Profil

Axtarış

Psixoloji dəstək

Son yenilənmə tarixi 04/2022 Azərbaycan dili
Kurs tamamilə pulsuzdur.
Daxil ol

Ümumi məlumat

Kursu keçənlər pedaqoji psixologiya və fəaliyyətinin məzmunu, şagirdin məktəbdəki dövrünün inkişaf xüsusiyyətləri və şagirdlərə psixoloji dəstəyin göstərilməsi haqqında məlumat əldə edəcəklər.

Müəllif: Nərgiz Mehdiyeva

Kursun məqsədi

Şagirdlərə psixoloji dəstəyin verilmə yolları.

Kursda əhatə olunan mövzular

1. Pedaqoji psixologiya və pedaqoji fəaliyyət ​
2. Şagirdin məktəb dövrünün təsnifatı
3. Psixoloji dəstəyin verilməsi yolları ​

Auditoriya

Yeni işə başlayan müəllimlər və pedaqoji işçilər üçün
Kurs kim üçündür
Yeni işə başlayan müəllimlər və pedaqoji işçilər üçün
Kursun müddəti
3 həftə
Kursun keçirilmə dili
Azərbaycan dili
Kursdan keçmək üçün nə etməli
Kursu bitirmək üçün bütün dərs və imtahanları keçməlisiniz.
Kursun reytinqi
Orta istifadəçi reytinqi
Kursun kateqoriyası
Peşəkar müəllimlik təlimi
poster

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Gənc Azərbaycan dili və Ədəbiyyat Müəllimləri Birliyinin təqdimatı keçirilib
Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad Rayon Təhsil sektoru, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Gənc Azərbaycan dili və Ədəbiyyatı Müəllimləri Birliyinin birgə təşkilatçılığı ilə Sabirabad şəhər N.Nərimanov adına 2 nömrəli məktəb-liseydə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Gənc Azərbaycan dili və Ədəbiyyat Müəllimləri Birliyinin təqdimatı keçirilib.

Tədbir iki hissədən : Rəsmi və təlim hissəsi olmaqla təşkil olunmuşdur. 

Rəsmi hissə öz işinə Dövlət Himninin  səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb.

Daha sonra Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad Rayon Təhsil sektorunun aparıcı məsləhətçisi Babaşov Babaş gənc müəllimləri salamlayaraq, tədbirin Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün əhəmiyətli olduğunu, həmçinin birliy daxilində təşkilatlanmanın fənnin tədrisinin  yüksək səviyyədə aparılmasında mühüm rol oynacağını bildirmişdir.

Həmçinin Gənc Azərbaycan dili və Ədəbiyyatı Müəllimləri Birliyinin sədr müavini Elvira Allahverdiyeva çıxış edərək gənc Azərbaycan dili və Ədəbiyyatı müəllimlərini Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Gənc Azərbaycan dili və Ədəbiyyatı Müəllimləri Birliyinin tədbir və təlimlərində aktiv iştiraka, birliyin fəaliyyətinə dəstək olmağa səsləmişdir.

Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra təlimçi Elnarə Nurxan tərəfindən gənc müəllimlər üçün 
“Bullinq nədir?” mövzusunda təlim keçirilmiş,təlimin sonunda iştirakçılar sertifikatlarla təltif edilmişdir.
Tədbirin keçirilməsində təşkilati dəstək üçün Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayon Təhsil sektoru və təlimçi Elnarə Nurxana öz təşəkkürümüzü bildiririk.

10.06.2024

badge-icon
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təqdimatı keçirilib
31 may tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı Rayon Təhsil Sektoru, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və  Gənc Azərbaycan Dili və Ədəbiyyat Müəllimləri Birliyinin təşkilatçılığı ilə İsmayıllı rayonunda Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və  Gənc Azərbaycan dili və Ədəbiyyat Müəllimləri Birliyinin təqdimatı keçirilmişdir.

İlk öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş və güllər qoyulmuşdur.

Tədbir iki hissədən : Rəsmi və təlim hissəsi olmaqla təşkil olunmuşdur. 

Rəsmi hissə öz işinə Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb.

Daha sonra İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov çıxış edərək gənc müəllimləri salamlamış və tədbir haqqında öz fikirlərini bölüşmüşdür.

Həmçinin tədbirdə Dağlıq Şirvan Gənclər və İdman İdarəsinin müdiri Taleh Salehov da öz növbəsində çıxış edərək gənc müəllimləri gənclər siyasətinin bir parçası olmağa səsləmiş, tövsiyə və təkliflərini bildirmişdir.

Son olaraq Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin üzvü, Gənc Azərbaycan dili və Ədəbiyyatı Müəllimləri Birliyinin sədri Ülvi Osmanlı çıxış edərək gənc  Azərbaycan dili və Ədəbiyyat müəllimlərini Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tədbir və təlimlərində aktiv iştiraka, birliyin fəaliyyətinə dəstək olmağa səsləmişdir.

Tədbirin keçirilməsində təşkilati dəstək üçün Dağlıq Şirvan Regional Təhsil idarəsi İsmayıllı rayon Təhsil Sektoruna öz təşəkkürümüzü bildiririk.

04.06.2024

badge-icon
Şəki şəhərində “Yaşıl dünya naminən həmrəylik ili” çərçivəsində konfrans keçirilib
1 iyun 2024-cü il tarixində Şəki şəhəri N.Gəncəvi adına 7 nömrəli tam ora məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində” Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” adlı tədbir keçirilib.
 
Tədbir başlamamışdan əvvəl "Uşaqlar günü" bayramı ilə əlaqədar uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunub.
300-ə yaxın müəllimin iştirakı ilə keçirilən konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 
 
Daha sonra tədbirin rəsmi hissəsinə start verilib. Beləki, ilk olaraq Şəki - Zaqatala Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunun baş məsləhətçisi Rauf Əsədov çıxış edərək gənc müəllimlərimizin bu cür vacib mövzuda maarifləndirilmələsinin olduqca məqsədə uyğun və vacib olduğunu vurğulayıb. Daha sonra Milli Məclisin deputatı Vüqar İskəndərovun köməkçisi Anar Nağıyev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Səkinə Həsənova da çıxış edərək öz fikirlərini gənc müəllimlərlə bölüşərək, bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.
 
Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra Elm və Təhsil Nazirliyinin eskperti Turab Əhmədov, Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin sədri Cəsur Mədətzadə və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Səkinə Həsənova tərəfindən 3 müxtəlif otaqda aidiyyatı mövzu üzrə təlimlər keçirilib və bununla da konfrans işini yekunlaşdırıb.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi gənc müəllimləri bir araya toplayaraq onları ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, müəllimlər vasitəsilə şagirdlərə bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək, həmçinin təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı kimi mövzuları müzakirə etməkdən ibarət olub.
 

02.06.2024

badge-icon
Günay Əkbərova Elm və Təhsil Nazirliyi yanında İctimai şuranın üzvü seçilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin üzvü və Gənc Xarici dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova Elm və Təhsil Nazirliyi yanında İctimai şuranın üzvü seçilib.

Günay xanımı təbrik edir və uğurlar arzulayırıq!

22.05.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

77

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun