Profil

Axtarış

Gənc Müəllimlərin II Forumu

Gənc Müəllimlərin II Forumu

11 iyun 2022-ci il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Gənc müəllimlərin II forumu” keçirilib. Forumda ölkəmizin bir çox bölgəsindən olan 300 nəfər gənc müəllim, dövlət rəsmiləri- Azərbaycan Respublikası təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, millət vəkilləri Etibar Əliyev, Şahin İsmayılov, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Amerikanın Corc Vaşinqton Universitetinin ikili diplom proqramının direktoru Tofiq Əhmədov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib. 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Vətən uğrunda canından keçən şəhidlərimizin, 20 təhsil işçisinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə Assosiasiya haqqında ətraflı məlumat vermiş və AGMA-nın fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev son illərdə müəllim peşəsinə marağın artdığını, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri vurğulayıb, ölkəmizdə təhsil sahəsində həyata keçirilən mühüm təşəbbüslərdən bəhs edib.
Forum Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Cadenza Orkestrinin ifası və dəyərli spikerlərin müxtəlif məzmunda çıxışları və IV Muğam Televiziya Müsabiqəsinin qalibi Zümrüd Məmmədovanın ifası ilə davam etmişdir.
Tədbir gənc müəllimlərin çıxışları və tədris təcrübəsi ilə fərqlənən müəllimlərin təltif olunması ilə yekunlaşmışdır.

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
"Azərbaycan müəllimi” milli müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə keçirilən “Azərbaycan müəllimi” milli müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Layihə çərçivəsində 13 rayon Həmkarlar İttifaqı Komitəsi və 6 universitet Tələbə Həmkarlar İttifaqı Komitəsi maarifləndirici videolarla təmsil olunub. Hazırlanan videolarda həmkarlar ittifaqının fəaliyyəti,əmək münasibətlərində həmkarların rolu,sosial dialoq və müəllimlərin hüquqlarının müdafiəsi mövzuları əks etdirilib.

Bütün iştirakçı rayon və universitetlərin sədrləri layihədə göstərdikləri fəallığa görə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən tərifnamələrlə təltif olunublar.

23.08.2025

badge-icon
AGMA-nın birlik rəhbərləri və koordinatorlarının iştirakı ilə istirahət proqramı təşkil olunub
AGMA-nın birlik rəhbərləri və koordinatorlarının iştirakı ilə istirahət proqramı təşkil olunub

11 avqust tarixində start götürən və 17 avqustda yekunlaşan istirahət proqramı çərçivəsində sertifikatlaşdırma prosesində yüksək nəticə göstərmiş müəllimlər üçün xüsusi təşəbbüs reallaşdırılıb. AGMA-nın təşkilatçılığı və ETİHİ-nin tərəfdaşlığı ilə həyata keçirilən bu proqramın əsas məqsədi uğurlu nəticə göstərmiş müəllimləri təqdir etmək, onların motivasiyasını artırmaq və qarşılıqlı təcrübə mübadiləsi üçün şərait yaratmaq olub.

Proqramda həm yüksək nəticə əldə etmiş müəllimlər, həm də AGMA-nın birlik rəhbərləri və koordinatorları iştirak ediblər. İştirakçılar müxtəlif komanda oyunları – futbol, voleybol və digər idman fəaliyyətlərində fəal iştirak edərək asudə vaxtlarını səmərəli və əyləncəli şəkildə keçiriblər. Bu fəaliyyətlər müəllimlər arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, kollektiv ruhun güclənməsinə və yeni əməkdaşlıqların yaranmasına zəmin yaradıb.

Tədbir çərçivəsində həmçinin intellektual oyun təşkil edilib. Müxtəlif bölgələrdən gələn iştirakçıların qatıldığı bu yarışda müəllimlər öz bilik və bacarıqlarını nümayiş etdirməklə yanaşı, əyləncəli və maarifləndirici anlar yaşayıblar.

İstirahət proqramı müddətində iştirakçılar üçün həm sosial əlaqələrin qurulması, həm də təcrübə mübadiləsi baxımından dəyərli imkanlar təqdim olunub. Proqram, ümumilikdə, iştirakçılar üçün yaddaqalan və ruhlandırıcı bir təcrübəyə çevrilib.

Biz də bu təşəbbüsdə iştirak edən bütün müəllimlərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar və davamlı motivasiya arzulayırıq.

18.08.2025

badge-icon
Müəllimlər üçün istirahət proqramı təşkil olunub
AGMA-nın birlik rəhbərləri və koordinatorlarının iştirakı ilə, sertifikatlaşdırma prosesində yüksək nəticə göstərmiş müəllimlər üçün istirahət proqramı təşkil olunub.

Bu təşəbbüsün əsas məqsədi uğurlu nəticə göstərmiş müəllimlərə təşəkkür etmək, onların motivasiyasını artırmaq və fəaliyyətlərini dəyərləndirməkdir. İstirahət proqramında həm yüksək nəticə göstərmiş yeni müəllimlər, həm də AGMA-nın birlik rəhbərləri və koordinatorları iştirak ediblər.

Tədbir çərçivəsində müəllimlər “Şuşa, sən azadsan” sənədli filmini izləyib, müxtəlif komanda oyunları – futbol, voleybol və digər idman fəaliyyətlərində iştirak edərək asudə vaxtlarını səmərəli və əyləncəli şəkildə keçiriblər. Bu fəaliyyətlər müəllimlər arasında dostluq əlaqələrinin möhkəmlənməsinə və yeni əməkdaşlıqların qurulmasına şərait yaradıb.

Bundan əlavə, Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı ilə "Təhsil" istirahət mərkəzində 22 İyul Mətbuat Gününə həsr olunmuş intellektual yarış keçirilmiş və yarışda iştirak edən 22 komanda arasında AGMA komandası birinci yeri qazanmışdır.

Proqram ərzində həm təcrübə paylaşımı, həm də sosial əlaqələrin qurulması üçün əlverişli şərait yaranmış, iştirakçılar üçün yaddaqalan və dəyərli istirahət imkanı təmin edilmişdir.

Biz də bu proqramda iştirak edən bütün həmkarlarımıza uğurlar arzulayır, onların gələcək fəaliyyətlərində davamlı motivasiya və birlik ruhu diləyirik.

26.07.2025

badge-icon
Mətbuat Günü münasibətilə media nümayəndələri ilə
AGMA olaraq Mətbuat Günü münasibətilə media nümayəndələri ilə bir araya gəldik.

Bu dəyərli gün münasibətilə jurnalistlərimizin informasiya cəmiyyətinə verdiyi töhfələri yüksək qiymətləndiririk. Peşə fəaliyyətlərində onlara uğurlar arzulayırıq!

Tədbir çərçivəsində xoş anlar paylaşdıq, fikir mübadiləsi apardıq və əməkdaşlığımızı daha da möhkəmləndirdik.
Əmək və fədakarlıqları üçün bütün media nümayəndələrinə təşəkkür edirik.

19.07.2025

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun