimi tədbirlərin təhsil sistemində keyfiyyətin artırılması və pedaqoji təcrübənin bölüşdürülməsi baxımından mühüm rol oynadığını bildirib, yeni nəsil tərbiyəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün belə forumların davamlı keçirilməsinin vacibliyini vurğulayıblar. Panel müzakirəsinin sonunda forum iştirakçılarının spikerlərə ünvanladıqları çoxsaylı suallar da cavablandırılıb.

Qeyd edək ki, forumun keçirilməsində məqsəd çağdaş dövrdə yeni nəsil tərbiyəsinə yeni yanaşmaların tətbiq olunması və müəllimlərlə fikir mübadiləsinin aparılmasından ibarətdir.

06.04.2025

badge-icon
Təqdimatlarımız davam edir
 Bakı Şəhəri Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə gənc müəllimlər üçün Bakı şəhəri Sabunçu rayonu E.Məhərrəmov adına 137 №li tam orta məktəbdə AGMA-nın Bakı şəhəri üzrə koordinatorları Elnurə İsmayılova və  Ruhane Yaqubova tərəfindən təqdimat keçirilib. 

Təqdimatın davamında gənc müəllimlərimiz üçün "Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulması", "Sinfin idarəedilməsi və məktəb-şagird-valideyn üçbucağı" mövzularında seminar keçirilib. 

Qeyd edək ki, təqdimatın keçirilməsində məqsəd gənc müəllimlərin inkişafına və onların özünü təkmilləşdirməsinə dəstək olmaq, təlim vasitəsilə təhsil müəssisələrində çalışan gənc müəllimləri bir araya toplamaq, onların sözügedən mövzu haqqında məlumatlıqlarını artırmaqdan ibarətdir.

01.04.2025

badge-icon
Müəllimlərin Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçirilib
 Martın 29-da Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı-nın tərəfdaşlığı ilə "Müəllimlərin Riyaziyyat Müsabiqəsi" nin final mərhələsi keçirilib. 

Müsabiqədə Bakı və Naxçıvan şəhərlərində final mərhələsinə vəsiqə qazanan 33 nəfər iştirak edib.

 ️Müsabiqədə  təhsilverənlərə AMC (American Mathematics Competitions) tapşırıqları əsasında 25 sual təqdim olunub və sualları cavablandırmaq üçün 75 dəqiqə vaxt ayrılıb. 

 Qeyd edək ki, müsabiqədə 1-ci yeri Zərqəm Əsədov (İsmayıllı), 2-ci yeri 2 nəfər Rüstəm Təhməzov (Bakı) və Orxan Bayramov (Quba), 3-cü yeri 3 nəfər olmaqla Zinyət Cabbarlı (Şərur), Natiq Mustafayev (Xaçmaz) və Aygün Xəlilli (Bakı) ən yüksək bal toplamış 6 müəllim təşkilatçılar tərəfindən mükafatlandırılıb. 

"Müəllimlərin Riyaziyyat Müsabiqəsi" ndə iştirak edən müəllimlərimizi təbrik edirik.

29.03.2025

badge-icon
Təqdimatlarımız davam edir
Bakı Şəhəri Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə gənc müəllimlər üçün Bakı şəhəri Suraxanı rayonu D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbdə AGMA-nın Bakı şəhəri üzrə koordinatoru Elnurə İsmayılova tərəfindən təqdimat keçirilib. 

Təqdimatdan sonra gənc müəllimlərimiz üçün Elnurə İsmayılova tərəfindən  "Sinfin səmərəli idarəedilməsi" və "Müasir dərsin quruluşu" mövzularında seminar keçirilib. Qonaq qismində İbtidai sinif müəllimlər birliyinin koordinatoru Səidə Dünyamalıyeva "Müasir dərsin quruluşu" mövzusunda öz təcrübələrini gənc müəllimlərlə bölüşüb.

Qeyd edək ki, təqdimatın keçirilməsində məqsəd gənc müəllimlərin inkişafına və onların özünü təkmilləşdirməsinə dəstək olmaq, təlim vasitəsilə təhsil müəssisələrində çalışan gənc müəllimləri bir araya toplamaq, onların sözügedən mövzu haqqında məlumatlıqlarını artırmaqdan ibarətdir.

19.03.2025

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun