Ümumi məlumat
Adillik müəllim şəxsiyyətinə verilən başlıca tələblərdən biridir. Bəzən ədalət və bərabərlik anlayışları bir-birilə qarışdırılır. Ancaq ədalətli olmaq sinifə hər kəsə eyni davranmaq demək deyil. Sinifdəki şagirdlərin şəxsi, ailəvi, maddi, psixoloji vəziyyətlərini nəzərə almadan “mən hamıya bərabər davranıram” demək adillikdən çox uzaqdır. Anasını itirmiş və ya körpələr evində böyümüş bir uşaqdan ana haqqında inşa yazmasını istəmək adillik ola bilərmi? Təbii ki, müəllimin şagirdi digər şagirdlər arasında “yazıq” pozisiyaya gətirməsi və ya ona gözlə görünən dərəcədə həssas davranması da düzgün yanaşma deyil. Müəllim şagirdlərini tanımalı, nəyə ehtiyacları olduğunu bilməli və ona görə davranmalıdır. Müəllim ipin üzərində yeriyən janqlyor kimi daim tarazlığını qorumağa məcburdur.
Materialı hazırladı: Jalə Kərimova
Təlimçi: Nəsirli Azərin
Kursun məqsədi
Sinifdə ədalətlilik prinsipinin qorunması
Kursda əhatə olunan mövzular
Adillik və bərabərlik;
Müəllimin şagirdlərlə ümumi davranışında adilliyi;
Müəllimin dərs prosesində adilliyi;
Müəllimin qiymətləndirmə prosesində adilliyi
Auditoriya