Profil

Axtarış

Təqdimat keçirilib

Populyar kurslar

Gənc müəllimlərin inkişafına dəstək olmaqdan qürur duyuruq.

Ən son yeniliklər

Daha çox

AGMA-nın yeniliklərindən xəbərdar olun

Daha çox
badge-icon
Gənc müəllimlərin “V Şəbəkələşmə Forumu”nun II günü keçirilib və forum yekunlaşıb
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən “Gənc müəllimlərin V Şəbəkələşmə Forumu”nun II günü 21 dekabr 2025-ci il tarixində davam edib.

Forumun ikinci günü layihə idarəçiliyi və müasir texnologiyalara həsr olunmuş II sessiya baş tutub. I sessiya “Layihələrin yazılması, idarə edilməsi və maliyyə əsaslandırması” mövzusuna həsr olunub. Sessiyanın spikeri, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının icraçı direktoru Aygün Kərimova layihələrin hazırlanması mərhələləri, onların effektiv idarə olunması və maliyyə əsaslandırmasının vacib məqamları barədə iştirakçılara ətraflı məlumat verib.

II sessiya NAYORA-nın təşkilatlarla iş üzrə katibi Elnarə Əliyeva “Süni intellekt və rəqəmsal bacarıqlar” mövzusunda çıxış edib. O, müasir dövrdə süni intellekt texnologiyalarının təhsildə tətbiqi, müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti və bu sahədə mövcud çağırışlardan bəhs edib.

Aktiv müzakirələr və interaktiv formatda keçən sessiyalar gənc müəllimlərin bilik və bacarıqlarının artırılmasına, eləcə də praktiki təcrübə qazanmalarına şərait yaradıb.

Beləliklə, iki gün davam edən “Gənc müəllimlərin V Şəbəkələşmə Forumu” uğurla yekunlaşıb. Forum gənc müəllimlər arasında əməkdaşlığın genişlənməsinə, yeni ideyaların formalaşmasına və peşəkar şəbəkələşmənin gücləndirilməsinə mühüm töhfə verib.

22.12.2025

badge-icon
Gənc müəllimlərin “V Şəbəkələşmə Forumu”nun I günü uğurla keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20 dekabr 2025-ci il tarixində “Gənc Müəllimlərin V Şəbəkələşmə Forumu”nun I günü baş tutub. Forumun keçirilməsində əsas məqsəd gənc müəllimlər arasında peşəkar ünsiyyətin gücləndirilməsi, təhsil sahəsində aktual mövzuların müzakirəsi və şəbəkələşmə imkanlarının genişləndirilməsi olub.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova forumun əhəmiyyətindən, gənc müəllimlərin inkişafında bu cür platformaların rolundan bəhs edib. Daha sonra Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev təhsil siyasətində gənc müəllimlərin yeri və onların ictimai fəallığının vacibliyini vurğulayıb.

Forumun I günü çərçivəsində keçirilən I sessiya “Gələcəyi inşa edən müəllimlər və istedadlı uşaqlarla iş” mövzusuna həsr olunub. Sessiyanın spikeri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev müəllimlərin gələcək nəsillərin formalaşmasındakı strateji rolundan, istedadlı şagirdlərlə işin metod və yanaşmalarından danışıb.

Ardınca baş tutan II sessiya media savadlılığı mövzusuna həsr edilib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva “Media savadlığı nədir və niyə vacibdir?” mövzusunda çıxış edərək informasiya cəmiyyətində tənqidi düşüncənin əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Nurşərəf Tağıyeva “Media savadlılığı və yeni trendlər” mövzusunda təqdimatla çıxış edib, rəqəmsal mediada baş verən yeniliklər və çağırışlar barədə məlumat verib.

Forumun I günü iştirakçıların aktiv müzakirələri və fikir mübadiləsi ilə yadda qalıb, gənc müəllimlər üçün yeni əməkdaşlıq imkanları yaradıb.

21.12.2025

badge-icon
“Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası” mövzusunda forum Gəncə şəhərində keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə Gəncə şəhərində “Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası” Forumu keçirildi.

Forum gənc müəllimlərin milli dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsi, suverenlik və müstəqilliyin qorunmasında müəllimlərin strateji rolunun qabardılması məqsədini daşıyırdı.

Tədbir 21 oktyabr 2025-ci ildə Gəncə Dövlət Universitetinin 5-ci korpusunda baş tutdu. Forumdan öncə iştirakçılar Gəncə Memorial Kompleksini ziyarət edərək şəhidlərin xatirəsinə ehtiramlarını ifadə etdilər.
Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsinin sükutla yad edilməsi ilə başlandı.

Açılış nitqi ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək, təhsilin dövlətin ideoloji dayağı kimi strateji əhəmiyyətə malik olduğunu vurğuladılar. Bildirildi ki, müəllim yeni nəsli milli kimlik, dövlətçilik düşüncəsi və vətənpərvərlik ruhunda yetişdirən aparıcı şəxsiyyət kimi cəmiyyətin intellektual təhlükəsizliyini təmin edir.

Forum çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Pərvin Kərimzadə və Naqif Həmzəyev çıxış edərək təhsil siyasətində milli maraqların qorunması, gənclərin dövlətə sədaqət ruhunda formalaşdırılması və müəllimlərin bu missiyada xüsusi məsuliyyət daşıdığını vurğuladılar.

Tədbirin davamında Elm üzrə Prezident mükafatçısı Elnur Həsənov çıxış edərək elmi düşüncə və vətəndaş məsuliyyətinin müəllim fəaliyyətində əks olunması ilə bağlı fikirlərini bölüşdü.

Tədbirin sonunda gənc müəllimlərin iştirakı ilə xatirə fotosu çəkilib.


22.10.2025

badge-icon
“Qeyri-formal təhsildə təlimçinin əl kitabı” təqdimatı uğurla baş tutdu!
 Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən kitab təqdimatı tədbirində iştirakçılar qeyri-formal təhsil sahəsində yeni imkanlar, metodik yanaşmalar və təcrübə mübadiləsi barədə müzakirələr aparıblar.

Bu dəyərli vəsait təlimçilərə və müəllimlərə öz fəaliyyətlərini daha sistemli və effektiv qurmaqda kömək edəcək. Tədbirdə iştirak edən hər kəsə təşəkkür edirik!

13.10.2025

Ən son bilikləri, yeni proqram və metodları bizimlə öyrənin.

Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.

Onların uğurlu olmaqlarının sirlərini öyrənin

Əziz gənc müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

81

ÜMUMİ KURSLAR

5000

AKTİV MÜƏLLİM

7000

ÜZV SAYI

Yeniliklərə abunə olun

Hər gün yenilənən xəbər və yeniliklərdən xəbərdar olun