Profil

Axtarış

Uşaqlara qarşı laqeydlik

Son yenilənmə tarixi 09/2024 Azərbaycan dili
Kurs tamamilə pulsuzdur.
Daxil ol

Ümumi məlumat

Laqeydlik - uşağın sağlamlığının və ya inkişafının ciddi şəkildə pozulması ilə nəticələnə biləcək əsas fiziki və / yaxud psixoloji ehtiyaclarının davamlı şəkildə ödənilməməsidir.

Materialı hazırladı: Aytən Piriverdiyeva
Təlimçi: Səbinə Məmmədova

Kursun məqsədi

Uşaq biganəliyi haqqında məlumatlılığın artırılması.

Kursda əhatə olunan mövzular

Laqeydliyin əsas formaları;
 Laqeydliyin zərərləri;
 Effektiv valideyn tərbiyəsinin əsas komponentləri;
 Uşaq laqeydliyinə səbəb ola biləcək amillər;
 Uşaq və ya gəncin laqeydliyə məruz qaldığını göstərən əlamət və göstəricilər;
 Bununla bağlı narahatlığı kimə və necə bildirmək lazımdır

Auditoriya

Gənc müəllimlər
Kurs kim üçündür
Gənc müəllimlər üçün
Kursun müddəti
1 saat
Kursun keçirilmə dili
Azərbaycan dili
Kursdan keçmək üçün nə etməli
Kursu bitirmək üçün bütün dərs və imtahanları keçməlisiniz.
Kursun reytinqi
Orta istifadəçi reytinqi
Kursun kateqoriyası
Təhsildə qayğı və maarifləndirmə
poster

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Sertifikasiyaya hazırlaşan müəllimlərə dəstək marafonu
Coğrafiya müəllimlərinin nəzərinə
 
Sertifikasiyaya hazırlaşan müəllimlərə dəstək marafonunun qonaqlarını təqdim edirik.

Görüşün qonaqları Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, ARTİ, Təhsil işçilərinin sertifikatlaşdırılması şöbəsinin əməkdaşı Fəridə Həsənli, 246 nömrəli məktəb-liseyin coğrafiya müəllimi Könül Mehdiyeva və moderator qismində Gənc Coğrafiya Müəllimləri Birliyinin sədri Samirə Paşazadə imtahan zamanı diqqət yetirilməli olan məsələlərlə bağlı müəllimlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, görüş AGMA-nın feysbuk platformasında baş tutacaq.

Tarix:10 mart
Saat:19:00

Qeydiyyat linki: 
https://whatsapp.com/channel/0029VaFO8pAD38COZPnwe93C

09.03.2025

badge-icon
Bərdə rayonunda təqdimat keçirilib.
Təqdimatlarımız davam edir
 
Mərkəzi Aran Regional Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə gənc müəllimlər üçün Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 nömrəli tam orta məktəbdə AGMA-nın Bərdə rayonu üzrə koordinatoru Bəylər Əliyev tərəfindən təqdimat keçirilib. 

Təqdimatdan sonra gənc müəllimlərimiz üçün Bəylər Əliyev tərəfindən  “Bullinq və onun aradan qaldırılması”, “Ziqzaq iş üsulunun tətbiqi” mövzularında təlim keçirilib. 

Qeyd edək ki, təqdimatın keçirilməsində məqsəd gənc müəllimlərin inkişafına və onların özünü təkmilləşdirməsinə dəstək olmaq, təlim vasitəsilə təhsil müəssisələrində çalışan gənc müəllimləri bir araya toplamaq, onların sözügedən mövzu haqqında məlumatlıqlarını artırmaqdan ibarətdir.

07.03.2025

badge-icon
Fizika müəllimlərinin nəzərinə
Fizika müəllimlərinin nəzərinə
 
Sertifikasiyaya hazırlaşan müəllimlərə dəstək marafonunun qonaqlarını təqdim edirik.

Görüşün qonaqları Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması şöbəsinin müdiri Muxtar Hacıyev, 9 nömrəli tam orta məktəbin fizika müəllimi, əməkdar müəllim Sona Hacılı və moderator qismində Gənc Fizika Müəllimləri Birliyinin sədri Eltac Əhədov imtahan zamanı diqqət yetirilməli olan məsələlərlə bağlı müəllimlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, görüş AGMA-nın feysbuk platformasında baş tutacaq.

Tarix:7 mart
Saat:19:00

Qeydiyyat linki: 
https://whatsapp.com/channel/0029VaFO8pAD38COZPnwe93C

06.03.2025

badge-icon
"Rəqəmsal Məktəb" platforması vebinarı ilə qarşınızdayıq. 
"Rəqəmsal Məktəb" platforması vebinarı ilə qarşınızdayıq.
 
AGMA-nın sədri Pərvinə Qədimovanın moderatorluğu ilə keçiriləcək vebinarın qonağı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin “Rəqəmsal Məktəb” layihəsi üzrə məsul şəxs Natəvan Bədəlovadır.

Qeyd edək ki, vebinarın keçirilməsində məqsəd "Rəqəmsal Məktəb" platforması haqqında müəllimlərin məlumatlılığını artırmaq və funksionallığını nümayiş etdirməkdən ibarətdir.

Qeyd edək ki, görüş AGMA-nın feysbuk platforması üzərindən baş tutacaq.

Tarix:6 mart
Saat:16:00

Qeydiyyat linki: 
https://whatsapp.com/channel/0029VaFO8pAD38COZPnwe93C

04.03.2025

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun