Profil

Axtarış

İnnovativ Məktəb İdarəçiləri Birliyi Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzv olub

İnnovativ Məktəb İdarəçiləri Birliyi Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzv olub. Birliyin sədri Sumqayıt şəhər 32 nömrəli tam orta məktəbinin direktoru Fəzilə Mahmudovadır.

"İnnovativ Məktəb İdarəçiləri" birliyinin məqsədi məktəb idarəçilərinin şəbəkələşməsini təmin edərək, yeni idarəetmə metodlarının yaradılmasını, təkmilləşdirilməsini təmin etmək, məktəbdaxili idarəetmənin sadələşdirilmiş, sistemləşdirilmiş müasir metodlarla idarəsini təşkil etmək, qabaqcıl təcrübələrin paylaşılmasını təmin edərək gələcək innovativ idarəçilərin bazasını yaratmaqdan ibarətdir.

İnnovativ Məktəb İdarəçiləri birliyini təbrik edir, fəaliyyətində uğur arzulayırıq!

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Təqdimat keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) Gədəbəy rayonu üzrə koordinatoru Vəfa Abbaslı müəllimlər üçün gencmuellim.az platforması və bu platformada yerləşdirilmiş kursların təqdimatını keçirib.

Gencmuellim.az platforması müəllimlərə davamlı öyrənmə imkanları yaradır.

Hazırda platformada 7500-dən çox aktiv müəllim və 85 müxtəlif kurs vardır.

09.10.2024

badge-icon
Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondu ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası arasında görüş
Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondu ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası arasında görüş 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilən "COP29-la bağlı beynəlxalq təşəbbüslər" qrant müsabiqəsi çərçivəsində qalib olmuş "Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi proqramı" layihəsində beynəlxalq tərəfdaşımız ilə görüş keçirilib.

Görüş çərçivəsində layihənin icra planı, tərəfdaşların öhdəlikləri və atılacaq növbəti addımlar müzakirə olunub.

08.10.2024

badge-icon
"Yeni işə qəbul olan gənc müəllimlər üçün adaptasiya proqramı" çərçivəsində təlimlər
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən "Yeni işə qəbul olan gənc müəllimlər üçün adaptasiya proqramı" çərçivəsində təlimlərimiz davam edir.

Qarabağ Universitetinin psixoloqu Aytac Sahil tərəfindən müəllimlərə “Müəllim - şagird ünsiyyətinin əsasları" mövzusunda təlim keçiriləcək.

Adaptasiya proqramının məqsədi yeni işə qəbul olan müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşdırılmasına nail olmaqdan ibarətdir.

Tarix: 25 sentyabr 2024-cü il;
Saat: 18:30;
MS Teams proqramı.
Qeydiyyat linki: https://chat.whatsapp.com/Dw6ZEyBEnFs1vo7wgPLVGL

23.09.2024

badge-icon
“Ana dili – Azərbaycan məktəbi”
“Ana dili – Azərbaycan məktəbi” layihəsinə növbəti tədris ili üzrə qeydiyyat davam edir. Layihə ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimiz üçün məsafədən dilimizi, tariximizi, mədəniyyətimizi, coğrafiyamızı öyrədir.

Ana dilimizi sevək və qoruyaq!

Linkə daxil olmaqla “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyatdan keçmək mümkündür: https://forms.gle/VqpmebKNWaF94on29

Son qeydiyyat tarixi: 29 sentyabr 2024-cü il.

23.09.2024

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun