Profil

Axtarış

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Müəllim və tələbələr üçün görüş keçirilib.
Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən gənc müəllim və tələbələr üçün görüş keçirilib. 

Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxış edərək görüşün əhəmiyyətindən və Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən həyata keçirilən layihələrdən bəhs edib.

Gələcəyin müəllimləri olan tələbələrə bu imkanlardan faydalanmağı tövsiyə edib. Görüş zamanı AGMA-nın sədri Pərvinə Qədimova çıxış edərək gənc müəllim və tələbələrə təşkilatın fəaliyyəti, imkanları, gələcək planları ilə bağlı ətraflı məlumat verib. Pərvinə xanım iştirakçılara müxtəlif layihələrdən, təlimlərdən necə yararlana biləcəkləri barədə danışıb.

06.01.2025

badge-icon
Sizi 31 Dekabr − Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirik!
Sizi 31 Dekabr − Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirik!

31.12.2024

badge-icon
Azərbaycanda Gənc Müəllimlərin 73%-lik Uğur Nəticəsi!
Azərbaycanda Gənc Müəllimlərin 73%-lik Uğur Nəticəsi!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən təlimlər çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası üzvü olan müəllimlər beynəlxalq imtahanlarda yüksək ballar toplayaraq böyük uğur qazandılar!

2023-2024-cü illər ərzində 222 AGMA üzvü ITE tərəfindən təşkil olunan təlimlərdə iştirak etmişdir. Onlardan 163 nəfər beynəlxalq sertifikatlı mütəxəssis adına layiq görülmüşdür.

 Müəllimlərimiz ITE-nin “Certiport” və “ICDL” test mərkəzlərində bilik və bacarıqlarını nümayiş etdirərək qlobal səviyyədə tanınan sertifikatlar əldə etdilər. Bu nailiyyətlər onların pedaqoji fəaliyyətinə yeni perspektivlər gətirir.

İmtahanlar 3 əsas istiqamət üzrə keçirilib:
“Microsoft Sertifikatlı Pedaqoq” (MCE);
“ICDL Kompüter və Onlayn Əsaslar”;
“ICDL Komanda İşi.”
 Gələcək fəaliyyətlərinizdə sizə uğurlar arzu edirik!

28.12.2024

badge-icon
“Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” adlı konfrans keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının AzEdu Azərbaycan Təhsil Portalı ilə birgə təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Naxçıvan şəhərində “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” adlı konfrans keçirilib.

Konfrans 21 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Gimnaziyada təşkil edilib.

Konfransın məqsədi təcrübə və yenilik arasındakı tarazlığı təşviq etməkdir. Bu gün gənclərin təcrübəli insanların biliklərindən bəhrələnərək yenilikçi texnologiyaların və ideyaların tətbiqində daha böyük nailiyyətlər əldə etməsi əsas inkişaf istiqamətlərindən biri kimi dəyərləndirilir. Eyni zamanda, təcrübəli şəxslərin də gənclərin enerjisindən və yenilikçi baxışlarından ilhamlanaraq öz biliklərini yeni dövrün tələblərinə uyğun inkişaf etdirmələri üçün şərait yaradılması vacibdir. Bu yanaşma pedaqoji həmrəyliyin möhkəmləndirilməsi və müasir təhsil metodlarının daha geniş tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbir təntənəli şəkildə başlayıb. Belə ki, yüksək vəzifəli şəxslər – Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa konfransda iştirak edən öz müəllimlərinə yaxınlaşaraq onlara hörmət əlaməti olaraq gül dəstələri təqdim edərək, salamlayıblar.

Konfransın rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Açılış nitqini Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov söyləyib. Nazir çıxışında təhsil sahəsindəki həmrəyliyin önəmindən danışıb.

Tədbirin digər iştirakçıları Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova və AzEdu.az təhsil portalının rəhbəri Tünzalə Abbasova nitqləri ilə çıxış ediblər.

Çıxışlarda müəllim peşəsinin cəmiyyətin inkişafındakı rolu və müasir tədris yanaşmalarının tətbiqinin əhəmiyyəti müzakirə edilib.

Naxçıvanda təşkil edilən tədbirdə rəsmi hissə başa çatdıqdan sonra Heydər Əliyev adına tam orta məktəbin və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin şagirdləri tərəfindən hazırlanan bədii proqram təqdim edilib.

Tədbir Heydər Əliyev adına tam orta məktəbin şagirdləri Amil Mahmudov, Musa Babazadə və Uğur İsmayılovun “Dağların başı qışda qar olar” mahnısının ifası ilə başlayıb. İfa zamanı onlara “Xarı bülbül” ansamblı müşayiət edib. Ardınca Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin nağara dərnəyinin üzvləri “Azərbaycan ritmi” musiqisini təqdim ediblər.

Proqram IX b sinif şagirdi və “Xarı bülbül” ansamblının solisti Uğur İsmayılovun məktəb yoldaşları ilə birlikdə səsləndirdiyi “Bayatı-Şiraz” muğamı və rəngi ilə davam edib. Bədii hissə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəqs dərnəyinin təqdim etdiyi “Cəngi rəqsi” ilə yekunlaşıb.

Konfransın əsas hissəsində müəllimlərin iştirakı ilə panel müzakirələri keçirilib. 

Moderator Pərvinə Qədimovanın rəhbərliyi ilə təşkil olunan müzakirələrdə bir sıra önəmli mövzulara toxunulub.

Çıxışın birinci hissəsində Rüstəmova Məlahət Oruc qızı – “Şagirdlərin dərsə cəlb edilməsi metodları”mövzusunda geniş müzakirə aparıb.

İkinci çıxışda Tarverdiyeva Gülxara Budaq qızı – “Sinfin idarə edilməsi modelləri” haqqında məruzə ilə çıxış edib.

Sonuncu çıxışda isə Məmmədova Rəxşəndə Mahmud qızı – “Zəif təhsil nəticəsi olan şagirdlərin göstəricilərinin yaxşılaşdırılması” mövzusundan danışıb.

Panel müzakirələri iştirakçılar arasında təcrübə və fikir mübadiləsi üçün geniş imkan yaradıb. Müəllimlərlə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa arasında keçirilən interaktiv sual-cavab sessiyası olub. Təhsil işçiləri özlərini maraqlandıran suallarla çıxış edib, müasir təhsil sisteminin inkişafı, təcrübənin tətbiqi və qanunvericilikdəki yeniliklər barədə deputatdan cavablar alıblar.

Tədbir mükafatlandırma və kollektiv xatirə fotosu ilə yekunlaşıb.

22.12.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun