Profil

Axtarış

XXI əsrdə tədrisdə monitorinq: Dəyərləndirmə və inkişaf

Son yenilənmə tarixi 03/2023 Azərbaycan dili
Kurs tamamilə pulsuzdur.
Daxil ol

Ümumi məlumat

Sinifin dəyərləndirilməsi öyrənmə ilə bağlı yeddi fərziyyəyə əsaslanır: 
1. Şagirdin öyrənmə keyfiyyəti birbaşa tədrisin keyfiyyətindən asılıdır. Buna görə də öyrənməni yaxşılaşdırmağın ən yaxşı yolu tədrisi təkmilləşdirməkdir.
2. Müəllimlər tədris proseslərinin effektiv olması üçün tədris məqsəd və vəzifələrini yaxşı bilməli və işlərini onlara uyğunlaşdırmalıdırlar. Məqsəd və vəzifələrə nail olmaq üçün hərtərəfli geridönüşlərə ehtiyac var. 
3. Şagirdlərin öyrənməsini təkmilləşdirmək üçün sürətli geridönüş tələb olunur. Bundan əlavə, tələbələr öyrəndiklərini necə dəyərləndirməyi bilməlidirlər.
4. Tədris proseslərində yaranan problem və dilemmaların həlli üçün formalaşdırılan suallara cavab vermək üzərə müəllimin hazırladığı dəyərləndirmə texnikaları tədris proseslərini təkmilləşdirəcək. 
5. Sistemli tədqiqat müəllimlər üçün motivasiya və təkmilləşmənin ən güclü qaynağıdır. Sinfin dəyərləndirilməsinin də bunu təmin etmək imkanı mövcuddur.
6. Sinfin dəyərləndirilməsi xüsusi bir hazırlıq tələb etmir. Bütün fənlər üzrə təkmilləşməyə və yeniliyə açıq olan müəllimlər tərəfindən tətbiq oluna bilər.
7. Həmkarları ilə əməkdaşlıq edərək və şagirdləri təlim prosesinə fəal cəlb edərək müəllim öyrənməni və şəxsi məmnuniyyətini artıra bilər.

Materialı hazırladı: Aytən Piriverdiyeva
Təlimçi: Sevinc Nəsirova 

Kursun məqsədi

Sinifin dəyərləndirilməsi yolu ilə tədris keyfiyyətinin yaxşılaşdırılması

Kursda əhatə olunan mövzular

Dəyərləndirmənin mahiyyəti
Dəyərləndirmənin məqsədi
Sinfin dəyərləndirilməsi texnikaları
Bir dəqiqə çalışması

Auditoriya

Gənc müəllimlər üçün
Kurs kim üçündür
Gənc müəllimlər üçün
Kursun müddəti
1 saat
Kursun keçirilmə dili
Azərbaycan dili
Kursdan keçmək üçün nə etməli
Kursu bitirmək üçün bütün dərs və imtahanları keçməlisiniz.
Kursun reytinqi
Orta istifadəçi reytinqi
Kursun kateqoriyası
Peşəkar müəllimlik təlimi
poster

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Müəllimlər üçün istirahət proqramı təşkil olunub
AGMA-nın birlik rəhbərləri və koordinatorlarının iştirakı ilə, sertifikatlaşdırma prosesində yüksək nəticə göstərmiş müəllimlər üçün istirahət proqramı təşkil olunub.

Bu təşəbbüsün əsas məqsədi uğurlu nəticə göstərmiş müəllimlərə təşəkkür etmək, onların motivasiyasını artırmaq və fəaliyyətlərini dəyərləndirməkdir. İstirahət proqramında həm yüksək nəticə göstərmiş yeni müəllimlər, həm də AGMA-nın birlik rəhbərləri və koordinatorları iştirak ediblər.

Tədbir çərçivəsində müəllimlər “Şuşa, sən azadsan” sənədli filmini izləyib, müxtəlif komanda oyunları – futbol, voleybol və digər idman fəaliyyətlərində iştirak edərək asudə vaxtlarını səmərəli və əyləncəli şəkildə keçiriblər. Bu fəaliyyətlər müəllimlər arasında dostluq əlaqələrinin möhkəmlənməsinə və yeni əməkdaşlıqların qurulmasına şərait yaradıb.

Bundan əlavə, Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı ilə "Təhsil" istirahət mərkəzində 22 İyul Mətbuat Gününə həsr olunmuş intellektual yarış keçirilmiş və yarışda iştirak edən 22 komanda arasında AGMA komandası birinci yeri qazanmışdır.

Proqram ərzində həm təcrübə paylaşımı, həm də sosial əlaqələrin qurulması üçün əlverişli şərait yaranmış, iştirakçılar üçün yaddaqalan və dəyərli istirahət imkanı təmin edilmişdir.

Biz də bu proqramda iştirak edən bütün həmkarlarımıza uğurlar arzulayır, onların gələcək fəaliyyətlərində davamlı motivasiya və birlik ruhu diləyirik.

26.07.2025

badge-icon
Mətbuat Günü münasibətilə media nümayəndələri ilə
AGMA olaraq Mətbuat Günü münasibətilə media nümayəndələri ilə bir araya gəldik.

Bu dəyərli gün münasibətilə jurnalistlərimizin informasiya cəmiyyətinə verdiyi töhfələri yüksək qiymətləndiririk. Peşə fəaliyyətlərində onlara uğurlar arzulayırıq!

Tədbir çərçivəsində xoş anlar paylaşdıq, fikir mübadiləsi apardıq və əməkdaşlığımızı daha da möhkəmləndirdik.
Əmək və fədakarlıqları üçün bütün media nümayəndələrinə təşəkkür edirik.

19.07.2025

badge-icon
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə AGMA arasında əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə AGMA arasında əməkdaşlıq imkanları müzakirə olunub
 
Bu gün Mədəniyyət Nazirliyinin müşaviri Cəsarət Valehov ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova arasında görüş keçirilib. Görüşdə tərəflər mədəniyyətin təbliği, müəllimlərin bu sahədə rolu və gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparıblar.

Cəsarət Valehov çıxışında ölkədə mədəni dəyərlərin inkişafında müəllimlərin oynadığı rolu yüksək qiymətləndirib və bu istiqamətdə nazirliyin gənclərlə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb.

AGMA sədri Pərvinə Qədimova isə təşkilatın bölgələrdə apardığı fəaliyyətlər, müəllimlərin maarifləndirilməsi və mədəni tədbirlərə töhfələri barədə məlumat verib. O, gələcəkdə mədəniyyət və təhsil sahələrinin vəhdətində yeni layihələrin reallaşdırılmasının vacibliyini qeyd edib.

Görüş zamanı qarşılıqlı əməkdaşlıq üçün təkliflər irəli sürülüb, birgə tədbirlərin keçirilməsi və regional mədəni layihələrdə əməkdaşlığın genişləndirilməsi qərara alınıb.

Bu təşəbbüs, cəmiyyətin inkişafında, milli-mədəni kimliklərinin formalaşmasında mühüm rol oynayacaq və ölkənin mədəni inkişafına töhfə verəcəkdir.

16.07.2025

badge-icon
"Təhsil sisteminde uşaq müdafiəsi və təhlükəsizliyi" mövzusunda seminar təşkil edilib.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasınin təşkilatçılığı ilə 216 nomreli tam orta məktəbdə "Təhsil sisteminde uşaq müdafiəsi və təhlükəsizliyi" mövzusunda ibtidai sinif müəllimi birliyinin koordinatoru Günel Quliyeva tərəfindən seminar təşkil edilib.

Qeyd edək ki, seminarın keçirilməsinde məqsəd təhlükəsiz mühit anlayışı, uşaq hüquqlarının müdafiəsi və müəllimlərin təcrübəsinə əsasən fikir mübadiləsi, muzakilerin aparılaraq, onları sözügeden mövzuda melumatliligini artırmaqdan ibarət olub.

09.07.2025

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun